Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

“Qarabağ”ın taleyi öz əlindədir – ya bu gün, ya heç vaxt…

Dekabr 10, 2025
A A

REDAKTORUN SEÇİMİ

Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

24 Yanvar 26 / 13:28
Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

22 Yanvar 26 / 14:56
Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

26 Dekabr 25 / 12:29
“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

24 Dekabr 25 / 17:15
Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

23 Dekabr 25 / 10:48

Bu gün ölkə futbolunun nəfəsi Tofiq Bəhramov adına Respublika Stadionunda döyünür. Azərbaycan çempionu “Qarabağ” futbol tariximizə növbəti şanlı səhifəni yazmaq üçün Çempionlar Liqasının Liqa Mərhələsində VI oyununa çıxır. Rəqib Hollandiya nəhəngi “Ayaks”dır. Hazırda aktivində xal olmasa da, “Ayaks” adı ilə hər zaman klublar arasında özünəməxsus yerini tutmuş, Avropada böyük uğurlar qazanmış tarixi klublardandır. Onun üçün Bakıdakı oyunun təmsilçimiz üçün elə də asan keçməyəcəyi indidən bəllidir.

“Qarabağ”ın hesabında isə hazırda 7 xal var və 36 klub arasında 15-ci yerdəyik.

Heç şübhəsiz ki, “Köhlən atlar” meydana ancaq və ancaq qələbə üçün çıxacaq. Qazanılan qələbə pley-off-lara çıxmağı böyük ölçüdə həll edəcək. Bir xal qazanılsa belə, pley-off şanslarımız “Ayntraxt” oyununa qalacaq. Çünki ondan sonra son oyunumuz ingilis nəhəngi “Liverpul”ladır ki, həmin oyunda, özü də səfərdə xal və ya xallar qazanmaq mümkünsüz görünür. Onun üçün də necə deyərlər: “Bu işi sabaha qoymaq olmaz”.

Futbol mütəxəssisi Kənan Məstəliyev Musavat.com-a açıqlamasında istənilən halda bu cütün favoritinin Hollandiya nəhəngi olmadığını söyləyib:

“”Ayaks” favorit deyil, amma bu mövqedən çıxış etsək, azacıq saymazyanalıq göstərsək, məğlub olacağıq. Futbol belə şeyləri bağışlamır.

Bir də ki, biz kimə yuxarıdan-aşağı baxırıq? Azərbaycana bu günə qədər gəlmiş bəlkə də ən titullu kluba?

Muzeyində 4 Çempionlar Liqası (Kuboku), 3 UEFA Superkubou, 1 UEFA Kuboku, 2 UEFA Kuboklar Kuboku, 2 Qitələrarası Kubok, 36 Niderland çempionluğu olan, 50 ildən çoxdur dünya futbolunun dəbini müəyyənləşdirən, Mixels və Kroyf kimi fundamental futbol şəxsiyyətlərini dünyaya bəxş etmiş, futbol deyiləndə yada düşən 3-4 klubdan biri, əfsanəvi “Ayaks”a? Böyük səhv olardı.

Baxmayaraq ki, hazırda “Ayaks” bəlkə də tarixinin ən pis dövrünü yaşayır. Bu məqam bizim xeyrimizədir, bundan maksimum istifadə etməliyik. Niyə bu durumdadırlar?

“Ayaks”ın ilk növbədə maliyyə problemləri var. Günahkarları da özləridirlər. Ötən mövsüm Çempionlar Liqasına düşə bilməmək, Avropa Liqasında da uğursuzluğa düçar olmaq klubu böyük gəlirlərdən edib. Bununla yanaşı, transferlərdə edilən səhvlər, oyunçuların uğursuz satışı da balansı pozub. Xeyli oyunçu satılıb, yerinə alınanlar isə gənclərin qarşısını alır, üstəlik, nəticə vermirlər. Bu “alver”ə xərclənən pullar klubu böyük bir problemin içinə salıb. “Ayaks”a idman direktoru təyin olunan almaniyalı Sven Mislintat qısa müddətdə 13 transfer edərək buna 120 milyon sərf etdirib, üstəlik, 11 nəfəri də az qala dəyər-dəyməzinə satıb. Gələnlərin də yalnız maaşları böyük olub, oynadıqları oyun isə buna heç yaxın da düşməyib. Bu hələ son deyil. Klubdaxili araşdırmalardan sonra məlum olub ki, bu “nemes” bəzi transferləri öz şəxsi şirkəti vasitəsilə həyata keçirib və ordan qəşəng pul qazanıb. Odur ki, yeyintinin ancaq Azərbaycan futbolunda olduğunu düşünürdünüzsə, yanılmısınız.

