Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Ekskluziv

Adnan Əhmədzadə Elnur Abdullayev ittifaqının media maxinasiyaları: FETO-çu İmam necə imperiya qurub?

Dekabr 8, 2025
A A

REDAKTORUN SEÇİMİ

Adnan Əhmədzadə Elnur Abdullayev ittifaqının media maxinasiyaları: FETO-çu İmam necə imperiya qurub?

Adnan Əhmədzadə Elnur Abdullayev ittifaqının media maxinasiyaları: FETO-çu İmam necə imperiya qurub?

08 Dekabr 25 / 14:31
Məşhur idmançı deputat Ülvi Quliyevdən şikayətləndi: “300 min pul qazananda deyirdilər ki…”

Məşhur idmançı deputat Ülvi Quliyevdən şikayətləndi: “300 min pul qazananda deyirdilər ki…”

08 Dekabr 25 / 14:02
Abdin Fərzəliyevin qanunsuz tikinti prosesi: Yüksək gərginlik altında obyekt

Abdin Fərzəliyevin qanunsuz tikinti prosesi: Yüksək gərginlik altında obyekt

04 Dekabr 25 / 13:16
QHT agentliyindən Ramiz Mehdiyevə bağlı rektorun xanımına “xüsusi qayğı”: “Sağlamlığın qorunması” adlı rəfiqəbazlıq…

QHT agentliyindən Ramiz Mehdiyevə bağlı rektorun xanımına “xüsusi qayğı”: “Sağlamlığın qorunması” adlı rəfiqəbazlıq…

