Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Dünya

Uitkoff qalmaqalı: KİMİN “KƏLLƏSİ GEDƏCƏK”?

Noyabr 27, 2025
A A

REDAKTORUN SEÇİMİ

Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

09 Dekabr 25 / 14:41
Vətəndaşların MİDA narahatlığı: problemlər niyə bitmir?

Vətəndaşların MİDA narahatlığı: problemlər niyə bitmir?

08 Dekabr 25 / 16:19
Adnan Əhmədzadə Elnur Abdullayev ittifaqının media maxinasiyaları: FETO-çu İmam necə imperiya qurub?

Adnan Əhmədzadə Elnur Abdullayev ittifaqının media maxinasiyaları: FETO-çu İmam necə imperiya qurub?

08 Dekabr 25 / 14:31
Məşhur idmançı deputat Ülvi Quliyevdən şikayətləndi: “300 min pul qazananda deyirdilər ki…”

Məşhur idmançı deputat Ülvi Quliyevdən şikayətləndi: “300 min pul qazananda deyirdilər ki…”

08 Dekabr 25 / 14:02
Abdin Fərzəliyevin qanunsuz tikinti prosesi: Yüksək gərginlik altında obyekt

Abdin Fərzəliyevin qanunsuz tikinti prosesi: Yüksək gərginlik altında obyekt

04 Dekabr 25 / 13:16

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi və dostu, son illərə qədər “ev alqı-satqısı” ilə məşğul olan, lakin birdən birə-birə az qala dünyanın “bir nömrəli diplomatına” çevrilən Stiv Uitkoffun “başı dərddədir”. Onun Kremlə yaxınlığını ifşa edən Vladimir Putinin köməkçisi Yuri Uşakovla telefon danışığının mətbuata sızdırılması böyük qalmaqala səbəb olub.

İş o yerə çatıb ki, nəinki ayrı-ayrı siyasətçilər, ekspertlər, demokrat konqresmenlər, hətta ABŞ Konqresindəki respublikaçılar belə, Uitkoffu Kremlə xidmət göstərməkdə günahlandıraraq, onun istefaya göndərilməsini tələb edirlər. ABŞ Nümayəndələr Palatasının üzvü, respublikaçı Don Beykon bildirib ki, Uitkoff işdən çıxarılmalıdır. Konqresmen bunu onunla izah edib ki, Trampın nümayəndəsinin məlum telefon danışığı onun “tamamilə Rusiyanı dəstəklədiyini” sübut edir. Kreml isə gözlənildiyi kimi, Uitkoffun müdafiəsinə qalxıb. Dmitri Peskov bəyan edib ki, Trampın xüsusi nümayəndəsini işdən çıxarmaq çağırışları sülh danışıqlarının irəliləməsi səylərini pozmaq məqsədi daşıyır.

Bəs bu telefon danışığını dinləyən və onun səsyazmasını mətbuata sızdıran kimdir? Ukraynanın ən nüfuzlu nəşrlərindən olan “Ukrayinska Pravda”-nın jurnalisti Sergey Sidorenko yazıb ki, ABŞ hakimiyyəti Uitkoffla Uşakov arasındakı söhbətin səs yazısının Ukrayna kəşfiyyatı tərəfindən sızdırıldığına inanır. Onun sözlərinə görə, Ağ Ev rəsmiləri bunun ABŞ orqanları tərəfindən edilmədiyini iddia edirlər, çünki onların kəşfiyyat sistemi sızmaların qarşısını alır – səs dərhal şifrələnir və yayılmır. Lakin müxtəlif analitiklər əksinə, bu səsyazmanın ABŞ daxilində Tramp administrasiyasından və onun Ukraynanın təslim edilməsinə yönələn siyasətindən narazı olan qüvvələr tərəfindən sızdırıldığına inanırlar. Bu iddialara görə, səsyazma məhz Amerika kəşfiyyatı tərəfindən sızdırılıb.

Müzakirə olunan nəzəriyyələr arasında Britaniya kəşfiyyatı və rusların özləri tərəfindən edilən mümkün daxili səs yazısı sızıntısı da var. Nəzərə alsaq ki, bu danışıq WhatsApp vasitəsilə aparılıb, onun kimin əlinə keçə biləcəyinə dair versiyalar çoxdur.

