Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Quru sərhədlərin açılmasına əsas əngəl

Dekabr 4, 2025
A A

REDAKTORUN SEÇİMİ

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

26 Dekabr 25 / 12:29
“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

24 Dekabr 25 / 17:15
Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

23 Dekabr 25 / 10:48
Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

18 Dekabr 25 / 20:28
“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

16 Dekabr 25 / 15:05

Parlamentdə hökumətə çağırış edildi – ekspertlər də artıq vaxtın yetişdiyini bildirir

Xəbər verdiyimiz kimi, dekabrın 2-də Milli Məclisdə bir daha quru sərhədlərimizin açılması ilə bağlı hökumətə çağırış edilib. Deputat Qüdrət Həsənquliyev iclasda iştirak edən hökumətə müraciətlə deyib: “Hökuməti bir daha çağırıram ki, sərhədlərin açılması məsələsinə baxılsın. Siyavuş müəllim (Novruzov – red.) qeyd etdi, ölkənin daxilində ictimai təhlükəsizlik, dövlət təhlükəsizliyi yüksək səviyyədə qorunur, təmin olunur, müvafiq dövlət orqanları öz vəzifələrini layiqincə yerinə yetirirlər. Ona görə heç bir təhlükəsizlik təhdidi yoxdur və ola da bilməz. Biz sərhədləri açmalıyıq ki, ən azı Gürcüstandan olan azərbaycanlılar, İranda yaşayan azərbaycanlılar öz vətənlərinə gələ bilsinlər”.
Qeyd edək ki, bu məsələ məlum səbəblərdən hələ də öz aktuallığını saxlayır. Bəs sərhədlərin açılmasına əsas əngəl nədir?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu mövzu ilə bağlı “Yeni Müsavat”a bunları deyib: “Azərbaycanın qonşu ölkələrlə sərhədi vaxtilə koronavirus səbəbi ilə bağlanmışdı. Başqa dövlətlər də bu səbəbdən sərhədlərini bağlamışdılar. Koronavirusun yayılması təhlükəsi artıq yoxdur. Bu mənada Azərbaycanın qonşu ölkələrlə quru sərhədlərini açmasına ehtiyac var. Sərhədlər bağlı qaldıqca, turistlərin Azərbaycana gəlişlərində artım olmayacaq, əksinə, bu il azalma müşahidə edilib. Bu, Azərbaycanın gəlirlərinə mənfi təsir edir. Sərhədlər bağlı qaldıqca, qonşu ölkələrdə yaşayan soydaşlarımızla əlaqə mümkün olmayacaq. Təyyarə qiymətləri bahadır. Qonşu ölkələrdə yaşayan azərbaycanlıların heç də hamısı təyyarə ilə Azərbaycana gələ bilmirlər”.

Politoloq qeyd edir ki, əslində soydaşlarımızla əlaqənin yüksək səviyyədə saxlanılması təhlükəsizlik baxımından Azərbaycan üçün əhəmiyyətlidir: “Ancaq quru sərhədlər bağlı qaldıqca bu əlaqəni yüksək səviyyədə saxlamaq mümkün olmayacaq. Sərhədlər bağlı qaldıqca sərhəd bölgələrimizdə ticarətlə məşğul olanların problemləri həll olunmayacaq. Sərhədlərimiz açıq olduqda sərhəd bölgələrində yaşayan insanlarımız qonşu ölkələrlə alış-veriş edirdilər. Misal üçün, son aylarda bir neçə dəfə Ağstafada olmuşam. Ağstafanın Gürcüstanla sərhədə yaxın kəndilərində boşalmanın əlamətlərini müşahidə etdim. İmkanı olanlar Bakıya, imkanı zəif olanlar isə Ağstafa şəhərinə köçürlər. Halbuki sərhədlər açıq olanda sərhəd kəndlərində canlanma var idi və sərhəd kəndlərini tərk edənlərin sayı çox deyildi. Sərhədlərin bağlı saxlanılmasının əsas arqumenti təhlükəsizliklə əlaqləndirilir. Əlbəttə, bu amili diqqətdən qaçırmaq olmaz. Ancaq sərhədlər əbədiyyətə qədər bağlı saxlanıla bilməz. Azərbaycan güclü dövlətdir, ərazi bütövlüyümüzü təmin etmişik, güclü ordumuz və sərhəd qüvvələrimiz mövcuddur. Qonşu dövlətlərdən istənilən təhlükəni önləmək iqtidarındayıq. Ona görə millət vəkili Qüdrət Həsənquliyevin təklifinə qatılaraq quru sərhədlərimizin açılmasına tərəfdaram”.

Quru sərhədlərin bağlı qalması ən çox da turizmə zərbə vurur. İqtisadçı Eyyub Kərimlinin mövzu ilə bağlı fikirləri diqqət çəkir: “2025-ci ilin yanvar-oktyabr ayları dövründə ölkəyə edilən turist səfərlərinin sayı 183 ölkədən 2 171 000 olub. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1.7% azalma deməkdir. Avropa ölkələrindən olan turist sayı 167 740 olub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 21.7% azalma deməkdir. Bu dövrdə səfərlərin 24.4%-i Rusiyadan, 17.4%-i Türkiyədən, 8%-i İrandan, 6.6%-i Hindistandan, 2.4%-i Çindən olub. Bəs turist səfərlərinin azalması nə ilə əlaqəli ola bilər? İlk olaraq quru sərhədlərimizin bağlı olması, digər tərəfdən regionda bu sahədə güclü rəqabətin mövcud olması, əsasən də Gürcüstan və Türkiyədə”.

