Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Dünya

Erməni katolikos Putinə Azərbaycanla bağlı müraciət etdi – hiylə

Sentyabr 23, 2025
A A

REDAKTORUN SEÇİMİ

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

02 Mart 26 / 11:01
1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

17 Fevral 26 / 7:23
Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

16 Fevral 26 / 12:42
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

13 Fevral 26 / 17:05
Poqonu sökülən generalın əmlaklar da əlindən alınır – NƏLƏRİ VARMIŞ, NƏLƏRİ…

Poqonu sökülən generalın əmlaklar da əlindən alınır – NƏLƏRİ VARMIŞ, NƏLƏRİ…

13 Fevral 26 / 15:49

Erməni katolikos Rusiya liderinin Qarabağdakı “abidələrə” sahib çıxmasını istəyir – Moskvaya nə dəxli?! 

Katolikos I Aram Qazaxıstanda keçirilən Dünya və Ənənəvi Dinlər Liderlərinin VIII Qurultayında prezident Vladimir Putin və patriarx Kirildən Azərbaycan hakimiyyəti ilə danışıqlarda “artsaxın dini və mədəni irsinin təhlükəsizliyinin təmin edilməsi, habelə erməni məhbusların vaxtından əvvəl azad edilməsi üçün lazımi səylər göstərmələrini” xahiş edib. 

Bu barədə “Bakı-Xəbər” yazıb. Erməni katalikosun Kreml liderindən dəstək gözləməsi yeni hiyləgər davranışdır. Onsuz da bu müraciətin nəticəsi olmayacaq. Amma qurultayda məsələ qaldırması və diqqəti Rusiya prezidentinə yönəltməsi olduqca maraqlıdır. Axı Azərbaycan-Rusiya əlaqələri indi soyuqdur və Bakı Moskvadan gələcək hansısa tələbi yerinə yetirməz, o ki qala belə bir absurd çağırışlar olsun.  

Erməni həyasızlığının pik həddi isə odur ki, Qarabağda cəmi 100-150 il yaşayıb, indi “dini və mənəvi abidələr”dən danışır. Amma Ermənistan və Qarabağ ərazisində ermənilər türklərə məxsus minilliklərlə yaşı olan abidələri darmadağın edib üstünü də basdırıblar. Hazırkı İrəvan şəhəri qədim türk abidələrinin – İrəvan qalasının xarabalıqları üstündə tikilib. Bunu erməni alimləri də təsdiqləyir. Hazırda İrəvan şəhərində 100 ildən çox yaşı olan tarixi abidə mövcud deyil. Sual verən yoxdur ki, ermənilər bu ərazinin aborigenləridirsə, nədən onların bir neçə əsr əvvələ aid tarixi abidələri yoxdur?  

Mühakimə edilən hərbi canilərə gəlincə, rəsmi Moskva Zaxarovanın dili ilə bir dəfə bəyan edib ki, Azərbaycandan gələcəkdə humanist addım gözləntiləri var. Yəni olduqca ütülü bir diplomatik dillə mesaj verilib. Çünki Kremlin erməni terrorçularını azad etdirmək üçün nə haqqı, nə də təsir gücü var.  

Bunu bilən katalikos, görəsən, nəyə ümid edir? Putinin Azərbaycan hakimiyyətinə müəyyən təsir imkanları varmı? 

Deputat Günay Ağamalı “Yeni Müsavat”a dedi ki, belə çağırışların heç bir əhəmiyyəti yoxdur: “Bu müraciət əvvəldən düşünülmüş, planlı siyasi gedişdir. Kreml rəhbərliyi bölgədə onlara ehtiyac var görüntüsünü formalaşdırmaqla keçmiş narrativlər üzərindən özünün zəifləyən mövqelərini bərpa etməyə çalışır. Bu kontekstdə, din xadiminin dili ilə keçmiş qondarma qurumun adının hallandırılması hesab edirəm ki, Azərbaycan və Ermənistan arasında Vaşinqtonda əldə olunan razılaşmalara qarşı müxalif mövqelərin güclənməsinə hesablanıb. Çünki Rusiyanın Ermənistandakı əsas dayaqlarından biri də kilsə və din xadimləridir. Ancaq bu cəhdin heç bir siyasi və hüquqi əsası yoxdur. Bu tip manipuliativ gedişlərlə Bakının mövqeyinə və regional dinamikaya təsir etmək mümkün deyil. Qarabağda cəmi 100-150 il əvvəl məskunlaşmış ermənilərin “dini və mədəni irs” iddiası əslində tarixə saxtakarlıqla yanaşmağın bariz nümunəsidir. Halbuki məhz ermənilər əsrlərlə azərbaycanlılara məxsus abidələri, məscidləri, qəbiristanlıqları dağıdıb, tarixi yaddaşımızı silməyə çalışıblar”.  

Deputatın fikrincə, Kremlin dəfələrlə verdiyi bəyanatlar göstərir ki, humanizm prinsipləri barədə yalnız ümumi diplomatik ifadələr işlədilir: “Heç bir dövlətin Azərbaycanın suveren qərarlarına təsir etmək gücü yoxdur. Erməni katolikosunun belə bir müraciətə əl atması onun siyasi mövqe qazanmaq cəhdindən başqa bir şey deyil. Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün tarixi, mədəni və dini irsimizə sahib çıxır, onu bərpa edir və qoruyur”. 

