Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Dünya

Simonyandan Xocalı canilərinə ağır sözlər

Noyabr 14, 2025
A A

REDAKTORUN SEÇİMİ

Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

09 Dekabr 25 / 14:41
Vətəndaşların MİDA narahatlığı: problemlər niyə bitmir?

Vətəndaşların MİDA narahatlığı: problemlər niyə bitmir?

08 Dekabr 25 / 16:19
Adnan Əhmədzadə Elnur Abdullayev ittifaqının media maxinasiyaları: FETO-çu İmam necə imperiya qurub?

Adnan Əhmədzadə Elnur Abdullayev ittifaqının media maxinasiyaları: FETO-çu İmam necə imperiya qurub?

08 Dekabr 25 / 14:31
Məşhur idmançı deputat Ülvi Quliyevdən şikayətləndi: “300 min pul qazananda deyirdilər ki…”

Məşhur idmançı deputat Ülvi Quliyevdən şikayətləndi: “300 min pul qazananda deyirdilər ki…”

08 Dekabr 25 / 14:02
Abdin Fərzəliyevin qanunsuz tikinti prosesi: Yüksək gərginlik altında obyekt

Abdin Fərzəliyevin qanunsuz tikinti prosesi: Yüksək gərginlik altında obyekt

04 Dekabr 25 / 13:16

Parlament seçkiləri yaxınlaşdıqca Ermənistanda siyasi hərarət yüksəlir. Məntiqlidir. Çünki qarşıdakı kritik seçkilər xeyli dərəcədə erməni xalqının taleyini müəyyən edəcək.

Bu mənada şübhə yox ki, seçkilərdə həlledici mübarizə hakim partiya ilə Rusiyaya bağlı müharibə tərəfdarları arasında gedəcək. Müşahidələrə görə, sonuncular pərakəndə şəkildə və aşağı nüfuzlu olduğu üçün iqtidara qarşı vahid cəbhədə birləşməyə çalışırlar.

Sözsüz ki, hakimiyyət də mürgü vurmur. Radikal-revanşist düşərgəni səsvermə günün qədər cəmiyyətin gözündən daha da salmaq, rüsvay etmək üçün bütün resurslardan yararlanır…

“İnsanlar müxalifətdən üz döndərirlər, çünki onları yorublar”.

Bunu sədr Alen Simonyan dünən parlamentdə bildirib. “İnsanlar deyir, kim olur-olsun, yalnız onlar olmasın. Siz bunu başa düşürsünüz? (Azərbaycanla aparılan) Danışıqlardan bəhs edirsiniz. Bəs Robert Köçəryan, Serj Sərkisyan haradadır? Artıq onları açıq dabata çağırmışıq, gəlsinlər”, – spiker bildirib (Teleqraf).

Ardınca qeyd edib ki, Köçəryan və Sərkisyan ancaq özlərinə uyğun şəxslərə müsahibə verirlər: “Robert Köçəryan gəlsin, seçilmiş şəxsin (Baş nazir Nikol Paşinyanın) qarşısında otursun və Ermənistan xalqına danışsın, desin: bilirsiniz, Qarabağ məsələsində vəziyyət belə olub. O qorxur. Mən deyirəm ki, o, çox qorxur”.

O, Ermənistan müxalifətinin gələn il keçiriləcək parlament seçkilərində heç bir şansının olmadığını da söyləyib…

Az öncə Nikol Paşinyan Sərkisyanın Qarabağla əlaqədar Azərbaycanla apardığı danışıqların sənədlərini ilin sonunadək dərc edəcəyini açıqlayıb. Baş nazir bunu dekabrda ATƏT-in Minsk Qrupunun rəsmən ləğv edilməsindən sonra edəcəyini bildirib.

Sabiqlər isə açıq debatlardan qaçırlar. Ona görə ki, mövqeləri çox zəifdir. Hər halda 44 günlük müharibədə darmadağın edilən ən əvvəl onların “məğlubedilməz ordu”su idi. Paşinyan iki ilə (2018-2020) Azərbaycan torpaqlarının 20%-ni daha bir neçə il işğal altında saxlayacaq güclü ordu yarada bilməzdi. Əlbəttə, Azərbaycan da yerində saymırdı. Aprel döyüşlərində (2016) Köçəryan-Sərkisyan xunta rejimi artıq yağlı şapalaq yemişdi. Xuntaçı cütlüyün daha bir zəif nöqtəsi Bakının münaqişənin həlli ilə bağlı illərlə irəli sürdüyü əlverişli təklifləri (yüksək muxtariyyət, Bakı-Ceyhan neft xəttinin Ermənistandan keçirilməsi və s.) rədd eləməsi ilə bağlıdır.