04 Dekabr 25 / 10:56
Neft maqnatı Anar Əlizadə saxta paspora görə həbs oluna bilər – FOTOFAKT

Neft maqnatı Anar Əlizadə saxta paspora görə həbs oluna bilər – FOTOFAKT

29 Noyabr 25 / 11:12

SOCAR-ın investisiya departamentinin sabiq rəisi, həbsdə olan biznesmen Adnan Əhmədzadənin işi onun  yaxın adamının media karyerasını bitirmək üzrədir. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, Əhmədzadənin media işlərini kurasiya etmiş Global Media Group rəhbəri Elnur Abdullayevin “qələmi qırılıb”. Gələn informasiyalarda deyilir ki, Adnan Əhmədzadənin həbsindən sonra Elnur Abdullayev media kuratorluğundan məhrum edilir. Eyni zamanda, Əhmədzadəyə bağlı Baku TV-nin, eləcə də digər media resurslarının rəhbərliyində dəyişikliklər gözlənilir. Hakimiyyət mediaya nəzarət prosesini təmərküzləşdirir və çoxqütblü nəzarət siyasətinə son qoyur. Çünki son illərdə bu yanaşmanın tətbiqi özünü doğrultmayıb. Nəticədə ayrı-ayrı qrupların himayəsi altında fəaliyyət göstərmək hakimiyyətə mediaya kontrolda  çətinlik yaradıb. Ona görə də ən yaxşısı bir əldən idarəetmə mexanizmidir. Bu səbəbdən, Əhmədzadə – Abdullayev tandeminin himayəsi altında olan media qrup  tamamilə əl dəyişir. Bu da Elnur Abdullayev dönəminin başa çatması deməkdir. Bunun ardınca onun Əhmədzadə ilə birlikdə fəaliyyəti, həmçinin mediaya ayrılan maliyyənin mənimsənilməsi şübhələri araşdırıla bilər.
Baş verənlərlə bağlı jurnalist Samir Feyruzovun müəllifliyi ilə mediaxeberleri.az-ın məlumatı da diqqət çəkir. Cumhuriyyet.az olaraq həmin yazını redaktə ilə diqqətinizə çatdlrırıq:”2019-cu ildə Adnan Əhmədzadənin maliyyəsi hesabına ölkədəki bir neçə xəbər saytı 51%-i “Qlobal Media Holdinq”ə, 49%-i isə əvvəlki sahibində qalmaqla alınmışdı. Həmin xəbər portalları hər ay holdinqdən təxminən 10-15 min manat maliyyə dəstəyi alır. A.Əhmədzadənin həbsindən sonra bu saytların bəzilərinin baş redaktorları onun və yaxın qohumlarının əleyhinə kampaniyalar aparmağa başlayıb. Çünki aylıq pulları kəsilib, yenidən pul tələb edirlər.
İndi məlum olur ki, bunları “cəsarətli” edən başqa səbəbdir. Belə ki, vaxtilə 200-250 min manat dəyərində alınmış həmin saytların bəziləri yenidən əvvəlki sahiblərinə qaytarılıb. Üstəlik, ödənilən məbləğ də geri alınmayıb. Nəticədə həm “layihə”yə yatırılan pullar, həm də A.Əhmədzadənin mənimsədiyi dövlət vəsaitləri faktiki olaraq batıb.
Həmin baş redaktorlar Türkiyəyə səfərləri zamanı “Qlobal Media Holdinq”in rəhbəri Elnur Abdullayevin qapısından əl çəkmirdilər. A.Əhmədzadənin həbsi bu əlaqələrin tonunu tam dəyişdi. Elnur Abdullayevin vəziyyəti xeyli çətinləşib, onun barəsində araşdırmalar aparılır, lakin səhhətinə görə hələki həbs edilməyib.  Türkiyə xətti ilə özlərini kamuflyaj edən bu şəxslərin Moskva da daxil olmaqla, dünyanın müxtəlif şəhərlərində saysız-hesabsız mülklərinin və bizneslərinin olduğu bildirilir. Məlumata görə artıq “Qlobal Media Holdinq”ə daxil olan “Baku TV”-nin bəzi şöbələri bağlanıb və kanalın işçilərinin sayının isə ən azı iki dəfə azaldılacağı gözlənilir. Qısası, hamı eyni səhvi təkrarlayır, əslində Əhmədzadə də, Abdullayev də bu adamlara səlahiyyət və külli miqdarda maliyyə verməklə, belə bir sonluqla üz-üzə qalacaqlarını güman etməli idilər”.
Baş verənlərə əlavə olaraq cumhuriyyet.az olaraq bildirək ki, Azərbaycanda Fətullah Gülən və onun yaratmış olduğu təriqətə sitayiş edənlər dövlətin müxtəlif orqanlarından sökülüb atılsalar da, bu şəbəkənin imamları, təriqətin biznes qolunda yer alan biznesmenlər FETO-ya olan bağlılıqlarından MASKALANARAQ Pensilvaniyadan gələn əmr üzrə yeraltı hücrələrə çəkildilər. Deyəsən çaylar-sellər axdı və FETO Azərbaycanda yenidən XORTLAMAĞA çalışır. Son günlər bu şəbəkənin nəzarətində olan media orqanlarının sayı da artmaqdadır. İddalara görə, FETO-nun DEŞİFRƏ olunan imamı Elnur Aslanov Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron İdarəçiliyin İnkişafı şöbəsinin müdiri vəzifəsindən də uzaqlaşdırıldıqdan sonra, şəbəkə Azərbaycandakı qüvvələri içərisindən yeni İMAMI seçməli oldu.
Bu imam isə Elnur Abdullayevdir. Bu iddalara görə, Elnur Abdullayev bu gün onlarla internet media orqanına nəzarət edir və onlara qeyri-rəsmi maliyyə dəstəyi verməkdədir. Bundan başqa bu şəxsin FETO-ya bağlılığı birmənalıdır. Elnur Abdullayev bu gün hansısa vəzifə tutmasa belə, əvvəllər də bu şəxs nəzarətindəki media ilə Ziya Məmmədovun xidmətində idi və FETO mənsubu olduğunu bu yolla pərdələmişdi. Ortaya çıxan mənzərə ondan ibarətdir ki, Ziya Məmmədovun “vurulması”ndan sonra tutduğu vəzifədən uzaqlaşdırılan Elnur Abdullayev sabiq İMAM Elnur Aslanov kimi qınına çəkilib təyziqləri özündən uzaqlaşdırmır, əksinə, dirəniş göstərməkdə, bunu virtual mediada yeni saytlar və internet Tv-lər yaradaraq nümayiş etdirməkdədir.
Bundan başqa FETO İMAMI-nın təkcə Azərbaycanda deyil, ölkəndən kənarda da media ilə bağlı planlar qurduğu qeyd edilməkdədir. Hələlik Elnur Abdullayevin media projeləri çox gözəl kanfulə olunaraq çalışmaqdadır. Deməli, FETO Azərbaycanda təkcə XORTLAMAQLA kifayətlənməyib, həm də onlar dirənişə belə, start veriblər.

