Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Hadisə

“Qaçqınkom”da xaos: Şəhid ailələri, köçkünlər qapıda qaldı – Video

Dekabr 8, 2025
A A

REDAKTORUN SEÇİMİ

Vətəndaşların MİDA narahatlığı: problemlər niyə bitmir?

Vətəndaşların MİDA narahatlığı: problemlər niyə bitmir?

08 Dekabr 25 / 16:19
Adnan Əhmədzadə Elnur Abdullayev ittifaqının media maxinasiyaları: FETO-çu İmam necə imperiya qurub?

Adnan Əhmədzadə Elnur Abdullayev ittifaqının media maxinasiyaları: FETO-çu İmam necə imperiya qurub?

08 Dekabr 25 / 14:31
Məşhur idmançı deputat Ülvi Quliyevdən şikayətləndi: “300 min pul qazananda deyirdilər ki…”

Məşhur idmançı deputat Ülvi Quliyevdən şikayətləndi: “300 min pul qazananda deyirdilər ki…”

08 Dekabr 25 / 14:02
Abdin Fərzəliyevin qanunsuz tikinti prosesi: Yüksək gərginlik altında obyekt

Abdin Fərzəliyevin qanunsuz tikinti prosesi: Yüksək gərginlik altında obyekt

04 Dekabr 25 / 13:16
QHT agentliyindən Ramiz Mehdiyevə bağlı rektorun xanımına “xüsusi qayğı”: “Sağlamlığın qorunması” adlı rəfiqəbazlıq…

QHT agentliyindən Ramiz Mehdiyevə bağlı rektorun xanımına “xüsusi qayğı”: “Sağlamlığın qorunması” adlı rəfiqəbazlıq…

04 Dekabr 25 / 10:56

“Qaçqınkom”da növbə xaosu yaşanır. Məcburi köçkünlər, yaşlılar və şəhid ailələri saatlarla qapıda gözlətdirilir. Tribuna.az-a daxil olan məlumata görə, 5 dekabr tarixində Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə (Qaçqınkom) müraciət edən yüzlərlə məcburi köçkün ciddi çətinliklərlə üzləşib. Ev növbəsi və ya digər sosial məsələlərlə bağlı qəbula düşmək istəyən vətəndaşlar saatlarla qurumun girişində gözlədilib.

Şikayətçilərin bildirdiyinə görə, komitənin qarşısında nə növbə sistemi təşkil olunub, nə də vətəndaşlara hər hansı məlumat verilib. Əraziyə toplaşan insanlar kiminsə adını yazması, növbə müəyyən etməsi və ya girişin nə vaxt açılacağı ilə bağlı rəsmi açıqlama gözləsələr də, heç bir cavab almayıblar.

Qəbula düşmək istəyənlərin böyük hissəsini yaşlı insanlar, xəstələr və uşaqlı qadınlar təşkil edib. Onların sözlərinə görə, saatlarla ayaq üstə qapıda gözləmək həm sağlamlıqlarına ziyan vurur, həm də insanların narazılığını artırır:

“Bizə deyildi ki, qəbul saat 10-da başlayır. Amma nə saat 10-da, nə də ondan sonra heç kimi içəri buraxmadılar. Yaşlılar əsəbiləşir, xəstələr oturmağa yer tapmır, uşaqlı qadınlar çətinlik çəkir. Heç olmasa izah edərlər ki, niyə gecikir”.

Şikayətçilər bildirir ki, bu vəziyyət təkcə 5 dekabrda deyil, artıq bir neçə gündür davam edir. İnsanlar qeydiyyata düşmək üçün hər dəfə eyni xaosu yaşamalı olur:

“Hər dəfə gələndə eyni vəziyyət. Qapı bağlı, içəridən heç kim çıxıb bir söz demir. Sanki buradakılar insan deyil”.

Məlumata görə, həmin gün qəbula gələnlər arasında şəhid ailələri və qazilər də olub. Onlar da digər vətəndaşlarla birlikdə uzun müddət açıq havada və ya zalın havasız hissəsində gözləməyə məcbur ediliblər.