Bu və digər səbəbdən Simonyan haqlı. Qısası, növbəti parlament seçkilərində də erməni xalqı pislə (Paşinyan komandası) və ən pis (Xocalı caniləri Köçəryan və Sərksiyan timsalında radikal müxalifət) arasında seçim etməli olacaq…

Paşinyan həmçinin deyib ki, yeni seçkilər xarici təsir agentlərindən qurtulmaq üçün fürsət olacaq. O, bunu yaxşı imkan” adlandırıb. Sitat: “Vətəndaşlar bizi Robert Köçəryan, Serj Sarkisyan və onların rəhbərlik etdiyi qüvvələrə reaksiya verməkdə günahlandırır. Tezliklə seçkilər olacaq və bu qüvvələrin parlamentə düşməmək ehtimalı böyükdür. Bu məsələni həll etməyin vaxtı çatıb. 2018-ci ildən bəri Ermənistan “eyni ölkənin cibindədir” və siyahıya daxil edilən şəxslər həmin ölkənin “təsir agentləridir”.

Hansı ölkənin “cibindən” söhbət gedir, yəqin ki, aydındır. Bu – Rusiyadır. Deməli, qarşıdakı seçkilər həm də Zəngəzur dəhlizi (TRİPP marşrutu) üçün mühüm önəm kəsb edir. Bu layihə isə Azərbaycan və ABŞ-dan çox erməni xalqının özünə gərəkdir. Nəhayət, blokadadan, rusun “cibindən” qurtulub Azərbaycan və Türkiyənin köməyi ilə inkişaf yoluna çıxmaq üçün…

Analitik xidmət,
Musavat.com

Əvvəlki Yazı

Türkiyə polisi 11 ölkə ilə HƏRƏKƏTƏ KEÇDİ: Siyahıda Azərbaycan da var

Növbəti Yazı

Türk ölkələrinin kəşfiyyat rəhbərləri Xankəndində

EKSKLUZİV

Naxçıvanın qalmaqallı deputatı kimdir? – Mandatı ləğv ediləcək

Naxçıvanın qalmaqallı deputatı kimdir? – Mandatı ləğv ediləcək

09 Dekabr 2025 / 20:10
0
Namizəd Səfərov saxlanıldı

Namizəd Səfərov saxlanıldı

09 Dekabr 2025 / 19:40
0
“Azərbaycan Dəmir Yolları” gömrük qaydalarını pozurmuş – CƏRİMƏ

“Azərbaycan Dəmir Yolları” gömrük qaydalarını pozurmuş – CƏRİMƏ

09 Dekabr 2025 / 19:25
1
Mehdiyev ”Pendik Şifa” klinikasını necə ələ keçirib? – DETALLAR

Mehdiyev ”Pendik Şifa” klinikasını necə ələ keçirib? – DETALLAR

09 Dekabr 2025 / 19:23
1

XƏBƏR LENTİ

Naxçıvanın qalmaqallı deputatı kimdir? – Mandatı ləğv ediləcək

Namizəd Səfərov saxlanıldı

“Azərbaycan Dəmir Yolları” gömrük qaydalarını pozurmuş – CƏRİMƏ

Mehdiyev ”Pendik Şifa” klinikasını necə ələ keçirib? – DETALLAR

Gömrükdə müsadirə olunmuş qızılları satacaqlar – 700 MİN MANATLIQ HƏRRAC BU TARIXDƏ OLACAQ

Gerasimovun qələbə yalanları: noyabrda “ələ keçirilən” üç yaşayış məntəqəsində döyüşlər gedir

“Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev qaynatasının əsgəri olub”

9 saylı cəzaçəkmə müəssisəsində narazılıq

AZAL-ın təyyarə qəzası ilə bağlı Qazaxıstan AÇIQLAMA YAYDI

Tenderlə “qaz vurub qazan dolduranlar” – Məhkəmələrin təmiri kimə tapşırılıb? + SİYAHI

Bu şəxslərə birdəfəlik haqq ödəniləcək

Ramiz Mehdiyev kimləri FETÖ siyahısından çıxarıb?

“Qaçış Kralı” dördüncü dəfə həbsxanadan qaçdı

Deputatlar bu məsələləri qaldırdı – Hökumətdən REAKSİYA

Valyuta ehtiyatlarımız xarici borcumuzdan 17 dəfə çoxdur

Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

Tütün məhsullarının aksizi 25.5 manata qaldırılır

Bakının mərkəzində xaos: Bu adamlara görə yolu bağlayırlar – VİDEO

XİN Ramiz Mehdiyevin oğlunun şirkəti ilə müqavilə imzaladı

Ermənilər xirstianlığı necə qəbul edib? –Paşinyanda kilsəyə sillə

7 illik vergi güzəşti ləğv olunur: Rüsumlar nə qədər olacaq?

Hava xəbərdarlığı: Bakıda iki gün leysan olacaq

Bakıda dəhşətli PARTLAYIŞ

2026-cı ilin dövlət büdcəsi təsdiqləndi – Gəlir və xərclər

İş adamının 4 milyonu ələ keçirildi – Biri federasiya prezidenti olub

AYNA-nın şirkətlərə yazdığı cərimələr ləğv edildi

Əsəd və müşaviri Putini lağa qoydu + VİDEO

Trampdan Avropaya xəbərdarlıq: Düz yolla getmirsiniz

“Atanı Putin öldürüb, Zelenski yox” – Ukraynada döyüşən çeçenlərdən Ramzan Kadırova sərt cavab

DİN-dən əhaliyə TƏCİLİ XƏBƏRDARLIQ – Təhlükə realdır!

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Noyabr 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
« Okt   Dek »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.