İqtisadçı Natiq Cəfərlinin fikrincə isə artıq Azərbaycanın quru sərhədlərinin bağlanmış vəziyyətdə qalmasını əsaslandıra biləcək real, obyektiv və ictimai təhlükəsizliklə bağlı bir səbəb qalmayıb. Onun sözlərinə görə, dövlətin institutları kifayət qədər güclüdür, hüquq-mühafizə, sərhəd və gömrük orqanları müasir tələblərə uyğun fəaliyyət göstərir və açıq sərhəd rejimi şəraitində ölkənin təhlükəsizliyini təmin etməyə tam qabildir.

İqtisadçı bildirir ki, əgər regionun digər ölkələrində – Gürcüstanda və Ermənistanda sərhədlər tamamilə açıqdırsa və bu, nə epidemioloji, nə təhlükəsizlik, nə də miqrasiya baxımından problem hesab olunmursa, onda Azərbaycan üçün sərhədlərin bağlı saxlanmasının əsaslandırılması daha da çətinləşir. Onun fikrincə, uzun müddət davam edən bu rejim həm vətəndaşların sərbəst hərəkətinə, həm də dövlətin beynəlxalq imicinə və iqtisadi cəlbediciliyinə mənfi təsir göstərir.

Natiq Cəfərli qeyd edir ki, turizm, sərhədyanı ticarət, logistika və xidmət sektoru ən çox zərər görən sahələrdir. İqtisadi aktivliyin müəyyən qədər zəifləməsi, insanların gediş-gəlişinin məhdudluğu və biznes əlaqələrinin zəifləməsi ümumi iqtisadi dinamikanı aşağı salan amillərdəndir. Onun fikrincə, müşahidə edilən bir sıra iqtisadi geriləmələr məhz sərhədlərin uzun müddət qapalı saxlanması ilə əlaqədardır. Quru sərhədlərin açılması həm iqtisadi baxımdan vacib addımdır, həm də dövlətin strateji maraqlarına uyğundur. Açıq sərhəd siyasəti vətəndaşların narazılığını aradan qaldıra, iqtisadi canlanmanı sürətləndirə və Azərbaycanın regionda mərkəzi mövqelərini daha da gücləndirə bilər. Bu prosesin uzadılması hər hansı müsbət nəticə vermir, əksinə, problemləri daha da kəskinləşdirir. Buna görə də hesab edirəm ki, Azərbaycan sərhədlərin açılması üçün tam hazırdır”.

Əvvəlki Yazı

Paşinyan keçmiş liderləri rəqib hesab etmir

Növbəti Yazı

Mehdiyevin oğlunu gözləyən aqibət – banklar, torpaq sahələri…

EKSKLUZİV

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

23 Yanvar 2026 / 21:30
1
Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

22 Yanvar 2026 / 14:37
5
YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM

YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM

22 Yanvar 2026 / 12:39
2
Ramiz Mehdiyevin kürəkəni ilə başlayan kabus: hədə-qorxu, milyonlar

Ramiz Mehdiyevin kürəkəni ilə başlayan kabus: hədə-qorxu, milyonlar

21 Yanvar 2026 / 17:44
2

XƏBƏR LENTİ

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM

Ramiz Mehdiyevin kürəkəni ilə başlayan kabus: hədə-qorxu, milyonlar

Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad edilib

Qazaxda “20 yanvar – Müdrik xalqımızın qəhramanlıq salnaməsidir!” mövzusunda tədbir keçirilib

Mehdiabadda şəhidlərin xatirəsinə həsr olunmuş turnir keçirilib – FOTOLAR

Birinci Qarabağ müharibəsinin yaralarına çəkilən məlhəm…

İcra başçısı rayonda fəaliyyət göstərən uşaq bağçalarında olub

Sumqayıt Teatrında “Aldanmış ər” tamaşasının premyerası keçiriləcək-FOTO

Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynovun Mühüd Orucov haqqında xatirələri

Vəhdət Partiyası 20 Yanvar şəhidlərinin ailələri ilə görüş keçirdi – Tədbirdə təsirli anlar yaşandı

İcra başçısı qazinin müalicəsini nəzarətə götürüb

Nazir qazaxlıları təbrik etdi

Nazir Qazaxlıları təbrik etdi

Avstriyanın Kitzbühel şəhərində qarüstü polo üzrə növbəti Dünya Kubokuna start verilib

Rieltorlar Assosiasiyası yığıncaq keçirəcək

Elmə, tələbəyə, torpağa və ailəyə sədaqətlə həsr olunmuş ömür

Çingiz Abdullayevin qanunsuz kürsü sahibliyi…

Hazırlıqlar davam edir

165 ailə prezidentə müraciət etdi: “Şəhərsalma və Memarlıq ilində bizi sevindirin…”

AZƏRBAYCAN TORPAĞI İGİDLƏRİN QANI İLƏ SULANIB -ELDƏNİZ NAMAZOV YAZIR

Azərbaycanda İLK: Partiya sədrinin müavini süni intellekt oldu

Qazaxda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2026-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib

Ruslan Məmmədov “Combat” Peşəkar Döyüş Liqasının prezidenti seçildi — FOTOLAR

Qazaxda daha iki binanın fasad, blok və həyətində abadlıq işləri aparılıb

NTV-də CANLI “Prezident və Media-2026” : üç gün ərzində 30-a yaxın müsahib

Azərbaycanın “İdman paytaxtı”nın loqosu təqdim edilib

Donald Tramp İran hadisələri ilə bağlı Kanal13-ə istinad etdi

DTX-nın Naxçıvan əməliyyatı: “Azərbaycan təhlükəsizlik məsələsində nümunə göstərməkdə davam edir”

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy   Yan »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.