Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Dünya

Korrupsiya qalmaqalı Ukraynanı uçuruma aparır – Zelenski təhlükədədir

Noyabr 19, 2025
A A

REDAKTORUN SEÇİMİ

Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

09 Dekabr 25 / 14:41
Vətəndaşların MİDA narahatlığı: problemlər niyə bitmir?

Vətəndaşların MİDA narahatlığı: problemlər niyə bitmir?

08 Dekabr 25 / 16:19
Adnan Əhmədzadə Elnur Abdullayev ittifaqının media maxinasiyaları: FETO-çu İmam necə imperiya qurub?

Adnan Əhmədzadə Elnur Abdullayev ittifaqının media maxinasiyaları: FETO-çu İmam necə imperiya qurub?

08 Dekabr 25 / 14:31
Məşhur idmançı deputat Ülvi Quliyevdən şikayətləndi: “300 min pul qazananda deyirdilər ki…”

Məşhur idmançı deputat Ülvi Quliyevdən şikayətləndi: “300 min pul qazananda deyirdilər ki…”

08 Dekabr 25 / 14:02
Abdin Fərzəliyevin qanunsuz tikinti prosesi: Yüksək gərginlik altında obyekt

Abdin Fərzəliyevin qanunsuz tikinti prosesi: Yüksək gərginlik altında obyekt

04 Dekabr 25 / 13:16

Ukraynada son illərin ən böyük korrupsiya qalmaqalı yaşanır.

Modern.az-ın məlumatına görə, dövlətin ən yüksək səviyyələrinə qədər gedib çıxan ittihamlar prezident Volodimir Zelenskinin komandasını ciddi şəkildə silkələyib.

Yerli mətbuatın məlumatına görə, Zelenski “ittihamların miqyasını görəndə sarsılıb” və artıq bir neçə yüksək vəzifəli şəxslə arasında məsafə saxlayır.

Ukraynanın anti-korrupsiya qurumları 15 ay davam edən araşdırma nəticəsində dövlətə məxsus “Enerqoatom” şirkətindən ən azı 100 milyon dolların mənimsənildiyini müəyyən edib. Gizli səs yazıları, mənzillərdə aparılan axtarışlar və sənədlər korrupsiya planının geniş şəbəkə tərəfindən idarə olunduğunu üzə çıxarıb.

İttiham olunanların arasında Zelenskinin yaxın dostu və keçmiş biznes tərəfdaşı Timur Mindiç də var. Onun evində “qızıl unitaz” belə tapılıb. Mindiç prokurorluq əməkdaşları evinə gəlməzdən bir neçə saat əvvəl ölkədən qaçıb, ona əvvəlcədən kiminsə xəbərdarlıq etdiyi ehtimal olunur.

Toplanan pulların bir hissəsinin Moskvaya göndərildiyi, bir hissəsinin isə Kiyev yaxınlığında yüksək vəzifəlilər üçün dəbdəbəli villaların tikintisinə sərf olunduğu iddia edilir.

Skandalın ardından parlament noyabrın 18-də energetika naziri Svetlana Hrinçuk və ədliyyə naziri Herman Haluşenkonun vəzifədən azad olunması barədə səsvermə keçirəcək. Onlar ittihamları rədd edir.

Araşdırmada şəbəkə üzvlərinin bir-birinə ləqəblərlə müraciət etdiyi üzə çıxıb. Bunlar “Karlson” (Mindiç), “Çe Gevara” (Aleksiy Çerniçov (keçmiş baş nazir müavini), “Professor” kimi ləqəblərdir. Hətta çamadanlarla pul daşımaqdan bel ağrısından şikayət edən audio yazılar belə var.

Korrupsiyaya qarışan şəxslər araşdırmaçılar izlənildiyini anlayanda onların ev ünvanlarını tapıb, hətta gizli kameraların görüntülərini əldə edərək təzyiq göstərməyə başlayıblar.

Bundan sonra prezident administrasiyasının araşdırmanı dayandırmaq cəhdləri iddia edilir. Anti-korrupsiya orqanlarının müstəqilliyini məhdudlaşdıran qanun belə qəbul edilib, lakin kütləvi etirazlardan sonra geri çəkilib.

Hazırda sual ondan ibarətdir ki, prezident bu qalmaqaldan xəbərdar idimi, yoxsa müharibə səbəbindən nəzərdən qaçırıb. Rəsmi qurumlar Zelenskinin korrupsiya planının detallarını bilmədiyini düşünür. Lakin ona yaxın şəxslərin adının hallanması prezidentin siyasi gələcəyinə ciddi təhlükə yaradır.

Bir ukraynalı zabit skandalı “atom bombası partlayışı”na bənzədib.

Ekspertlər deyir ki, bu qalmaqal iki istiqamətdə ağır nəticələr yarada bilər: cəbhədə döyüşən əsgərlərin ruh düşkünlüyü və Ukraynaya xaricdən maliyyə yardımının azalması riski.