Əvvəlki Yazı

Gürcüstan əcnəbilər üçün ölkəyə girişi çətinləşdirdi- Yeni QAYDA

Növbəti Yazı

Azərbaycanda servis haqqı ləğv edilir?

EKSKLUZİV

Türkiyə Suriyaya QOŞUN YERİTDİ

Türkiyə Suriyaya QOŞUN YERİTDİ

08 Dekabr 2025 / 15:03
0
Əbülfəs Qarayevin qızı məhkəməyə VERİLİR

Əbülfəs Qarayevin qızı məhkəməyə VERİLİR

08 Dekabr 2025 / 15:02
0
Ukraynada 2 MİLYON insan ölüb

Ukraynada 2 MİLYON insan ölüb

08 Dekabr 2025 / 14:59
0
Büdcə rəqəmləri açıqlandı – Hansı qurumlar gözləntiləri doğrultmadı?

Büdcə rəqəmləri açıqlandı – Hansı qurumlar gözləntiləri doğrultmadı?

08 Dekabr 2025 / 14:58
0

XƏBƏR LENTİ

Türkiyə Suriyaya QOŞUN YERİTDİ

Əbülfəs Qarayevin qızı məhkəməyə VERİLİR

Ukraynada 2 MİLYON insan ölüb

Büdcə rəqəmləri açıqlandı – Hansı qurumlar gözləntiləri doğrultmadı?

Azərbaycan Qəzzaya qoşun göndərəcək? – BAKIDAN RƏSMİ CAVAB

Nazirdən şok açıqlama: 5000 müəllimdən yalnız 1000 nəfəri peşəkar tələblərə cavab verir

“Qarabağ” azarkeşlərə çağırış etdi

Azərbaycanda servis haqqı ləğv edilir?

Adnan Əhmədzadə Elnur Abdullayev ittifaqının media maxinasiyaları: FETO-çu İmam necə imperiya qurub?

Gürcüstan əcnəbilər üçün ölkəyə girişi çətinləşdirdi- Yeni QAYDA

Məşhur idmançı deputat Ülvi Quliyevdən şikayətləndi: “300 min pul qazananda deyirdilər ki…”

Bakıda “Yelobank”ı da olan Vahid Ələkbərovla Adnan Əhmədzadənin gizli əlaqəsi varmış…

DÇ-2026: Püşk atıldı, rəqiblər bəlli oldu

Qar, leysan! Qeyri-sabit hava şəraiti bu tarixədək DAVAM EDƏCƏK

Ermənistanda azərbaycandilli KANAL bağlandı

Mehdiyevin oğlu və kürəkəni həbs olunacaq – İDDİA

Tramp İlham Əliyevə təşəkkür etdi

Əbülfəz Qarayevin Rusiya ilə əlaqələri haqda şok faktlar

8 min manatlıq müavinət kimlərə veriləcək?

2026-cı ildə ŞOK HADİSƏLƏR olacaq: İlk dəfə! – Vanqanın proqnozu

Adəm İsmayıl Bakuvidən gənclərə mesaj: “Könüllülük dövlətçiliyin sosial dayaq sistemidir”

Yenitikililərdə yenidən “kupça” böhranı: Problem nədir?

Ramiz Mehdiyevin qızı ilə bağlı qərar verildi

Sərt qış yaxınlaşır, əsrin soyuğu…

Müdafiə Nazirliyi məlumat yaydı

Azərbaycan nefti: satış qiyməti ilə büdcədəki qiymətin fərqi

Sabah Bakıda leysan olacaq

“Ola bilsin ki, şeyxin Ramiz Mehdiyevlə münasibətləri olub”- Qardaşı

Abdin Fərzəliyevin qanunsuz tikinti prosesi: Yüksək gərginlik altında obyekt

Əbülfəz Qarayevin qızı bəyanat yaydı – Üzr istədi

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.