Bakının tam mərkəzində “Nərgiz Mall”ın altındakı parkingə görə yolda hərəkət iflic olur.
Tribuna.az xəbər verir ki, bu barədə hər gün bu problemlə üzləşən sürücü Emin Məmmədzadə yazıb. O bildirib ki, parkingdən çıxan maşınlara görə tolda hərəkəri 40 dəqiqəyə qədər saxlayırlar:
“”Nərgiz Mall”ın altında yerləşən, çıxışı və girişi üçün cəmi 1 yol olan bu parkinq hər gün belə xaos yaradır bu küçədə. 30-40 dəqiqə tıxacda qalır millət. Yolu bağlayıb gözləyirlər, nə vaxt yer boşalsa maşın buraxırlar içəri.
Bunlara görə bütün o ətrafdakı küçələrdə tıxac yaranır.
Onsuz da İslam Səfərli təmirlə əlaqədar bağlıdır, bunlar da bir tərəfdən xaos yaradırlar.
Bu videonu çəkəndə düz 40 dəqiqə tıxacda gözləmişəm bunlara görə. Buna bir tədbir görən yoxdur şəhərin mərkəzində”.
Gülşən Rəsul








