Suriyada fəaliyyət göstərən Rus Evi bağlanıb və bu ölkədən tələbə qəbulu müvəqqəti olaraq dayandırılıb.
Cumhuriyyet.az xəbər verir ki, bu barədə “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov məlumat verib.
Onun sözlərinə görə, mərkəzin fəaliyyətinin dondurulması qərarı regionda qeyri-sabit vəziyyət fonunda Rusiya səfirliyinin tövsiyələri ilə əlaqədardır.
“Bizim üçün əsas prioritet təhlükəsizlikdir. Şərait imkan verdikdə fəaliyyətimizi bərpa edəcəyik”, – Primakov vurğulayıb.