Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İqtisadiyyat

Tütün məhsullarının aksizi 25.5 manata qaldırılır

Dekabr 9, 2025
A A

REDAKTORUN SEÇİMİ

Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

24 Yanvar 26 / 13:28
Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

26 Dekabr 25 / 12:29
“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

24 Dekabr 25 / 17:15
Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

23 Dekabr 25 / 10:48
Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

18 Dekabr 25 / 20:28

Milli Məclisdə “Azərbaycan Respublikasının Vergi Məcəlləsində və digər 16 qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsi müzakirə edilib. Musavat.com bildirir ki, bu barədə komitə sədri Azər Əmiraslanov məlumat verib. Bildirib ki, düzəlişlər Vergi Məcəlləsinə, “Sosial sığorta haqqında” və “Tibbi sığorta haqqında” qanunlara aid normalara, eləcə də bundan irəli gələrək Qanunun qüvvəyə minməsi adlanan 19-cu maddəni ehtiva etməklə əsasən dəqiqləşdirici xarakterlidir:

“Bu düzəlişlər Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə birgə işlənmiş və tərəfimizdən qanunvericilik təşəbbüsü subyekti ilə razılaşdırılıb.

Beləliklə, dəqiqləşdirici xarakterli bu dəyişikliklər qanun layihəsinin 1.24-cü, 1.33-cü, 1.40-cı, 3.3.2-ci, 12.3-cü, 19.4-cü və 19.5-ci maddələrində edilib.

Dəyişikliklərin qısaca məzmunu aşağıdakılardan ibarətdir: Əvvəlki təqdimatlarda bildirdiyimiz kimi, nağdsız əməliyyatların sitmullaşdırılması məqsədilə vergi ödəyicilərinin ƏDV qeydiyyatı üçün pərakəndə ticarət və vergi orqanında uçotda olmayan şəxslərə göstərilən xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsinə 0,5 əmsal tətbiq edilir və bununla da dövriyyənin iki dəfə artırılması təmin edilir. ƏDV qeydiyyatı ilə bağlı bu müddəanın ƏDV qeydiyyatından çıxmada gözlənilməsi üçün müvafiq düzəliş edilir.

“İşğaldan azad edilmiş ərazinin rezidenti olma” statusu Vergi Məcəlləsi ilə müəyyən edildiyindən “Sosial sığorta haqqında” qanuna təklif olunan dəyişiklikdə dəqiqləşdirici düzəliş edilir və “işğaldan azad edilmiş ərazinin rezidenti hesab edilən” sözləri “Vergi Məcəlləsinin 226.2-ci maddəsinə əsasən işğaldan azad edilmiş ərazinin rezidenti hesab edilən” sözləri ilə əvəz olunur, bununla da iki qanunun uzlaşdırılması və terminin eyniliyi təmin edilir.

Bildiyiniz kimi, qanun layihəsinin mövcud mətnində 2026-cı il yanvarın 1-dən tütündən hazırlanan siqaretin hər 1000 ədədi üçün aksiz vergisinin yerli istehsalda 45,5 manatdan 55 manata, idxalda isə 53,5 manatdan 63 manat yüksəldilməsi təsbit olunub. Belə bir vəziyyətdə siqaretə alternativ hesab olunan bəzi tütün məhsulları üzrə aksiz vergilərinin tənzimlənməsi zərurəti yaranıb. Əks halda istehlaka olan tələbat aşağıda qeyd olunan digər tütün məhsullarına ötürülə bilər.

Bu məqsədlə həmin tütün məhsulları üzrə aksiz dərəcəsinin dəyişdirilməsi təklif olunur:

* alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsullar.

Bu məhsullar üzrə aksizin 1000 ədədə yerli istehsal və idxalda 16 manatdan 25.5 manata qaldırılması təklif edilir. Bu məhsullar (IQOS, Glo, Ploom və s. ticarət nişanlı məhsullar) mahiyyət etibarilə siqaretlə eynilik təşkil edir, ölkədə istehsalı yoxdur və 2025-ci ilin 10 ayı ərzində idxal həcmi 183 845 min ədəd, dəyəri isə 18 280 000 manat təşkil etmişdir.

* istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər

Bu məhsullar üzrə aksizin hər kiloqrama görə yerli istehsalda 22 manatdan 162 manata, idxalda isə 30 manatdan 170 manata qaldırılması təklif edilir. Yeni dərəcələr təklif edilərkən istehsal edilən siqaretlərin hər ədədi üçün istifadə olunan tütünün çəkisi əsas götürülüb.