Britaniyanın “The Guardian” nəşrinin təhlilinə görə, əsas diqqət yetirilməli məqamlardan biri odur ki, “Bloomberg”-də dərc edilən səsyazmanın olduğu məqalənin altında müəllifin imzası yoxdur. Bu, çox güman ki, mənbənin kimliyi ilə bağlı ipucları verməmək üçün edilib. Beləliklə, söz azadlığına qismən də olsa riayət olunan Qərbdə mətbuata bu cür həssas səs yazılarını kimin təqdim etməsi məsələsi qaranlıq və mürəkkəb məqamdır.

“The Guardian” yazır ki, məxfi danışıqların Rusiya kəşfiyyatı tərəfindən sızdırılması ehtimalı yüksək deyil. Çünki Moskvanın Uşakovu hədəfə çevirmək üçün heç bir motivi yoxdur, baxmayaraq ki, Rusiya elitası daxilindəki fikir ayrılıqları nəzərə alınmaqla, bunu da istisna etmək olmaz.

Rusiyadan fərqli olaraq, Ukraynanın bunu etməsi üçün daha çox səbəbi var. Elə həmin telefon danışığında Uitkoff Uşakova məsləhət görür ki, Zelenskinin Vaşinqtona səfəri öncəsi Putin Trampa zəng etsin. Xatırladaq ki, belə də olmuşdu və Putinin zəngindən sonra Zelenskini qəbul edən Tramp ona uzaqmənzilli raketlərin verilməsindən imtina etmişdi və ümumilikdə bu səfər uğurlu alınmamışdı. Əlbəttə, həmin zəng olmasaydı belə, “Tomoqavk”ların Kiyevə veriləcəyi şübhə altında idi. Ancaq hər necə olsa, Uitkoffun fəaliyyətinin daha çox Ukraynaya yardıma və Kiyevin mövqeyinin güclənməsinə qarşı olduğu şübhə doğurmur. Odur ki, Kiyev Uitkoffun danışıqlardakı rolundan çox narazıdır və onun mövqeyini sarsıtmaq, eləcə də Kreml ilə Ağ Ev müşaviri arasında əməkdaşlığın şok miqyasını ifşa etməkdə maraqlıdır. Lakin bunun Kiyev tərəfindən edildiyi ifşa olunarsa, Tramp administrasiyası ilə münasibətlərin fəlakətli şəkildə pozulması riski yaranar. Ona görə də sızmanın məhz Kiyev tərəfindən edildiyini birmənalı söyləmək çətindir. Digər yandan, Ukrayna kəşfiyyatının Ukrayna ərazisindən kənarda aparılan WhatsApp danışıqlarını dinləyə bilməsi mütəxəssislər tərəfindən şübhə ilə qarşılanır və əgər doğrudan da belədirsə, bu, Ukrayna kəşfiyyatının böyük texniki nailiyyəti sayıla bilər.

Ancaq, məsələn, bütün versiyaları nəzərdən keçirən “The Guardian” hesab edir ki, sızmanın ən çox ehtimal olunan mənbəyi məhz ABŞ kəşfiyyatıdır. Adı çəkilməyən kəşfiyyat rəsmisi nəşrə deyib: “Zəngləri dinləməyin müxtəlif yolları var, o cümlədən ənənəvi siqnal kəşfiyyatı, kiberhücumlar və cihazlara giriş. Buna görə də nəzəri olaraq hər şey mümkündür, amma mən bunun ABŞ-dən gəldiyindən şübhələnirəm və əgər belədirsə, bunu edə bilən iki təşkilat var – MKİ və NSA”. Bundan əlavə, qeyd olunur ki, “Bloomberg”-in təkcə söhbətin stenoqramını deyil, həm də səs yazısını əldə etməsi, mənbənin ya birbaşa kəşfiyyat məlumatlarını toplamaqda iştirak etdiyini, ya da orijinal səs yazısına çıxışı olan yüksək vəzifəli şəxs olduğunu göstərir. Başqa bir keçmiş kəşfiyyat rəsmisi hesab edir ki, Trampın xüsusi elçisinin Rusiyayönlü mövqeyindən qəzəblənən Avropa kəşfiyyatı da yüksək səs-küylü sızmanın arxasında ola bilər.

