Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İqtisadiyyat

Uşaq doğulan kimi hesabına 1000 dollar: “Azərbaycanda ba bu layihə mümkündür, amma…”

Dekabr 9, 2025
A A

REDAKTORUN SEÇİMİ

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

26 Dekabr 25 / 12:29
“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

24 Dekabr 25 / 17:15
Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

23 Dekabr 25 / 10:48
Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

18 Dekabr 25 / 20:28
“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

16 Dekabr 25 / 15:05

ABŞ-də 2025-2028-ci illərdə doğulan uşaqlar üçün xüsusi investisiya hesabları açılacaq. Musavat.com xəbər verir ki, layihə barədə açıqlama verən Donald Tramp bildirib ki, bu təşəbbüs aztəminatlı ailələrdən olan uşaqların 18 yaşına qədər öz vəsaitlərini toplamasına şərait yaradacaq.

ABŞ Maliyyə Nazirliyi hər yeni doğulan uşağın hesabına 1000 dollar köçürəcək. Proqrama qoşulmaq üçün valideynlər və ya qəyyumlar müraciət etməlidirlər. Hesabdakı vəsaitlər fondların qiymətli kağızlarına yönləndiriləcək, əlavə ödənişləri isə ailə üzvləri və xeyriyyə təşkilatları edə biləcək.

Yeni sistem xüsusilə orta gəlirdən aşağı bölgələrə şamil olunur: proqramdan yararlana bilmək üçün uşağın yaşadığı ərazidə ev təsərrüfatlarının median gəliri ildə 150 min dollardan çox olmamalıdır. Bu göstərici ABŞ-dəki uşaqların təxminən 80 faizini əhatə edir. Azərbaycanda bu sahədə vəziyyət necədir? Oxşar layihələr bizdə mümkünmü?

İqtisadçı-alim Vüsalə Əhmədova mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb:”Hazırda Donald Trampın ABŞ-də planladığı “uşaqlar üçün investisiya hesabı” təşəbbüsü layihəsi mənim illər əvvəl təklif etdiyim bir layihənin bənzəridir. Qeyd etmişdim ki, ilk öncə ölkədəki 1-6 yaş qrupundakı uşaqlara aylıq 80-100 manat məbləğində müavinət verilsin. Bu qrupdakı uşaqların cəmi sayının təqribən 940.400 nəfər təşkil etdiyini nəzərə alsaq, hər bir uşaq üçün aylıq 80 manat məbləğində müavinət verilərsə, bu, illik 902.784.000 manat təşkil edəcək, hansı ki, bu məbləğ büdcə üçün heç bir yük təşkil etməz. Digər 7-17 yaş qrupları üzrə uşaqlar üçün isə 7 yaşı tamam olan hər bir uşaq üçün bank hesabı açılsın, aylıq müavinətlər bank hesabına toplansın və uşağın 18 yaşı tamam olduqda toplanan vəsait onun istifadəsinə verilsin. Həmin müddət ərzində isə bank vəsaiti iqtisadiyyata investisiya edə bilər. Lakin bu təklifimi aidiyyəti qurumlar nəzərə almadı”.

İqtisadçı əlavə edib ki, hazırda Azərbaycanda mövcud olan sosial yardım sistemi çox məhdud kateqoriyaları əhatə edir və adından da göründüyü kimi, yardım formasındadır: “Amma hər bir uşağa yönəldilmiş “investisiya sistemi” mövcud deyil. Uzunmüddətli investisiya hesabı sisteminin başladılması üçün qanunvericilikdə dəyişiklik, maliyyə planlaması, ictimai debat və ən önəmlisi siyasi iradə lazımdır. Halbuki neft gəlirləri, sosial rifah siyasəti və bank-maliyyə sistemi bu cür proqramı tam dəstəkləyə bilər. Heç kimə sirr deyil ki, Azərbaycanda gəlir bərabərsizliyi mövcuddur və aztəminatlı ailələrdə doğulan uşaqların start imkanları zəif olur və ya heç olmur. Hər bir uşaq uçun 18 yaşına qədər yığılan vəsait, onun universitet təhsil haqqını ödəmək və ya kurslar, sertifikatlar və peşə təhsili almaq üçün istifadə edilə bilər. Məlumdur ki, ölkəmizdə ali məktəblərə qəbulun 69%-i ödənişli əsaslarla aparılır. Həmçinin bu məbləğlə kiçik biznesə başlamaq, texnologiya layihəsi yaratmaq, ilkin avadanlıq almaq olar, hansı ki, karyeraya borcsuz başlamaq imkanı yaradar. Bu, “yardım” deyil, “gələcək üçün sərmayə” modelidir, himayəyə ehtiyacı olan qruplar üçün davamlı inkişaf imkanıdır. Ailələr bilsələr ki, uşaqlarının gələcəyi üçün “dövlət dəstək paketi” var, sosial narazılıq azalar, gənclərin xaricə iqtisadi səbəblərlə köç etməsinin qarşısı alınar, ailələrin uşaq sahibi olmaq motivasiyası artar. Azərbaycan neft gəlirləri əldə edən ölkədir, “Child Development Account” və ya “Child Trust Fund” kimi modellər, bu gəlirlərin bir hissəsinin birbaşa gələcək nəsillərə investisiya formasında ötürülməsinə imkan verər”.

