Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Ekskluziv

Vətəndaşların MİDA narahatlığı: problemlər niyə bitmir?

Dekabr 8, 2025
A A

REDAKTORUN SEÇİMİ

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

26 Dekabr 25 / 12:29
“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

24 Dekabr 25 / 17:15
Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

23 Dekabr 25 / 10:48
Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

18 Dekabr 25 / 20:28
“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

16 Dekabr 25 / 15:05

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) aztəminatlı ailələrin mənzil ehtiyacını   həlli üçün yaradılan qurum olduğu məlumdur. Bu da məlumdur ki, son illər bu qurum və onun satış siyasəti ilə bağlı cəmiyyətdə ciddi narahatlıq formalaşıb ki, bu da təsadüfi deyil.

Kiberhücumlara açıq olan qurum

MİDA ilə bağlı media və sosial mediada ən çox rast gəlinən faktlardan biri bu qurumun kiberhücumlara açıq olması, bu problemi illərdir həll edə bilməməsidir. Məlumat üçün qeyd edək ki, 3 dekabr 2025-ci il tarixində MİDA tərəfindən Hövsan, Sumqayıt, Lənkəran, Binəqədi, Şirvan, Yevlax, Yaşayış Komplekslərində “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə satışı prosesinə start verilib. Bu satış zamanı da sistemə kibermüdaxilələr müşahidə edilib və bu müdaxilələrin qarşısını əlaqədar qurumlar tərəfindən alınıb.

Bununla bağlı cumhuriyyet.az olaraq Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin birgə məlumatını diqqətə çatdırırıq: “Mənzillərin seçimi prosesinə Mənzil İnşaatı Dövlət Agentliyinin inzibati binasında yaradılmış operativ qərargahda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və “AzInTelecom” MMC-nin və media nümayəndələrinin iştirakı ilə nəzarət edilib. Mənzil seçimi prosesinə nəzarət zamanı müxtəlif kiberhücum cəhdləri müşahidə edilib, lakin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən tətbiq edilmiş təhlükəsizlik mexanizmlərinin işə düşməsi ilə həmin cəhdlərin qarşısı uğurla alınıb. Vətəndaşlar “Güzəştli mənzil” sistemindən yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada və təlimata uyğun istifadə etməli və onun işinə qanunsuz kibermüdaxilə cəhdlərindən çəkinməlidirlər. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən tətbiq edilən informasiya təhlükəsizliyi mexanizmləri sayəsində bu qəbildən olan cəhdlər operativ şəkildə aşkarlanır, neytrallaşdırılır və sistemin təhlükəsiz fəaliyyəti daimi nəzarətdə saxlanılır”.

DTX və DİN-dən kibercinayətkarlara qarşı uğurlu əməliyyatlar

Onu da qeyd edək ki, polis əməkdaşları Bakı şəhərində MİDA yaşayış mənzillərinin sosial şəbəkələrdə qanunsuz satışını və kirayəyə verilməsini təşkil edən şəxslərin müəyyən edilməsinə nail olublar. DİN tərəfindən aparılan araşdırmalarla müəyyən edilib ki, 12 nəfər dövlət tərəfindən güzəştli şərtlərlə ayrılmış mənzillərin sosial şəbəkələr və onlayn platformalar vasitəsilə qanunsuz satışı, eləcə də kirayə reklamını aparıb. Polis həmin şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmasına nail olub.

Cumhuriyyet.az olaraq onu da xatırladaq ki, 2022-ci ildə də analoji hadisə baş vermiş, bu da kibercinayətdə əli olan şəxslər DTX tərəfindən müəyyən edilərək istintaqa cəlb olunmuşdur. Məlum olmuşdur ki, Azərbaycan vətəndaşları Elçin Məmmədov, Ruslan Hacıyev, Firudin Hüseynov, Yunis Lətifzadə, Tərlan Abdullayev və Cavid Məmmədov digərləri ilə əlbir olub ayrı-ayrı qruplar halında Mənzil İnşaatı Dövlət Agentliyinin “Güzəştli mənzil” informasiya sisteminə daxil olmaq, oradakı məlumatları dəyişmək hüququ olmadan maddi maraq zəminində onlara müraciət etmiş şəxslərin güzəştli şərtlərlə mənzil əldə etmələrini təmin etmək məqsədilə xüsusi kompüter proqram təminatları hazırlayıb və ya uyğunlaşdırıb tətbiq etməklə 30.03.2022-ci il tarixində “Güzəştli mənzil” informasiya sisteminə daxil olublar. Onlar kompüter məlumatlarını qəsdən təkrar dəyişdirib qanunsuz müdaxilə etmiş, bu hərəkətləri ilə hüququ olan vətəndaşların ümumi və bərabər əsaslarla güzəştli mənzil əldə etmək imkanını məhdudlaşdırmaqla və dövlət orqanlarının normal fəaliyyətinə mane olmaqla əhəmiyyətli zərər vurmuşlar. Həmin vaxt DTX sözügedən şəxslərin Cinayət Məcəlləsinin 273.3.1 və 273.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli bilinərək təqsirləndirilən şəxs kimi cinayət məsuliyyətinə cəlb etmişdir.