Bir sözlə, versiyalar çoxdur. Lakin əsas versiya mənbənin yenə də daha çox Vaşinqtonda axtarılmalı olduğunu göstərir. Ancaq bütün bu qalmaqalda ən çox diqqət yetirilməli olan məqam Donald Trampın Uitkoffu necə müdafiə etməsi və ona haqq qazandırmasıdır. Tramp bununla bağlı deyib: “Bu, standart bir şeydir, bilirsinizmi? O(Uitkoff-red.), bunu Ukraynaya satmalıdır. O, Ukraynanı Rusiyaya satmalıdır. Danışıq aparan belə edir”. Bəli, açar ifadə budur – məhz Trampın bəlkə də çaşaraq, yaxud başqa bir mənada dediyi “O, Ukraynanı Rusiyaya satmalıdır” fikri olduqca simvolik və reallığa daha uyğundur…

C.Məmmədli

“AzPolitika.info”

Əvvəlki Yazı

Adəm İsmayıl Bakuvi: “Gənclər bizim gələcəyimiz deyil, bu günümüzün aparıcı qüvvəsidir”

Növbəti Yazı

Ayda 16 manat, ildə 362 milyon manat: Bu vəsaiti ödəməyən “işləyən işsizləri” cərimə gözləyir?

EKSKLUZİV

Naxçıvanın qalmaqallı deputatı kimdir? – Mandatı ləğv ediləcək

Naxçıvanın qalmaqallı deputatı kimdir? – Mandatı ləğv ediləcək

09 Dekabr 2025 / 20:10
0
Namizəd Səfərov saxlanıldı

Namizəd Səfərov saxlanıldı

09 Dekabr 2025 / 19:40
0
“Azərbaycan Dəmir Yolları” gömrük qaydalarını pozurmuş – CƏRİMƏ

“Azərbaycan Dəmir Yolları” gömrük qaydalarını pozurmuş – CƏRİMƏ

09 Dekabr 2025 / 19:25
1
Mehdiyev ”Pendik Şifa” klinikasını necə ələ keçirib? – DETALLAR

Mehdiyev ”Pendik Şifa” klinikasını necə ələ keçirib? – DETALLAR

09 Dekabr 2025 / 19:23
1

XƏBƏR LENTİ

Naxçıvanın qalmaqallı deputatı kimdir? – Mandatı ləğv ediləcək

Namizəd Səfərov saxlanıldı

“Azərbaycan Dəmir Yolları” gömrük qaydalarını pozurmuş – CƏRİMƏ

Mehdiyev ”Pendik Şifa” klinikasını necə ələ keçirib? – DETALLAR

Gömrükdə müsadirə olunmuş qızılları satacaqlar – 700 MİN MANATLIQ HƏRRAC BU TARIXDƏ OLACAQ

Gerasimovun qələbə yalanları: noyabrda “ələ keçirilən” üç yaşayış məntəqəsində döyüşlər gedir

“Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev qaynatasının əsgəri olub”

9 saylı cəzaçəkmə müəssisəsində narazılıq

AZAL-ın təyyarə qəzası ilə bağlı Qazaxıstan AÇIQLAMA YAYDI

Tenderlə “qaz vurub qazan dolduranlar” – Məhkəmələrin təmiri kimə tapşırılıb? + SİYAHI

Bu şəxslərə birdəfəlik haqq ödəniləcək

Ramiz Mehdiyev kimləri FETÖ siyahısından çıxarıb?

“Qaçış Kralı” dördüncü dəfə həbsxanadan qaçdı

Deputatlar bu məsələləri qaldırdı – Hökumətdən REAKSİYA

Valyuta ehtiyatlarımız xarici borcumuzdan 17 dəfə çoxdur

Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

Tütün məhsullarının aksizi 25.5 manata qaldırılır

Bakının mərkəzində xaos: Bu adamlara görə yolu bağlayırlar – VİDEO

XİN Ramiz Mehdiyevin oğlunun şirkəti ilə müqavilə imzaladı

Ermənilər xirstianlığı necə qəbul edib? –Paşinyanda kilsəyə sillə

7 illik vergi güzəşti ləğv olunur: Rüsumlar nə qədər olacaq?

Hava xəbərdarlığı: Bakıda iki gün leysan olacaq

Bakıda dəhşətli PARTLAYIŞ

2026-cı ilin dövlət büdcəsi təsdiqləndi – Gəlir və xərclər

İş adamının 4 milyonu ələ keçirildi – Biri federasiya prezidenti olub

AYNA-nın şirkətlərə yazdığı cərimələr ləğv edildi

Əsəd və müşaviri Putini lağa qoydu + VİDEO

Trampdan Avropaya xəbərdarlıq: Düz yolla getmirsiniz

“Atanı Putin öldürüb, Zelenski yox” – Ukraynada döyüşən çeçenlərdən Ramzan Kadırova sərt cavab

DİN-dən əhaliyə TƏCİLİ XƏBƏRDARLIQ – Təhlükə realdır!

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Noyabr 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
« Okt   Dek »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.