Dini mövzular üzrə yazar Kənan Rövşənoğlunun müşahidələrinə görə, katolikosun Rusiya prezidentinə müraciəti siyasi məqsədlər güdür: “Əvvəla, Qarabağda hansısa erməni abidəsinin dağıdılması ilə bağlı fakt yoxdur. Varsa, bunun üçün müvafiq beynəlxalq qurumlara müraciət etmək lazımdır. BMT, UNESCO və sair. Qarabağda hazırda Rusiya sülhməramlı qüvvələri yoxdur, yəni Rusiyanın Qarabağdakı abidələrə hər hansı əlaqəsi və ya müdaxiləsi imkanı yoxdur. Üstəlik, belə faktlar varsa, bunu Ermənistanın rəsmi təmsilçisi – baş nazir bildirə bilərdi. Erməni kilsəsi Rusiya ilə 200 ildən çoxdur ki, dərin əlaqələrə malikdir. Hətta Cənubi Qafqazın işğalı zamanı əməkdaşlığa görə Rusiya çarı Aleksandr erməni kilsəsini mükafatlandırıb. İndi isə Paşinyana qarşı erməni kilsəsi Rusiya ilə ittifaqa girmək istəyir və ya artıq belə bir ittifaq var”.  

Əvvəlki Yazı

Əhali peyvənd olunmağa çağırıldı – TƏHLÜKƏ GƏLİR

Növbəti Yazı

Ölkəni silkələyən həbs – neft treyderliyinin “qara qutusu” açılır

EKSKLUZİV

İlahi Eşq: Əbədiyyətin sirri və ədəbiyyatın nəfəsi

İlahi Eşq: Əbədiyyətin sirri və ədəbiyyatın nəfəsi

02 Mart 2026 / 14:21
3
İsrail daha bir ölkədə hərbi əməliyyatlara başladı – TƏCİLİ

İsrail daha bir ölkədə hərbi əməliyyatlara başladı – TƏCİLİ

02 Mart 2026 / 13:51
0
İran YOL ayrıcında – REJİM dəyişikliyi, yoxsa sistemdə İSLAHAT…

İran YOL ayrıcında – REJİM dəyişikliyi, yoxsa sistemdə İSLAHAT…

02 Mart 2026 / 13:49
0
İranın bombaladığı ölkələr və itkilərin sayı – SİYAHI

İranın bombaladığı ölkələr və itkilərin sayı – SİYAHI

02 Mart 2026 / 13:02
2

XƏBƏR LENTİ

İlahi Eşq: Əbədiyyətin sirri və ədəbiyyatın nəfəsi

İsrail daha bir ölkədə hərbi əməliyyatlara başladı – TƏCİLİ

İran YOL ayrıcında – REJİM dəyişikliyi, yoxsa sistemdə İSLAHAT…

İranın bombaladığı ölkələr və itkilərin sayı – SİYAHI

Bu il Azərbaycanda referendum gözlənilir – nələr dəyişəcək?

Neftin qiyməti kəskin bahalaşdı

Tikinti şirkətlərinin özbaşınalığına son: Kompensasiya necə ödənilməlidir?

17 gün İŞ OLMAYACAQ – Həmin TARİXLƏR

Hərbi rəhbərlərin ölümü TƏSDİQLƏNDİ

Universitetlərdə dərs müddəti azaldılmalıdır?

İranla bağlı GİZLİ STRATEGİYA üzə çıxdı, Putin Tehrana… — ŞOK DETALLAR

DÜNYADA UCUZLAŞIR, BİZDƏ BAHALAŞIR… – Azərbaycanda ərzağın qiyməti niyə enmir?

Bu siqaret şirkətlərinin bazarı öldü – SƏBƏB

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

İran danışıqlara gedir, ya yox? – Ziddiyyətli açıqlamalar

ŞAD XƏBƏR: Onlara da ünvanlı sosial yardım veriləcək

SEPAH Məsud Pezeşkianı kənarlaşdırıb, yoxsa onun səlahiyyətləri artıb?

Tarix, diplomatiya və yaddaş: Memorial Soyqırımı Muzeyində müzakirə

Cəmil Həsənli Ramiz Mehdiyev haqqında 6 il əvvəl

“Bismillah”sız heç bir iş görməyən Faiq Balabəyli…

Ramazan və Novruz bayramları ərəfəsində Qazax rayonunun qəbiristanlıqlarında iməcilik keçirilib

Millət vəkili Fəzail İbrahimli Masallıda seçici qəbulu həyata keçirib

“Azərbaycanın Sülh Şurasına yaradıcı üzv statusu ilə qoşulması dövlətimizin və Prezidentimizin nüfuzundan xəbər verir”

Prezidentin təhlükəsizliyi milli hüququn mütləq tələbidir – Vəhdət partiyasından Vaşinqton insidentinə sərt reaksiya

“Mədəniyyət və Yaradıcı Sənayelər üzrə Xüsusi Təqaüd Proqramı – Gələcək üçün tarixi fürsət”- Aisa Aslanova

DİN-nin narkortiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəsi təqdirəlayiqdir

“Veysəloğlu”nun sponsorluğu ilə ərsəyə gələn “Naxçıvan Maarifi” sənədli-bədii filminin təqdimatı keçirilib

Vəhdət Partiyasından təklif: tələbə və alimlərə gediş haqqı güzəşti edilsin

“Münxen konfransı göstərdi ki, Azərbaycan sülh, təhlükəsizlik və tərəfdaşlıq siyasətinə sadiqdir”

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Sentyabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« Avq   Okt »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.