Bütün bu faktlar onu deməyə əsas verir ki, MİDA-ya kiberhücumlar artıqənənə halını alıb və adıçəkilən qurum hələ də müstəqil şəkildə bu problemlə mübarizə yolunu tapmış deyil. Məhz belə olduğu üçün hüquq-mühafizə orqanları vaxtaşırı olaraq bu qurumla bağlı yaşanan problemlərə müdaxilə etmək məcburiyyəti qarşısında qalırlar.

 MİDA-ya azalan ictimai inam və problemin mümkün həlli yolları

MİDA ilə bağlı ortaya çıxan bu və digər problemlər son vaxtlar bu quruma olan ictimai inamın əhəmiyyətli dərəcədə azalmasına səbəb olub. Bu isə Azərbaycan dövlətinin nəcib məqsədlə təsis etdiyi bu qurumun xalqın etimadını doğrltmaqda çətinlik çəkdiyini göstərir. Hazırkı mənzərə onu deməyə əsas verir ki, MİDA, yaxud hökumət rəhbərliyi bu qurumdakı problemlərin köklü həlli istiqamətində konkret addımlar atmalı, lazım gələrsə, sistemə nəzarət daha peşəkar qurumlara, məsələ, DTX-ya həvalə edilməlidir. Belə olarsa, o zaman sistemin daha şəffaf və etibarlı şəkildə işləməsi təmin olunar, vətəndaşlar yenidən MİDA və onun həyata keçirdiyi satışların şəffaflığına etibar edərlər.

Millət vəkilindən haqlı irad və ciddi etiraz

Onu da bildirək ki, millət vəkili Fazil Mustafa da Unikal.az-a açıqlamasında MİDA ilə bağlı narazılığını dilə gətirib, maraqlı məqamlara diqqət çəkib: “Təəssüf ki, illərdir bu istiqamətdə narazılıqlar səngimir. Sadə texniki proseduru həyata keçirməkdə həmişə müəyyən problemlər ortaya çıxmağa başlayır. Buna yola vermək olmaz, çünki söhbət bir dövlət agentliyindən gedir. Xüsusilə də, MİDA müəyyən həssas həyat şərtlərinə malik olan insanlar üçün şərait yaratmalıdır. Güzəştli mənzil almaq istəyən vətəndaşların əksəriyyəti başqa cür imkanı olmadığına görə dövlətin yaratdığı imkandan yararlanmağa çalışırlar. Baş verən problemlər bu etibarı bir qədər zədələyir. Bu, qətiyyən yolverilməz bir adddımdır. Məncə, bu formada mənzil probleminin həlli də arzuolunan səviyyədə deyil. Pilot layihələr bundan daha əlverişli idi, çünki, vətəndaşların konkret olaraq probleminin həllinə birbaşa kömək edən variantlardan biri idi. O dayandırıldı. …Elə etməliyik ki, dövlətin vətəndaşa nə qədər böyük dəstək verdiyi aydın şəkildə görünsün. Bu, həm də dövlətin vətəndaşlar qarşısında öhdəliyidir. Ona görə də, texniki nasazlıq məsələsi bu məsələdə bəhanə kimi göstərilə bilməz. Dövlət sizə (MİDA-nı nəzərdə tutur – red.) bir iş həvalə edib. İşi keyfiyyətli formada həyata keçirməlisiniz. Əgər işi görə bilmirsizsə, o zaman bu məsələ ciddi nəzarətə alınmalıdır. Onların fəaliyyətlərini dəqiq araşdırıb qısa müddətdə aşkara çıxarmaq lazımdır ki, vətəndaşın bu instituta olan etibarı itməsin”.