Ukraina hər il 100 milyard dollara yaxın xarici dəstəyə ehtiyac duyur. İndi bəzi ölkələr korrupsiya qalmaqalını yardımı azaltmaq üçün bəhanə kimi istifadə edə bilər.

Araşdırma davam edir. Beş nəfər artıq həbs olunub, daha çox həbslərin olacağı gözlənilir. Anti-korrupsiya qurumları növbəti mərhələdə Ukraynanın müdafiə sektorunu araşdıracaq, bu isə siyasi elitanı daha da narahat edir.

“Zelenski seçim qarşısındadır: ya öz komandasında “əməliyyat” aparmalı olacaq, ya da böhran bütün sistemi çökdürə bilər”, – “Economist” nəşrinə danışan ekspertlərdən biri belə deyib.

Əvvəlki Yazı

Mədəniyyət Nazirliyinə etirazlara aktrisa da qoşuldu – Foto

Növbəti Yazı

Azərbaycan Bayrağı REKORD QIRDI

EKSKLUZİV

Naxçıvanın qalmaqallı deputatı kimdir? – Mandatı ləğv ediləcək

Naxçıvanın qalmaqallı deputatı kimdir? – Mandatı ləğv ediləcək

09 Dekabr 2025 / 20:10
0
Namizəd Səfərov saxlanıldı

Namizəd Səfərov saxlanıldı

09 Dekabr 2025 / 19:40
0
“Azərbaycan Dəmir Yolları” gömrük qaydalarını pozurmuş – CƏRİMƏ

“Azərbaycan Dəmir Yolları” gömrük qaydalarını pozurmuş – CƏRİMƏ

09 Dekabr 2025 / 19:25
1
Mehdiyev ”Pendik Şifa” klinikasını necə ələ keçirib? – DETALLAR

Mehdiyev ”Pendik Şifa” klinikasını necə ələ keçirib? – DETALLAR

09 Dekabr 2025 / 19:23
1

XƏBƏR LENTİ

Naxçıvanın qalmaqallı deputatı kimdir? – Mandatı ləğv ediləcək

Namizəd Səfərov saxlanıldı

“Azərbaycan Dəmir Yolları” gömrük qaydalarını pozurmuş – CƏRİMƏ

Mehdiyev ”Pendik Şifa” klinikasını necə ələ keçirib? – DETALLAR

Gömrükdə müsadirə olunmuş qızılları satacaqlar – 700 MİN MANATLIQ HƏRRAC BU TARIXDƏ OLACAQ

Gerasimovun qələbə yalanları: noyabrda “ələ keçirilən” üç yaşayış məntəqəsində döyüşlər gedir

“Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev qaynatasının əsgəri olub”

9 saylı cəzaçəkmə müəssisəsində narazılıq

AZAL-ın təyyarə qəzası ilə bağlı Qazaxıstan AÇIQLAMA YAYDI

Tenderlə “qaz vurub qazan dolduranlar” – Məhkəmələrin təmiri kimə tapşırılıb? + SİYAHI

Bu şəxslərə birdəfəlik haqq ödəniləcək

Ramiz Mehdiyev kimləri FETÖ siyahısından çıxarıb?

“Qaçış Kralı” dördüncü dəfə həbsxanadan qaçdı

Deputatlar bu məsələləri qaldırdı – Hökumətdən REAKSİYA

Valyuta ehtiyatlarımız xarici borcumuzdan 17 dəfə çoxdur

Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

Tütün məhsullarının aksizi 25.5 manata qaldırılır

Bakının mərkəzində xaos: Bu adamlara görə yolu bağlayırlar – VİDEO

XİN Ramiz Mehdiyevin oğlunun şirkəti ilə müqavilə imzaladı

Ermənilər xirstianlığı necə qəbul edib? –Paşinyanda kilsəyə sillə

7 illik vergi güzəşti ləğv olunur: Rüsumlar nə qədər olacaq?

Hava xəbərdarlığı: Bakıda iki gün leysan olacaq

Bakıda dəhşətli PARTLAYIŞ

2026-cı ilin dövlət büdcəsi təsdiqləndi – Gəlir və xərclər

İş adamının 4 milyonu ələ keçirildi – Biri federasiya prezidenti olub

AYNA-nın şirkətlərə yazdığı cərimələr ləğv edildi

Əsəd və müşaviri Putini lağa qoydu + VİDEO

Trampdan Avropaya xəbərdarlıq: Düz yolla getmirsiniz

“Atanı Putin öldürüb, Zelenski yox” – Ukraynada döyüşən çeçenlərdən Ramzan Kadırova sərt cavab

DİN-dən əhaliyə TƏCİLİ XƏBƏRDARLIQ – Təhlükə realdır!

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Noyabr 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
« Okt   Dek »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.