Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Manşet

Mehdiyevin oğlunu gözləyən aqibət – banklar, torpaq sahələri…

Dekabr 4, 2025
A A

REDAKTORUN SEÇİMİ

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

26 Dekabr 25 / 12:29
“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

24 Dekabr 25 / 17:15
Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

23 Dekabr 25 / 10:48
Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

18 Dekabr 25 / 20:28
“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

16 Dekabr 25 / 15:05

Teymur Mehdiyevin vəzifədən azad edilməsindən sonra “çevriliş planı” ilə bağlı istintaqa çağırılması gözlənilir; atasının 50 nəfərlik Dövlət Şurasında onun da adı varmı?

Sabiq PA rəhbəri Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyevin fövqəladə hallar nazirinin müavini vəzifəsindən azad edilməsindən sonra ikincinin istintaqa çağırılması gözlənilir. Tribuna.az məlumat verir ki, Teymur Mehdiyev həm atasının işi üzrə dindirilə, həm də vəzifədə olduğu dövrdə korrupsiyaya bulaşması təftiş oluna bilər. Niyə? 

Ona görə ki, atasının hakimiyyəti zorla ələ keçirmə planları haqda məlumatı olmamış deyil. Hətta 50 nəfərlik Dövlət Şurasında onun da yer aldığı istisna edilmir. Bunu isə istintaq üzə çıxaracaq. Həmçinin Mehdiyevin oğlunun biznes şəbəkəsi və topladığı sərvətin araşdırılması gündəmdədir.

Məsələn, Mehdiyevlərə aid “Bank BTB” ASC-nin ləğvi və ya rəhbərliyində dəyişiklik gündəmə gəlib. Bank sabiq PA rəhbəri Ramiz Mehdiyevin oğluna məxsusdur. Bunu bir müddət əvvəl özü açıqlayıb ki, bank oğlu Teymur Mehdiyevindir. Halbuki oğlu nazir müavini vəzifəsini tutub və qanunla biznes qurması qadağandır. İndi isə işdən azad olunub və bankın əlindən alınması ehtimalı yüksəkdir. “Bank BTB” həm də “BTB Leasing” ASC və “BTB Kapital İnvestisiya Şirkəti” ASC-nin təsisçisidir.

Mehdiyevlərin bankı” batır… - 5 milyonluq zərər | KONKRET

Maliyyə hesabatlarına görə, “Bank BTB” ASC bu ilin yanvar-sentyabr aylarını 641 min manat zərərlə başa vurub. Məlum olub ki, bu zərər ötən ilin eyni dövrünə nisbətən 30% çoxdur. 

Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 71,45 milyon manatdır. Bankın səhmlərinin 76,74%-i Nigar Mehdiyevaya, 17,68%-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 5,58%-i isə Tükəzban Mahmudovaya məxsusdur. Nigar Mehdiyeva Ramiz Mehdiyevin gəlinidir. Rza Sadiq onun qardaşıdır. Məlumatlardan aydın olur ki, ailənin kapitalı hüquqi olaraq gəlində, faktiki idarəetmə isə quda xəttindən gələn Rza Sadiqin əlində cəmləşdirilib.

Teymur bu vəzifəyə qədər mədəniyyət və turizm nazirinin, Dövlət Miqrasiya Xidməti rəisinin müavini olub. Teymur Mehdiyev də alimdir. “Qaçqınların və məcburi köçkünlərin hüquqi vəziyyəti: Rusiya Federasiyası və Azərbaycan Respublikası qanunvericiliyinin timsalında müqayisəli hüquqi təhlil” mövzusunda dissertasiyasını Moskvada müdafiə edib və 2002-ci ildə hüquq elmləri namizədi olub. Amma hektarlarla meyvə bağlarını yəqin ki, alimin alın təri ilə qazanmaq çətin olardı.

Mehdiyevlərin 2016-cı ildə Bakı, Abşeron və Goranboyda əkin təyinatlı 136 hektar torpaq sahəsi vardısa, 2017-ci ildə həmin sahələr bir az da genişlənib, 216 hektarı keçib. Novxanı kəndinin ərazisi 2697 hektar, əhalisi isə 8420 nəfərdir. Amma bu kənddə 2 nəfərin 155 hektar torpağı var. Burada Mehdiyevlərə məxsus torpaqların ərazisi bir ildə 100 hektardan 155 hektara qalxıb. Ailənin Goranboyun Xınalı kəndindəki bağ sahəsi iki dəfə böyüyüb. Kənd Təsərrüfatı Nazirliyinin məlumatında belə deyilir. 2017-ci ildə Qalina Mehdiyevanın bu kənddəki bağının sahəsi 50 hektara çatıb.

