Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Manşet

Ramiz Mehdiyev kimləri FETÖ siyahısından çıxarıb?

Dekabr 9, 2025
A A

REDAKTORUN SEÇİMİ

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

26 Dekabr 25 / 12:29
“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

24 Dekabr 25 / 17:15
Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

23 Dekabr 25 / 10:48
Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

18 Dekabr 25 / 20:28
“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

16 Dekabr 25 / 15:05

Prezident Administrasiyasının (PA) keçmiş rəhbəri, AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyev uzun müddət Azərbaycanın vaxtı ilə Türkiyənin Qars, İstanbul şəhərlərində baş konsulu, bir neçə ölkədə səfiri olmuş Həsən Zeynalova düşmənçilik münasibəti bəsləyib. Mehdiyev əlindəki rıçaqlardan istifadə edərək onu “vurmağa” çalışıb, iqtidar mediasına çıxışını əngəlləyib, onunla isti münasibətlərdə olan hakim partiyanın rəhbər şəxslərini cəzalandırıb.

“AzPolitika”-ya etibarlı mənbədən daxil olan məlumata görə, R.Mehdiyevin H.Zeynalova qarşı qəzəbi çox “mərhəm” məsələ ilə bağlı imiş. Mənbə qeyd edir ki, hələ 90-cı illərdən H.Zeynalovun keçmiş “boz kardinal”a biət etməməsi PA rəhbərində qıcıq yaradıb. Onun müxtəlif dövlət vəzifələrinə irəli çəkilməsinə mane olub. H.Zeynalov 12 il ərzində (1992-2004-cü illər) Naxçıvan MR-in Bakıdakı daimi nümayəndəsi olub.

 

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Həsənoğlu 2020-ci ildə “Yeni Müsavat” qəzetinə müsahibəsində Mehdiyevin H.Zeynalova qarşı necə aqressv olduğunu belə təsvir etmişdi: “Səhv etmirəmsə, 1998-ci il idi. Tanımadığım bir nəfər qəzetə məqalə gətirmişdi. Söhbət zamanı məlum oldu ki, yazı Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Həsən Zeynalov haqqındadır. Həsən Zeynalovun 50 yaşı tamam olurdu. Hənim məqalə də onun doğum günü münasibətilə yazılıb. Mən onda Həsən Zeynalovu şəxsən tanımırdım. Yazını gətirən adam onu da əlavə etdi ki, deyim, biləsiniz, Ramiz Mehdiyevin Həsən Zeynalovdan xoşu gəlmir. Mən dedim ki, Ramiz Mehdiyev özü bilər, bizim qəzetin xəttini onun şəxsi zövqü müəyyən etmir. Məqalə qəzetin növbəti sayında dərc edildi. İnsanda nə qədər kin-kudurət olarmış. O məqaləyə görə Mehdiyev yanında xüsusi iclas keçirdi. Təbii ki, “Yeni Azərbaycan” qəzetinin adını çəkmədən, məqaləni xatırlatmadan Həsən Zeynalovu asıb-kəsdi: “Həsən Zeynalov özünü reklam elətdirir, bütün tədbirlərdə ön sırada əyləşir” və sair…”

A.Həsənoğu bu qəzəbin səbəbini belə izah edir ki, Ramiz Mehdiyev bir balaca müstəqil fikri olan, xüsusilə də Heydər Əliyevin diqqət mərkəzində olan şəxsləri sevmirdi. ““Sevmirdi” demək azdır, o, belə adamları özünün şəxsi və ideoloji düşməni hesab edirdi. Görünür, bu səbəbdən də o Həsən Zeynalovun adını da özünün qara siyahısına salmışdı. Məndə olan məlumata görə, Ramiz Mehdiyevin Həsən Zeynalova qarşı aqressiv münasibəti son günlərə kimi səngiməmişdi…”, – baş redaktor müsahibəsinə deyib.

Xatırladaq ki, Prezident İlham Əliyev hakimiyyətə gəldikdən 1 il sonra sonra H.Zeynalovu Qars şəhərinə baş konsul təyin edib, 6 il bu vəzifədə çalışdıqdan sonra İstanbul şəhərində Azərbaycanın baş konsulu vəzifəsinə irəli çəkilib.

Mənbə bildirir ki, R.Mehdiyevi daha da qəzəbləndirən hadisə onun İstanbulda olduğu zamana təsadüf edib. Belə ki, Türkiyə siyasi dairələri Azərbaycan hakimiyyətində FETÖ ilə gizli əlaqələri olan məmurların siyahısını Həsən Zeynalov vasitəsi ilə Azərbaycan hakimiyyətinə ötürüb. Konsul isə həmin siyahını o zaman Prezident Aparatının Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri olan Novruz Məmmədova təqdim edib. Mənbə bildirir ki, şöbə müdiri siyahının Prezidentə təqdim edilməsi üçün PA rəhbəri Ramiz Mehdiyevə verib. “Boz kardinal” isə özünə yaxın bəzi şəxslərin, o cümlədən köməkçisi, keçmiş deputat Rəbiyyət Aslanovanın oğlu Elnur Aslanovun adını siyahıdan çıxarıb. Mənbə vurğulayır ki, əsl qalmaqal bir müddət sonra – həqiqət üzə çıxarkən baş verib. Həsən Zeynalov siyahıda olan bəzi şəxslər barədə tədbirlər görülməməsinin səbəbini araşdırmağa çalışıb. O, növbəti dəfə siyahını başqa bir şəxs vasitəsi ilə Prezidentə çatdırıb. Bu zaman Mehdiyevin kimləri ölkə başçısının qəzəbindən qorumağa çalışdığı agah olub. Qısa müddət sonra bir neçə şəxs, o cümədən E.Aslanov PA-dakı vəzifəsi ilə vidalaşıb.