Problemin nədən ibarət olduğunu dəqiqləşdirmək üçün Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsilə əlaqə yaratmağa çalışdıq. Lakin zənglərimizə cavab verən olmadı.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Gülşən Rəsul

Ən
Əvvəlki Yazı

50 minlik mükafat: “Müsabiqənin adı uğurlu deyil”

Növbəti Yazı

Anar Əlizadə SOCAR-a və “Alkagesta” şirkətlərinə qarşı “qara PR” aparıb – İLGİNC İDDİA

EKSKLUZİV

Putindən dəhşətli etiraf: RUSLAR TÜKƏNİR, ARTIM YOXDUR

Putindən dəhşətli etiraf: RUSLAR TÜKƏNİR, ARTIM YOXDUR

08 Dekabr 2025 / 19:12
0
Azərbaycan neftinin Ermənistana satılacağı TARİX

Azərbaycan neftinin Ermənistana satılacağı TARİX

08 Dekabr 2025 / 19:09
0
Anar Əlizadə SOCAR-a və “Alkagesta” şirkətlərinə qarşı “qara PR” aparıb – İLGİNC İDDİA

Anar Əlizadə SOCAR-a və “Alkagesta” şirkətlərinə qarşı “qara PR” aparıb – İLGİNC İDDİA

08 Dekabr 2025 / 19:05
0
“Qaçqınkom”da xaos: Şəhid ailələri, köçkünlər qapıda qaldı – Video

“Qaçqınkom”da xaos: Şəhid ailələri, köçkünlər qapıda qaldı – Video

08 Dekabr 2025 / 19:03
0

XƏBƏR LENTİ

Putindən dəhşətli etiraf: RUSLAR TÜKƏNİR, ARTIM YOXDUR

Azərbaycan neftinin Ermənistana satılacağı TARİX

Anar Əlizadə SOCAR-a və “Alkagesta” şirkətlərinə qarşı “qara PR” aparıb – İLGİNC İDDİA

“Qaçqınkom”da xaos: Şəhid ailələri, köçkünlər qapıda qaldı – Video

50 minlik mükafat: “Müsabiqənin adı uğurlu deyil”

Kosmosa çıxarılan minlərlə peyk dünyanı təhdid edir

Avropa Komissiyası Ukrayna “yük”ünü bu üç ölkənin üzərinə ATIR

İş adamı Qarabağa ayrılan investisiyanı Gürcüstana “köçürüb”? – ŞOK İDDİALAR

İrəvana Doha xəbərdarlığı: uzanan yarımçıq sülh = yeni müharibə!

Vətəndaşlara tibbi sığorta ilə bağlı ŞAD XƏBƏR

Mətbuatın “intihar orkestri”…

Gömrük sərtləşir, amma plan dolmur: Komitə sədri vətəndaşlardan, vətəndaşlar da gömrükdən narazıdır

Tramp “məyusdur”: Yenə Zelenskini günahkar çıxarır, Putini isə…

Azərbaycan siyasi səhnəsi necə saxta və ikiüzlü personajlar meydanına çevrilib?

Partiya hökumətə 3 təklif ünvanlayıb – Amnisita aktının qəbulu, ÜTT üzvlük və…

Venesuela 400 mindən çox canlı qüvvəylə ABŞ-ın hücumuna hazırlaşır

Cənubi Afrika sahillərində ekoloji fəlakət: 62.000 pinqvin aclıqdan öldü

Vətəndaşların MİDA narahatlığı: problemlər niyə bitmir?

Türkiyə Suriyaya QOŞUN YERİTDİ

Əbülfəs Qarayevin qızı məhkəməyə VERİLİR

Ukraynada 2 MİLYON insan ölüb

Büdcə rəqəmləri açıqlandı – Hansı qurumlar gözləntiləri doğrultmadı?

Azərbaycan Qəzzaya qoşun göndərəcək? – BAKIDAN RƏSMİ CAVAB

Nazirdən şok açıqlama: 5000 müəllimdən yalnız 1000 nəfəri peşəkar tələblərə cavab verir

“Qarabağ” azarkeşlərə çağırış etdi

Azərbaycanda servis haqqı ləğv edilir?

Adnan Əhmədzadə Elnur Abdullayev ittifaqının media maxinasiyaları: FETO-çu İmam necə imperiya qurub?

Gürcüstan əcnəbilər üçün ölkəyə girişi çətinləşdirdi- Yeni QAYDA

Məşhur idmançı deputat Ülvi Quliyevdən şikayətləndi: “300 min pul qazananda deyirdilər ki…”

Bakıda “Yelobank”ı da olan Vahid Ələkbərovla Adnan Əhmədzadənin gizli əlaqəsi varmış…

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.