Mehdiyevin oğlu həbs oluna bilərmi?

“Bakı” Hüquq Şirkətinin rəhbəri, hüquqşünas Natiq Ələsgərov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Teymur Mehdiyevin həbsi hüquqi baxımdan tam real ssenaridir və bunun qarşısını alan heç bir normativ baryer mövcud deyil. Onun sözlərinə görə, məsələ təkcə siyasi kontekstdən ibarət deyil – burada birbaşa hüquq pozuntusu elementləri var: “Azərbaycan qanunvericiliyinə əsasən, dövlət qulluğunda olan vəzifəli şəxsin biznes fəaliyyəti ilə məşğul olması qəti şəkildə qadağandır. Bu norma birbaşa “Dövlət qulluğu haqqında” Qanunda əksini tapıb və istər bilavasitə, istərsə də dolayı şəkildə kommersiya subyektinə nəzarət etmək hüquqi məsuliyyət doğurur. Teymur Mehdiyevin “Bank BTB”nin faktiki sahibi olması barədə açıq, təsdiqlənmiş məlumatlar mövcuddur və bu faktın özü belə, onun istintaqa cəlb edilməsi üçün yetərli hüquqi əsas yaradır”.

Natiq Ələsgərov hesab edir ki, bankın uzun illər ardıcıl zərərlə işləməsi, kapital strukturu və payların ailə üzvlərinə ötürülməsi təkcə idarəetmə problemi kimi qiymətləndirilmir, bu, həm də vəsaitlərin mənşəyi, maliyyə axınlarının şəffaflığı və mümkün gizli payçılıq məsələlərini gündəmə gətirir. Onun fikrincə, əgər bankın fəaliyyəti zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə, şişirdilmiş və ya saxtalaşdırılmış maliyyə hesabatları, risklərin bilərəkdən gizlədilməsi, kredit portfelindən vəsaitlərin yönləndirilməsi və ya aktivlərin ailə üzvlərinin üzərinə keçirilməsi kimi hallar sübuta yetirilərsə, Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə istintaq aparılması qaçılmaz olacaq: “Bu maddələrə Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 213-cü (vergidən yayınma), 192-ci (qanunsuz sahibkarlıq), 179-cu (mənimsəmə və israfetmə) kimi maddələr də daxil ola bilər”.

Natiq Ələsgərov torpaq alqı-satqıları ilə bağlı epizodların isə istintaqda ayrıca xətt üzrə araşdırılacağını istisna etmir: “Qısa zaman ərzində onlarla hektar torpağın əldə olunması rəsmi gəlirlərlə uyğun gəlmirsə, bu, artıq maliyyə monitorinqi üçün siqnal hesab olunur. Vəsaitlərin mənşəyi barədə şübhə yaranarsa, bu, Cinayət Məcəlləsinin 193-1-ci – cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması maddəsi üzrə araşdırma perspektivi yaradır”.

Natiq Ələsgərov bildirir ki, Teymur Mehdiyevin atası Ramiz Mehdiyevin cinayət işi üzrə məlumat sahibi olmaq ehtimalı istintaq üçün ayrıca maraq predmeti ola bilər: “Əgər istintaq müəyyən etsə ki, Teymur Mehdiyev həmin proseslərdən xəbərdar olub, yaxud müəyyən qərarların qəbulunda iştirak edib, o zaman onun prosessual statusu şahiddən şübhəli və ya təqsirləndirilən şəxs statusuna dəyişdirilə bilər. Bu dəyişiklik çox qısa müddətdə baş verə bilər”.