Qeyd olunur ki, Həsən Zeynalovun bu addımı Ramiz Mehdiyevi özündən çıxarıb və onun yaxın ətrafından, qohumlarından qisas almağa qərar verib. Belə ki, Həsən Zeynalovun yaxın qohumu, 30 ilə yaxın prokurorluq orqanlarında çalışan, Akif Çovdarov başda olmaqla ləğv edilmiş MTN generallarının törətdiyi cinayətlərə görə barələrində həbs qərarının seçilməsini məhkəmədə müdafiə edən və ona nail olan Elçin Əliyev sərəncama götürülüb. Mənbə bildirir ki, o, Baş Prokurorluqda struktur dəyişikliyi bəhanəsi ilə sərəncama götürülüb və qanunda nəzərdə tutulduğu müddətdən 7 aya yaxın artıq müddətdə işlə təmin edilməyib.

E.Əliyev isə öz hüquqlarının müdafiəsinə qalxıb və qismən ona nail olub. Belə ki, Prezident Administrsiyasına E. Əliyevin rayonların birinə prokuror təyin olunması ilə bağlı təqdimat verilib və rayon prokuroru vəzifəsinə müvəqqəti icra edən vəzifəsinə göndərilib. Qanunda bu vəzifənin müvəqqəti maksimum 3 ay icra edilməsi nəzərdə tutulsa da, Ramiz Mehdiyev onun rayon prokuroru vəzifəsinə təsdiq edilməsinə imkan verməyib. E.Əliyev nə az-nə çox, 5 il bu vəzifəni müvəqqqəti icra etməyə məcbur olub. Amma R.Mehdiyevin təzyiqi ilə daha sonra o, heç bir səbəb olmadan öz işindən uzaqlaşdırıb, qulluqkeçmə qanunvericiliyi kobud pozulmaqla, Pirallahı Rayon Prokurorluğuna müstəntiq vəzifəsinə göndərilib.

Mənbə bildirir ki, Həsən Zeynalov da birbaşa Ramiz Mehdiyevin hədəfində olsa da, istəyinə nail ola bilməyib.

Prezident İlham Əliyev yuxarıda bəhs olunan hadisədən qısa müddət sonra onu Azərbaycanın Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri təyin edib.

Rasim Əliyev

“AzPolitika.info”

Əvvəlki Yazı

“Qaçış Kralı” dördüncü dəfə həbsxanadan qaçdı

Növbəti Yazı

Bu şəxslərə birdəfəlik haqq ödəniləcək

EKSKLUZİV

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

23 Yanvar 2026 / 21:30
1
Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

22 Yanvar 2026 / 14:37
5
YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM

YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM

22 Yanvar 2026 / 12:39
2
Ramiz Mehdiyevin kürəkəni ilə başlayan kabus: hədə-qorxu, milyonlar

Ramiz Mehdiyevin kürəkəni ilə başlayan kabus: hədə-qorxu, milyonlar

21 Yanvar 2026 / 17:44
2

XƏBƏR LENTİ

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM

Ramiz Mehdiyevin kürəkəni ilə başlayan kabus: hədə-qorxu, milyonlar

Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad edilib

Qazaxda “20 yanvar – Müdrik xalqımızın qəhramanlıq salnaməsidir!” mövzusunda tədbir keçirilib

Mehdiabadda şəhidlərin xatirəsinə həsr olunmuş turnir keçirilib – FOTOLAR

Birinci Qarabağ müharibəsinin yaralarına çəkilən məlhəm…

İcra başçısı rayonda fəaliyyət göstərən uşaq bağçalarında olub

Sumqayıt Teatrında “Aldanmış ər” tamaşasının premyerası keçiriləcək-FOTO

Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynovun Mühüd Orucov haqqında xatirələri

Vəhdət Partiyası 20 Yanvar şəhidlərinin ailələri ilə görüş keçirdi – Tədbirdə təsirli anlar yaşandı

İcra başçısı qazinin müalicəsini nəzarətə götürüb

Nazir qazaxlıları təbrik etdi

Nazir Qazaxlıları təbrik etdi

Avstriyanın Kitzbühel şəhərində qarüstü polo üzrə növbəti Dünya Kubokuna start verilib

Rieltorlar Assosiasiyası yığıncaq keçirəcək

Elmə, tələbəyə, torpağa və ailəyə sədaqətlə həsr olunmuş ömür

Çingiz Abdullayevin qanunsuz kürsü sahibliyi…

Hazırlıqlar davam edir

165 ailə prezidentə müraciət etdi: “Şəhərsalma və Memarlıq ilində bizi sevindirin…”

AZƏRBAYCAN TORPAĞI İGİDLƏRİN QANI İLƏ SULANIB -ELDƏNİZ NAMAZOV YAZIR

Azərbaycanda İLK: Partiya sədrinin müavini süni intellekt oldu

Qazaxda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2026-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib

Ruslan Məmmədov “Combat” Peşəkar Döyüş Liqasının prezidenti seçildi — FOTOLAR

Qazaxda daha iki binanın fasad, blok və həyətində abadlıq işləri aparılıb

NTV-də CANLI “Prezident və Media-2026” : üç gün ərzində 30-a yaxın müsahib

Azərbaycanın “İdman paytaxtı”nın loqosu təqdim edilib

Donald Tramp İran hadisələri ilə bağlı Kanal13-ə istinad etdi

DTX-nın Naxçıvan əməliyyatı: “Azərbaycan təhlükəsizlik məsələsində nümunə göstərməkdə davam edir”

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy   Yan »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.