“Azərbaycan Dəmir Yolları” QSC gömrük qaydalarını pozduğuna görə, barəsində cərimə protokolu imzalanıb.
Tribuna.az xəbər verir ki, Azərbaycan Dəmir Yollarının İnzibati Xətalar Məcəlləsinin gömrük qaydaları əleyhinə olan 485.2-ci maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
QSC ilə bağlı iş baxılması üçün Nəsimi rayopn Məhkəməsinə göndərilib. İşə 12 dekabr tarixində hakim Solmaz Mustafayevanın sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, cərimələnməsi gözlənilən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmovdur.
Qarşı tərəfi dinləməyə hazırıq.