MİDA-nın Sumqayıt layihəsi ilə bağlı ictimai inamsızlıq daha böyükdür…

Aparılan təhlil və araşdırmalar göstərir ki, MİDA-nın Sumqayıt layihəsi ilə bağlı ictimai inamsızlıq daha böyükdür. Buna səbəb MİDA-nın Sumqayıtdakı layihələrindən faydalanmağa çalışan bir çox şəxsin bütün gərəkli tələbləri yerinə yetirməsinə baxmayaraq, prosesdən kənarda qalması, heç cür mənzil arzusunu realaşdıra bilməməsidir. Məhz bu səbbədən də bəzi vətəndaşlar hesab edir ki, MİDA-nın bəzi layihələri, eləcə də Sumqayıt layihələri ciddi şəkildə təftiş edilməli, yenidən yoxlanılmalıdır.

Ümid edirik ki, vətəndaşların bu gözləntiləri praktikada öz əksini tapacaq və MİDA ilə bağlı atılması gərəkən bütün addımlar atılacaq.

Əvvəlki Yazı

Türkiyə Suriyaya QOŞUN YERİTDİ

Növbəti Yazı

Cənubi Afrika sahillərində ekoloji fəlakət: 62.000 pinqvin aclıqdan öldü

EKSKLUZİV

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

23 Yanvar 2026 / 21:30
1
Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

22 Yanvar 2026 / 14:37
5
YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM

YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM

22 Yanvar 2026 / 12:39
2
Ramiz Mehdiyevin kürəkəni ilə başlayan kabus: hədə-qorxu, milyonlar

Ramiz Mehdiyevin kürəkəni ilə başlayan kabus: hədə-qorxu, milyonlar

21 Yanvar 2026 / 17:44
2

XƏBƏR LENTİ

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM

Ramiz Mehdiyevin kürəkəni ilə başlayan kabus: hədə-qorxu, milyonlar

Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad edilib

Qazaxda “20 yanvar – Müdrik xalqımızın qəhramanlıq salnaməsidir!” mövzusunda tədbir keçirilib

Mehdiabadda şəhidlərin xatirəsinə həsr olunmuş turnir keçirilib – FOTOLAR

Birinci Qarabağ müharibəsinin yaralarına çəkilən məlhəm…

İcra başçısı rayonda fəaliyyət göstərən uşaq bağçalarında olub

Sumqayıt Teatrında “Aldanmış ər” tamaşasının premyerası keçiriləcək-FOTO

Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynovun Mühüd Orucov haqqında xatirələri

Vəhdət Partiyası 20 Yanvar şəhidlərinin ailələri ilə görüş keçirdi – Tədbirdə təsirli anlar yaşandı

İcra başçısı qazinin müalicəsini nəzarətə götürüb

Nazir qazaxlıları təbrik etdi

Nazir Qazaxlıları təbrik etdi

Avstriyanın Kitzbühel şəhərində qarüstü polo üzrə növbəti Dünya Kubokuna start verilib

Rieltorlar Assosiasiyası yığıncaq keçirəcək

Elmə, tələbəyə, torpağa və ailəyə sədaqətlə həsr olunmuş ömür

Çingiz Abdullayevin qanunsuz kürsü sahibliyi…

Hazırlıqlar davam edir

165 ailə prezidentə müraciət etdi: “Şəhərsalma və Memarlıq ilində bizi sevindirin…”

AZƏRBAYCAN TORPAĞI İGİDLƏRİN QANI İLƏ SULANIB -ELDƏNİZ NAMAZOV YAZIR

Azərbaycanda İLK: Partiya sədrinin müavini süni intellekt oldu

Qazaxda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2026-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib

Ruslan Məmmədov “Combat” Peşəkar Döyüş Liqasının prezidenti seçildi — FOTOLAR

Qazaxda daha iki binanın fasad, blok və həyətində abadlıq işləri aparılıb

NTV-də CANLI “Prezident və Media-2026” : üç gün ərzində 30-a yaxın müsahib

Azərbaycanın “İdman paytaxtı”nın loqosu təqdim edilib

Donald Tramp İran hadisələri ilə bağlı Kanal13-ə istinad etdi

DTX-nın Naxçıvan əməliyyatı: “Azərbaycan təhlükəsizlik məsələsində nümunə göstərməkdə davam edir”

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy   Yan »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.