Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Ölkə

İşsizlər üçün sığorta haqqını kim ödəyəcək? – Ekspert gerçəkləri açıqladı…

Dekabr 10, 2025
A A

REDAKTORUN SEÇİMİ

Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

24 Yanvar 26 / 13:28
Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

22 Yanvar 26 / 14:56
Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

26 Dekabr 25 / 12:29
“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

24 Dekabr 25 / 17:15
Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

23 Dekabr 25 / 10:48

Dünən Milli Məclis büdcə paketinə daxil olan qanun layihələrini üçüncü oxunuşda qəbul edib. Onların sırasında “Tibbi sığorta haqqında” Qanuna dəyişikliklər də var. Artıq xeyli müddətdir ki, cəmiyyətimizi həmin Qanuna edilən mühüm dəyişikliklərdən biri ilə əlaqədar bu sual maraqlandırır: işsizlər üçün sığorta haqqını kim ödəyəcək? Söz dolaşırdı ki, işsizlər özləri sığorta haqqını ödəməlidir. Tribuna.az xəbər verir ki, bu suala aydınlıq gətirən hüquqşünas Əkrəm Həsənov bildirib ki, qanuna edilən dəyişikliyə görə, işsizlər üçün sığorta haqqını dövlət özü ödəyəcək:

“Sadə dildə izah edim: sığorta haqqını aşağıdakı şəxslər ödəməlidir:

1) işçi üçün (əmək və ya mülki müqavilə əsasında) onun işəgötürəni;

2) sahibkar üçün özü;

3) qeyri-formal məşğul şəxs üçün özü;

4) qalanları üçün dövlət.

Göründüyü kimi, burada deyilmir ki, işsizlər sığorta haqlarını özləri ödəməlidir. Yeganə yenilik qeyri-formal məşğul şəxslərlə bağlıdır.

Ajiotaj da bununla bağlı idi. Rəsmilər qanun layihəsini dərc etmədən mətbuata ümumi məlumat sızdırmışdı, mətbuat onu bir cür yozmuşdu (guya işsizlər özü sığorta haqqı ödəməlidir), biz ekspertlər isə layihəni görmədən dəqiq söz deyə bilmirdik. Böyük ehtimalla hökumət bilərəkdən belə şərait yaratmışdı ki, yenilik məhz qeyd etdiyim səhv tərzdə başa düşülsün.

Ya da hökumətdəkilər özləri də məsələni tam dərk etmirdi (ən azı deputatların dərk etmədiyi ehtimalı böyükdür, onların işi düymə basmaqdır onsuz da)”.

Hüquqşünas bildirib ki, işsiz və qeyri-formal məşğul şəxs – tam fərqli şeylərdir:

“İşsiz heç bir gəliri olmayandır. Qeyri-formal məşğul şəxs isə “Məşğulluq haqqında” Qanunun mənasına görə (1.1.9, 1.1.12, 30-32-ci maddələr) vergi və digər məcburi ödənişlərdən yayınaraq qeyri-rəsmi gəlir əldə edəndir. Yəni qanunu pozan şəxsdir.

Qanunun 30.5-ci maddəsində birbaşa deyilir: “Qeyri-formal məşğulluq qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.” Dövlətin isə işi elə odur ki, belə şəxsləri müəyyən edib məsuliyyətə cəlb etsin.

Bu mənada qeyri-formal məşğul şəxsdən, yəni qeyri-leqal fəaliyyətlə məşğul olan şəxsdən leqal ödənişin (sığorta haqqının) ödənilməsini tələb etmək absurddur!

Vergidən və digər məcburi ödənişlərdən ona görə yayınır ki, gəlib sığorta haqqı ödəsin? Dövlət qeyri-formal məşğulluq hallarını müəyyən etməli və ilk növbədə həmin şəxslərdən vergi tutmalı, həmçinin fəaliyyətin leqallaşdırılmasını tələb etməlidir. Həmin leqal fəaliyyətdən də sığorta haqqı ödənilməlidir. Qeyri-formal məşğulluq sahibkarlıqla bağlıdırsa, həmin şəxs özü ödəməlidir, əks halda, işəgötürən rəsmi müqavilə bağlayıb ödəməlidir.

Bir sözlə, şəxsin işsiz olması o demək deyil ki, qeyri-formal məşğuldur. Məsələn, evdar qadın əlbəttə ki, məşğuldur, ev işləri, uşaq tərbiyəsi ilə məşğuldur, amma bu, qeyri-formal məşğulluq deyil. Ümumiyyətlə, qeyri-formal məşğulluq halını dövlət sübut etməlidir, əks halda, təqsirsizlik prezumpsiyasına əsasən rəsmi gəliri olmayan hər kəs işsiz hesab olunur və dövlət onun sığorta haqqını ödəməlidir.