Əvvəlki Yazı

İsa Həbibbəylinin öldürülən qohumu Naxçıvanda vəzifəli şəxs imiş – Rezonans doğuran qətlin təfərrüatları

Növbəti Yazı

DİN-dən əhaliyə TƏCİLİ XƏBƏRDARLIQ – Təhlükə realdır!

EKSKLUZİV

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

23 Yanvar 2026 / 21:30
1
Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

22 Yanvar 2026 / 14:37
5
YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM

YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM

22 Yanvar 2026 / 12:39
2
Ramiz Mehdiyevin kürəkəni ilə başlayan kabus: hədə-qorxu, milyonlar

Ramiz Mehdiyevin kürəkəni ilə başlayan kabus: hədə-qorxu, milyonlar

21 Yanvar 2026 / 17:44
2

XƏBƏR LENTİ

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM

Ramiz Mehdiyevin kürəkəni ilə başlayan kabus: hədə-qorxu, milyonlar

Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad edilib

Qazaxda “20 yanvar – Müdrik xalqımızın qəhramanlıq salnaməsidir!” mövzusunda tədbir keçirilib

Mehdiabadda şəhidlərin xatirəsinə həsr olunmuş turnir keçirilib – FOTOLAR

Birinci Qarabağ müharibəsinin yaralarına çəkilən məlhəm…

İcra başçısı rayonda fəaliyyət göstərən uşaq bağçalarında olub

Sumqayıt Teatrında “Aldanmış ər” tamaşasının premyerası keçiriləcək-FOTO

Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynovun Mühüd Orucov haqqında xatirələri

Vəhdət Partiyası 20 Yanvar şəhidlərinin ailələri ilə görüş keçirdi – Tədbirdə təsirli anlar yaşandı

İcra başçısı qazinin müalicəsini nəzarətə götürüb

Nazir qazaxlıları təbrik etdi

Nazir Qazaxlıları təbrik etdi

Avstriyanın Kitzbühel şəhərində qarüstü polo üzrə növbəti Dünya Kubokuna start verilib

Rieltorlar Assosiasiyası yığıncaq keçirəcək

Elmə, tələbəyə, torpağa və ailəyə sədaqətlə həsr olunmuş ömür

Çingiz Abdullayevin qanunsuz kürsü sahibliyi…

Hazırlıqlar davam edir

165 ailə prezidentə müraciət etdi: “Şəhərsalma və Memarlıq ilində bizi sevindirin…”

AZƏRBAYCAN TORPAĞI İGİDLƏRİN QANI İLƏ SULANIB -ELDƏNİZ NAMAZOV YAZIR

Azərbaycanda İLK: Partiya sədrinin müavini süni intellekt oldu

Qazaxda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2026-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib

Ruslan Məmmədov “Combat” Peşəkar Döyüş Liqasının prezidenti seçildi — FOTOLAR

Qazaxda daha iki binanın fasad, blok və həyətində abadlıq işləri aparılıb

NTV-də CANLI “Prezident və Media-2026” : üç gün ərzində 30-a yaxın müsahib

Azərbaycanın “İdman paytaxtı”nın loqosu təqdim edilib

Donald Tramp İran hadisələri ilə bağlı Kanal13-ə istinad etdi

DTX-nın Naxçıvan əməliyyatı: “Azərbaycan təhlükəsizlik məsələsində nümunə göstərməkdə davam edir”

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy   Yan »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.