Yaponiya hökuməti termonüvə elektrik stansiyasının prototipini sınaqdan keçirməyi planlaşdırır.
Cumhuriyyet.az xəbər verir ki, bu barədə “Nikkei” qəzeti məlumat yayıb.
Sınağın 2030-cu ildə reallaşacağı bildirilir.
Qeyd edək ki, 2023-cü ildə 16 yapon şirkətindən ibarət konsorsium termonüvə sintezinin inkişafı layihəsinə təxminən 10 milyard yen (təxminən 73,6 milyon dollar) investisiya etmək qərarına gəlib.