Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Hadisə

Ramiz Mehdiyevin ev dustaqlığının bir ayı tamamlanır – 3 ay sonra…

Noyabr 13, 2025
A A

REDAKTORUN SEÇİMİ

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

11 Dekabr 25 / 13:55
Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

10 Dekabr 25 / 11:55
Mərkəzi Aran Regional Mədəniyyət İdarəsində özbaşınalıq: mədəniyyət sahəsində təhsil və təcrübəsi olmayan Zəfər Hacıyevdən narazılıq

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsində özbaşınalıq: mədəniyyət sahəsində təhsil və təcrübəsi olmayan Zəfər Hacıyevdən narazılıq

10 Dekabr 25 / 11:48
Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

09 Dekabr 25 / 14:41
Vətəndaşların MİDA narahatlığı: problemlər niyə bitmir?

Vətəndaşların MİDA narahatlığı: problemlər niyə bitmir?

08 Dekabr 25 / 16:19

Sabah – noyabrın 14-də Prezident Administrasiyasının keçmiş rəhbəri, Təhlükəsizlik Şurasının sabiq üzvü Ramiz Mehdiyevin ev dustaqlığına alınmasının bir ayı tamam olur. Oktyabrın 14-də Səbayel Rayon Məhkəməsinin qərarı ilə Ramiz Ənvər oğlu Mehdiyev barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib. O, dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər (CM 278.1), dövlətə xəyanət (CM 274) və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma (CM 193-1.3.2) maddələri ilə ittiham olunur.

İstintaqa yaxın mənbələrin verdiyi məlumata görə, Ramiz Mehdiyev Rusiya ilə münasibətlərdə yaranmış gərginlikdən istifadə edərək, dövlət çevrilişi planı hazırlayıb və bunu öz kanalları vasitəsilə Moskvaya təklif edib.

Xatırladaq ki, ötən ilin 25 dekabrında AZAL təyyarəsinin Rusiya səmasında vurulması iki ölkə arasında ciddi diplomatik böhran yaratmışdı. Məhz həmin gərginlik fonunda Mehdiyev “keçid dövrü üçün Dövlət Şurası” adlı qurumun yaradılması ideyasını irəli sürüb.

Ramiz Mehdiyev hələ sovet dövründən Moskvanın etibarlı adamı kimi tanınıb. Onun dövlət strukturlarında onillərlə yaratdığı kadr şəbəkəsi əsasən rusiyapərəst məmurlardan ibarət olub. 2020-ci ildə 44 günlük Vətən müharibəsindən bir qədər əvvəl və dərhal sonra bu şəbəkənin hakimiyyətdən uzaqlaşdırılması prosedura başlanmışdı. Mehdiyev özü də AMEA prezidenti postundan getməyə məcbur olmuşdu.

2022-ci ilin fevralında istefa verəndən cəmi bir ay sonra onun AMEA binasında rus nümayəndələrlə görüşməsi barədə məlumat yayılmışdı. Yayda isə Mehdiyevin Novxanıda sabiq məmurlarla gizli toplantı keçirdiyi mediaya sızmışdı. AMEA-da aparılan yoxlamalar nəticəsində onlarla maliyyə pozuntusu və qanunsuzluq aşkarlanıb. Hesablama Palatasının 2020-2023-cü illəri əhatə edən hesabatları bu faktları təsdiqləyib. Baş prokuror Kamran Əliyev oktyabrın 1-də açıqlamışdı ki, AMEA üzrə cinayət işinin bir neçə epizodu üzrə istintaq yekunlaşıb və bəzi işlər artıq məhkəməyə göndərilib. Ramiz Mehdiyevin ailəsinə məxsus Novxanıdakı 155 hektarlıq torpaq sahələri, “Bank BTB” ASC-dəki 75 faizlik pay, həmçinin subsidiya adı ilə alınan dövlət vəsaitləri artıq istintaq materiallarının tərkibindədir.