Belə ki, bir ədəd nazik ölçülü siqaret çubuğu (stick) üçün təxminən 0.34 qram tütün istifadə olunur (müvafiq olaraq 1000 ədəd siqaret üçün təxminən 340 qram). 2026-cı ildə 1000 ədəd yerli istehsal olunan siqaret üçün aksiz dərəcəsinin 55 manat olacağını nəzərə aldıqda 1 kq istifadə olunan tütündən istifadə edildikdə hesablanan aksiz vergisi orta hesabla 162 (1000/340*55) manat təşkil edir. Məhz bu hesablama məntiqi ilə hər iki məhsul üzrə aksiz vergilərinin mahiyyət etibarilə bərabərləşdirilməsi hədəflənir. Yerli istehsalı mövcud deyil və 2025-ci ilin 10 ayı ərzində idxal həcmi 2 min kiloqram, dəyəri isə 290 000 manat təşkil edib”.

Komitə sədri ardınca qeyd edib:

“Bildiyiniz kimi “Tibbi sığorta haqqında” qanuna təklif olunan dəyişikliyə əsasən, qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslər sığortalı qismində özləri çıxış edəcəklər. Bu sahədə münasibətlərin daha aydın olması üçün müvafiq qaydanın olmasına zərurət vardır. Qeyri-formal məşğulluğun təsir dairəsinə düşən sığortalıların müəyyən edilməsi qaydası müvafiq səlahiyyətli orqan tərəfindən müəyyən edilməklə, bu kateqoriyanın müəyyən edilməsi sahəsində yarana biləcək bütün qeyri-müəyyənliklər aradan qalxacaq, qeyri-formal məşğulluğun həqiqi təsir dairəsinə düşənlərin obyektiv meyarlarla müəyyən edilməsi təmin ediləcək”.

Əvvəlki Yazı

Bakının mərkəzində xaos: Bu adamlara görə yolu bağlayırlar – VİDEO

Növbəti Yazı

Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

EKSKLUZİV

Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

24 Yanvar 2026 / 13:28
8
Qazaxda növbəti qanvermə aksiyası keçirilib

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

23 Yanvar 2026 / 21:30
1
Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

22 Yanvar 2026 / 14:37
5
YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM

YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM

22 Yanvar 2026 / 12:39
2

XƏBƏR LENTİ

Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM

Ramiz Mehdiyevin kürəkəni ilə başlayan kabus: hədə-qorxu, milyonlar

Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad edilib

Qazaxda “20 yanvar – Müdrik xalqımızın qəhramanlıq salnaməsidir!” mövzusunda tədbir keçirilib

Mehdiabadda şəhidlərin xatirəsinə həsr olunmuş turnir keçirilib – FOTOLAR

Birinci Qarabağ müharibəsinin yaralarına çəkilən məlhəm…

İcra başçısı rayonda fəaliyyət göstərən uşaq bağçalarında olub

Sumqayıt Teatrında “Aldanmış ər” tamaşasının premyerası keçiriləcək-FOTO

Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynovun Mühüd Orucov haqqında xatirələri

Vəhdət Partiyası 20 Yanvar şəhidlərinin ailələri ilə görüş keçirdi – Tədbirdə təsirli anlar yaşandı

İcra başçısı qazinin müalicəsini nəzarətə götürüb

Nazir qazaxlıları təbrik etdi

Nazir Qazaxlıları təbrik etdi

Avstriyanın Kitzbühel şəhərində qarüstü polo üzrə növbəti Dünya Kubokuna start verilib

Rieltorlar Assosiasiyası yığıncaq keçirəcək

Elmə, tələbəyə, torpağa və ailəyə sədaqətlə həsr olunmuş ömür

Çingiz Abdullayevin qanunsuz kürsü sahibliyi…

Hazırlıqlar davam edir

165 ailə prezidentə müraciət etdi: “Şəhərsalma və Memarlıq ilində bizi sevindirin…”

AZƏRBAYCAN TORPAĞI İGİDLƏRİN QANI İLƏ SULANIB -ELDƏNİZ NAMAZOV YAZIR

Azərbaycanda İLK: Partiya sədrinin müavini süni intellekt oldu

Qazaxda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2026-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib

Ruslan Məmmədov “Combat” Peşəkar Döyüş Liqasının prezidenti seçildi — FOTOLAR

Qazaxda daha iki binanın fasad, blok və həyətində abadlıq işləri aparılıb

NTV-də CANLI “Prezident və Media-2026” : üç gün ərzində 30-a yaxın müsahib

Azərbaycanın “İdman paytaxtı”nın loqosu təqdim edilib

Donald Tramp İran hadisələri ilə bağlı Kanal13-ə istinad etdi

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy   Yan »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.