Ələsgərov əlavə edib ki, belə olan halda, artıq “hakimiyyəti zorla ələ keçirmə” işi üzrə əlavə epizodların açılması gündəmə gələ bilər. Onun fikrincə, prosesin inkişafından asılı olmayaraq, Teymur Mehdiyevin saxlanılması və barəsində həbs-qətimkan tədbirinin seçilməsi hüquqi baxımdan tam məntiqlidir: “Bu halda heç bir imtiyazdan, xüsusi statusdan söhbət gedə bilməz. Şəxsin keçmiş vəzifəsi onu Cinayət Məcəlləsinin tələblərindən kənarlaşdırmır. Əgər Mehdiyevin bank fəaliyyəti, torpaq əməliyyatları və vəzifə dövründə verdiyi qərarlar kompleks şəkildə araşdırılarsa, həbslə nəticələnə biləcək çoxşaxəli risk modeli formalaşa bilər”.

Onun sözlərinə görə, vəziyyətin gedişatı həm maliyyə-ictimai təzyiq, həm də cinayət prosesinin genişlənməsi fonunda daha da kəskinləşə bilər və bu, Teymur Mehdiyevin hüquqi taleyini yaxın zamanlarda müəyyənləşdirən əsas amil olacaq.

Əvvəlki Yazı

Quru sərhədlərin açılmasına əsas əngəl

Növbəti Yazı

Yanvarın 1-dən benzin bahalaşır? – Mühüm AÇIQLAMA

EKSKLUZİV

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

23 Yanvar 2026 / 21:30
1
Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

22 Yanvar 2026 / 14:37
5
YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM

YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM

22 Yanvar 2026 / 12:39
2
Ramiz Mehdiyevin kürəkəni ilə başlayan kabus: hədə-qorxu, milyonlar

Ramiz Mehdiyevin kürəkəni ilə başlayan kabus: hədə-qorxu, milyonlar

21 Yanvar 2026 / 17:44
2

XƏBƏR LENTİ

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM

Ramiz Mehdiyevin kürəkəni ilə başlayan kabus: hədə-qorxu, milyonlar

Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad edilib

Qazaxda “20 yanvar – Müdrik xalqımızın qəhramanlıq salnaməsidir!” mövzusunda tədbir keçirilib

Mehdiabadda şəhidlərin xatirəsinə həsr olunmuş turnir keçirilib – FOTOLAR

Birinci Qarabağ müharibəsinin yaralarına çəkilən məlhəm…

İcra başçısı rayonda fəaliyyət göstərən uşaq bağçalarında olub

Sumqayıt Teatrında “Aldanmış ər” tamaşasının premyerası keçiriləcək-FOTO

Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynovun Mühüd Orucov haqqında xatirələri

Vəhdət Partiyası 20 Yanvar şəhidlərinin ailələri ilə görüş keçirdi – Tədbirdə təsirli anlar yaşandı

İcra başçısı qazinin müalicəsini nəzarətə götürüb

Nazir qazaxlıları təbrik etdi

Nazir Qazaxlıları təbrik etdi

Avstriyanın Kitzbühel şəhərində qarüstü polo üzrə növbəti Dünya Kubokuna start verilib

Rieltorlar Assosiasiyası yığıncaq keçirəcək

Elmə, tələbəyə, torpağa və ailəyə sədaqətlə həsr olunmuş ömür

Çingiz Abdullayevin qanunsuz kürsü sahibliyi…

Hazırlıqlar davam edir

165 ailə prezidentə müraciət etdi: “Şəhərsalma və Memarlıq ilində bizi sevindirin…”

AZƏRBAYCAN TORPAĞI İGİDLƏRİN QANI İLƏ SULANIB -ELDƏNİZ NAMAZOV YAZIR

Azərbaycanda İLK: Partiya sədrinin müavini süni intellekt oldu

Qazaxda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2026-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib

Ruslan Məmmədov “Combat” Peşəkar Döyüş Liqasının prezidenti seçildi — FOTOLAR

Qazaxda daha iki binanın fasad, blok və həyətində abadlıq işləri aparılıb

NTV-də CANLI “Prezident və Media-2026” : üç gün ərzində 30-a yaxın müsahib

Azərbaycanın “İdman paytaxtı”nın loqosu təqdim edilib

Donald Tramp İran hadisələri ilə bağlı Kanal13-ə istinad etdi

DTX-nın Naxçıvan əməliyyatı: “Azərbaycan təhlükəsizlik məsələsində nümunə göstərməkdə davam edir”

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy   Yan »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.