Mehdiyevin ev dustaqlığının müddəti 2026-cı il yanvarın ortalarında bitəcək. İstintaqın bu müddətə qədər tam ittiham aktı ilə məhkəməyə çıxması gözlənilir. Əgər Mehdiyevin planı və maliyyə izləri tam sübuta yetirilərsə, bu, Azərbaycan tarixində ilk dəfə sabiq Prezident Administrasiyası rəhbərinin “dövlətə xəyanət” ittihamı ilə mühakimə olunması demək olacaq.
Hazırda ona bağlı kadrların istintaqa cəlb olunduğu haqda məlumatlar var. Ramiz Mehdiyevin ətrafında araşdırmalar getdikcə yeni adlar, yeni əlaqələri üzə çıxar. Bu zəncirin əsas həlqələrindən biri də Azərbaycanın sabiq Milli Məclis sədri Oqtay Əsədov, digəri isə keçmiş deputat və iş adamı Əsabil Qasımovdur. Hər iki şəxs barəsində illərdir dövriyyədə olan məlumatlar bir istiqamətdə birləşir: Rusiya ilə dərin maliyyə və biznes əlaqələri. İndi bu əlaqələrin sırf iqtisadi deyil, siyasi məqsəd daşıdığı ehtimalı üzərində dayanılır. Azərbaycan siyasi səhnəsində uzun illər “sakit fiqur” kimi tanıdılan, lakin pərdəarxasında ciddi iqtisadi təsirə malik şəxslərdən biri olan Oqtay Əsədovun adı heç vaxt açıq korrupsiya qalmaqallarında hallanmasa da, illərlə su sektorunu idarə edən məmurun ailəsinin gizli biznes şəbəkəsi barədə mətbuatda saysız iddialar səslənib. Oqtay Əsədovun “Azərsu” ASC-yə rəhbərlik etdiyi dövrdə qurumun tenderləri ailə biznesinə çevrilib. Mətbuat araşdırmalarına görə, bu illərdə dövlət sifarişlərinin böyük qismi Əsədovun ailəsinə yaxın şirkətlərə ötürülüb. Söhbət “Azərsu Servis”, “Qlobal Service Group”, “AzTech Construction” və “Qlobal Sutikinti” kimi müəssisələrdən gedir. Formal olaraq müxtəlif şəxslərin adına rəsmiləşdirilən bu şirkətlər əslində eyni ofislərdə, eyni əlaqə nömrələri ilə fəaliyyət göstərib. Tenderlərin çoxu isə su təchizatı və kanalizasiya sistemlərinin yenilənməsi adı altında elan edilib. Amma bu layihələrin əhəmiyyətli hissəsi ya kağız üzərində qalıb, ya da şişirdilmiş qiymətlərlə həyata keçirilib. Araşdırmalar göstərir ki, Oqtay Əsədovun biznes əlaqələri təkcə Azərbaycanda məhdudlaşmayıb. Rusiyanın kommersiya reyestrlərində onun ailəsinə yaxın şəxslərin adları bir neçə müəssisənin təsisçi siyahısında görünür. Məsələn, “AzRusTrans” MMC adlı logistika şirkəti Moskva şəhərində qeydiyyatdan keçib. Digəri “RusAquaTrade” su təchizatı avadanlıqlarının satışı ilə məşğuldur. Bu şirkətlərdə Əsədovun oğlu Rəşad Əsədov və yaxın qohumlarının adları qeyd olunur. Bəzi mənbələr iddia edir ki, həmin müəssisələr vasitəsilə “Azərsu”nun avadanlıq tədarükləri və servis xidmətləri Rusiyadan alınıb, yəni dövlət vəsaiti dolayısı ilə ailə şirkətlərinə geri qayıdıb. Oqtay Əsədovun ailə çevrəsi SOCAR layihələrinin ticarət şəbəkəsində də dolayı şəkildə iştirak edib. Burada söhbət əsasən yanacaq, su avadanlıqları və mühəndis təchizatı üzrə müqavilələrdən gedir. 2013-2018-ci illərdə Əsədov ailəsinə yaxın şirkətlər dövlət layihələrindən ümumilikdə 120 milyon manata qədər sifariş alıblar. Bakıda və Abşeron rayonunda bir neçə mənzil kompleksi, obyekt və torpaq sahələri də bu ailənin biznes zəncirinə bağlı hesab olunur. Oqtay Əsədov indi siyasi səhnədən çəkilmiş kimi görünür. Amma onun ailə şirkətləri, Rusiya ilə iqtisadi bağlar bu gün də yaşayır.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Əvvəlki Yazı