Əlbəttə, biz başa düşürük ki, növbəti ildən xüsusilə məmurlar, əsasən də vergi orqanı düşəcək əhalinin canına və yeri gəldi-gəlmədi qeyri-formal məşğulluq hallarını müəyyən etməyə çalışacaq. Necə? Məsələn, şəxsin kart hesabına vəsaitin daxil olmasını qeyri-formal məşğulluq kimi qiymətləndirə bilər. Yaxud da “ƏDV geri al”dan istifadə edəni qeyri-formal məşğul hesab edəcək: gəlirin yoxdursa, alış-verişini nə ilə edirsən?! Və s. və i.a. Əlbəttə, savadlı vətəndaş bu suallara asanlıqla cavab verə bilər: məsələn, pulu yaxın qohumum verib, babamdan qalıb və s. Yaxın qohumların hədiyyə etməsi vergitutma obyekti deyil axı. Lakin əksəriyyətin savadı və cəsarəti çatmayacaq ki, məmurların tələ ilə dolu suallarına cavab versin və nəticədə sığorta haqqının dövlət tərəfindən ödənilməsini tələb etsin. Yenilik də məhz buna hesablanıb: vətəndaşları çaşdırmaq, qorxutmaq ki, sığorta haqqı büdcədən ödənilməsin, vətəndaşın son pulu əlindən alınsın”.

Ə. Həsənov tövsiyə edir ki, rəsmi gəliri olmayanlar, yəni işsizlər çalışsınlar ki, öz kartlarından istifadə etməsinlər:

“Elə pulu onlara verən yaxınlarının bank kartlarından istifadə etsinlər (yəni həmin yaxın adamın bir neçə bank kartı ola bilər onsuz da), yaxud da ödənişləri nağd etsinlər. Təbii, bütün dünya nağdsız ödənişlərə getdiyi halda bizim geriyə addımlamağımız acınacaqlıdır. Amma nə etməli, bizim məmurlarla hüquq, qanun dilində danışmaq çətindir. Min cür hiylələri var. Odur ki, ehtiyatlı olun, narahat olsa da belə, dədə-baba üsullarından istifadə edin. Məmurlarımız sivilləşənədək”.

Gülşən Rəsul

Əvvəlki Yazı

İsa Həbibbəylinin baldızının oğlu ilə bağlı şok məlumat

Növbəti Yazı

DOST-un icarəyə götürdüyü ofisin sahibinin atası da tender “kralı” imiş

EKSKLUZİV

Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

24 Yanvar 2026 / 13:28
25
Qazaxda növbəti qanvermə aksiyası keçirilib

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

23 Yanvar 2026 / 21:30
1
Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

22 Yanvar 2026 / 14:56
3
Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

22 Yanvar 2026 / 14:37
5

XƏBƏR LENTİ

Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM

Ramiz Mehdiyevin kürəkəni ilə başlayan kabus: hədə-qorxu, milyonlar

Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad edilib

Qazaxda “20 yanvar – Müdrik xalqımızın qəhramanlıq salnaməsidir!” mövzusunda tədbir keçirilib

Mehdiabadda şəhidlərin xatirəsinə həsr olunmuş turnir keçirilib – FOTOLAR

Birinci Qarabağ müharibəsinin yaralarına çəkilən məlhəm…

İcra başçısı rayonda fəaliyyət göstərən uşaq bağçalarında olub

Sumqayıt Teatrında “Aldanmış ər” tamaşasının premyerası keçiriləcək-FOTO

Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynovun Mühüd Orucov haqqında xatirələri

Vəhdət Partiyası 20 Yanvar şəhidlərinin ailələri ilə görüş keçirdi – Tədbirdə təsirli anlar yaşandı

İcra başçısı qazinin müalicəsini nəzarətə götürüb

Nazir qazaxlıları təbrik etdi

Nazir Qazaxlıları təbrik etdi

Avstriyanın Kitzbühel şəhərində qarüstü polo üzrə növbəti Dünya Kubokuna start verilib

Rieltorlar Assosiasiyası yığıncaq keçirəcək

Elmə, tələbəyə, torpağa və ailəyə sədaqətlə həsr olunmuş ömür

Çingiz Abdullayevin qanunsuz kürsü sahibliyi…

Hazırlıqlar davam edir

165 ailə prezidentə müraciət etdi: “Şəhərsalma və Memarlıq ilində bizi sevindirin…”

AZƏRBAYCAN TORPAĞI İGİDLƏRİN QANI İLƏ SULANIB -ELDƏNİZ NAMAZOV YAZIR

Azərbaycanda İLK: Partiya sədrinin müavini süni intellekt oldu

Qazaxda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2026-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib

Ruslan Məmmədov “Combat” Peşəkar Döyüş Liqasının prezidenti seçildi — FOTOLAR

Qazaxda daha iki binanın fasad, blok və həyətində abadlıq işləri aparılıb

NTV-də CANLI “Prezident və Media-2026” : üç gün ərzində 30-a yaxın müsahib

Azərbaycanın “İdman paytaxtı”nın loqosu təqdim edilib

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy   Yan »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.