Moskvanın 10 noyabr “dərdi” – Bakı və İrəvanın qərar anı

Növbəti Yazı

Oğlu Fəzail Ağamalını məhkəməyə verəcək

EKSKLUZİV

Azərbaycandakı otellərin Yeni il qiymətləri – Siyahı

Azərbaycandakı otellərin Yeni il qiymətləri – Siyahı

11 Dekabr 2025 / 13:59
2
Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

11 Dekabr 2025 / 13:55
8
Ramiz Mehdiyevlə Şərurlu İsfəndiyarın əlaqəsi…

Ramiz Mehdiyevlə Şərurlu İsfəndiyarın əlaqəsi…

11 Dekabr 2025 / 13:53
0
Ukrayna Xəzər dənizində neft obyektlərinə ZƏRBƏ ENDİRDİ

Ukrayna Xəzər dənizində neft obyektlərinə ZƏRBƏ ENDİRDİ

11 Dekabr 2025 / 13:51
0

XƏBƏR LENTİ

Azərbaycandakı otellərin Yeni il qiymətləri – Siyahı

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

Ramiz Mehdiyevlə Şərurlu İsfəndiyarın əlaqəsi…

Ukrayna Xəzər dənizində neft obyektlərinə ZƏRBƏ ENDİRDİ

İcra Hakimiyyətləri “tender yarışına girib”: Səbəb nədir?

Hava kəskin dəyişəcək? – HƏYƏCAN SİQNALI VERİLİB

Ermənilər Xankəndiyə, azərbaycanlılar Zəngəzura qayıdır?

“Qumar kralı”nın adamının şirkəti bağlandı

Büdcənin çatmayan üç milyardı – yeri necə doldurulacaq?

“Etiraf edirəm ki, mənə “paçka”larla pul verib”- General məhkəməyə gəldi

Kənd Təsərrüfatı Nazirliyində mənimsəmə – Cinayət işi BAŞLANDI

“Qarabağ” niyə uduzdu? – İdman jurnalistlərinin REAKSİYASI

Hansı müəllimlər dərs vaxtı məzuniyyətə çıxa biləcək?

Avropa Bankı Azərbaycan üçün 85 milyonluq layihəni TƏSDİQLƏDİ

Dünyanın ən ölümcül müharibələri – Ukraynada itkilər 2 milyona çatır

İlham Əliyev Donald Trampa təşəkkür etdi

Kirayə qalanların NƏZƏRİNƏ: Bu ərazilərdə qiymətlər qalxacaq

Azərbaycanda güclü zəlzələ olacaq? – RƏSMİ AÇIQLAMA

Nobel mükafatları sahiblərinə verildi- Müxalif lider niyə yoxa çıxıb?

ŞOK: çörəklərə cəsədə vurulan maddə qatılır?

Ukrayna dronları Paşinyanın təyyarəsinin Moskvaya enməsinə imkan vermədi

Bankların yeni kələyi – əhalini belə soyurlar

Bakının Brüsseldən sərt tələbi

Pensiya yaşı ilə bağlı YENİ XƏBƏR – 60-a endirilməsi…

Bayram tətili ilə bağlı rəsmi açıqlama

İcra başçısı şəhid atasının dəfninə qatıldı – FOTOLAR

Rəna Muradova:  Yasamal prokurorluğu bacımın qanını batırmaqda israrlıdır…

“Qudalar Agentliyi”nın sədri Bakı və Abşerona “qayıq” alacaq? – VİDEOLAR

Son inflyasiya rəqəmləri açıqlandı

Trampın Ukraynaya təklifləri: Koreya ssenarisi, 100 milyard dollar, silahsız zona və…

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Noyabr 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
« Okt   Dek »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.