AAAA.jpg (143 KB)

Niderlandda da işlər yüngül desək, ideal deyil. Mislintatın bu “maxinasiya”sı ortaya çıxandan sonra “AZ Alkmaar”dan gələn yeni baş direktor Aleks Krusun birinci işi almaniyalını qovmaq olub.

Amma bu “müəllim” də “təmiz” çıxmayıb. Məlum olub ki, o, “Ayaks”a təyin olunmamışdan öncə klubun səhmlərini alıb. Bu isə qaydalara ziddir, varlanmaq məqsədilə insayder məlumatlarından istifadə sayılır. Bundan xəbər tutan İdarə Heyəti onu baş direktor vəzifəsindən uzaqlaşdırır. Amma işini texniki direktor kimi davam etdirməyə icazə verib.

Bura buna qədərki 3 ildə direktor postlarında əvvəlcə Mark Overmars (klubdakı qadın əməkdaşlara tərbiyəsiz şəkillər göndərdiyi üçün), sonra Edvin van der Sar, sonra Yan van Halst, sonra da Klaas-Yan Huntelaarı sınayıb yola salmalarını, paralel də bu müddətdə baş məşqçi kimi Alfred Sxreyder, Con Heytinqa, Moris Steyn, Hedviqs Maduro, Yon van Sxip, Françesko Fariolini, sonra da yenidən Heytinqanı təyin etmələrini, onu da qovub yerinə hazırkı Fred Qrimi gətirmələri əlavə etsək, mənzərə tamamilə aydınlaşar. Təbii ki, buna mənzərə demək olarsa… 3 ildə 6 direktor, 7 məşqçi dəyişilən rəsmə mənzərəli deməyə adamın dili gəlməz. Bu, ən yaxşı halda hansısa qorxu filmidir.

Konkret, kimin nə işlə, necə məşğul olduğu bilinməyən, xaosu xatırladan bir durum yaranıb. Azarkeşləri də hər cür etiraz edirlər, amma xeyri yoxdur.

“Ayaks” xəstədir, ağır xəstədir, köməyə ehtiyacı var. Onsuz da uğursuzluqla nəticələndiyi dəqiqləşən Çempionlar Liqası bu dəqiqə bu klubu maraqlandırmır. Həftəsonu keçiriləcək “Feyenord” matçı daha vacibdir, nəinki “Qarabağ”la qarşılaşma. Bakıya da “tutar-tutmaz” ab-havasında gəliblər.

Paytaxtımıza nəhəng “Ayaks”ın yalnız adı gəlib. Bu ad buradan xal və ya xallar aparmağa yetəcəkmi? Əsas sual da budur.

TAYLOR.jpg (101 KB)

Bəli, klubda vəziyyət yaxşı deyil. Ancaq oyuna da bir komanda çıxacaq və bu komandada yetərincə istedadlı futbolçular var. Onlar özlərini göstərmək, geyindikləri formanın haqqını verməyə çalışacaqlar. Yaralı aslan isə daha təhlükəli olur. Ehtiyatlı olmaq lazımdır.

“Ayaks”ın konkret hansı sxem və ya düzülüşlə oynadığını müəyyənləşdirmək son oyunlarda çətinləşib. Bəzən 4-lü, bəzən 5-li müdafiə ilə meydana çıxan amsterdamlılar yalnız hücum xəttində müəyyən konkretlik nümayiş etdirə bilirlər. O da nisbi. Adətən Veqhorstun tək mərkəz hücumçusu olduğu sistem duruma görə dəyişə, yanlarına iki vinger də əlavə olunaraq üçlüyə keçə bilir. Ancaq kağız üzərindəki adəti sistem 4-5-1-dir. Oyun tərzləri də müəyyən mənada “Qarabağ”ınkına bənzəyir, ideya eynidir. Bizdən fərqli olaraq “Ayaks”ın xüsusi pressinq özəlliyi yoxdur, müdafiənin cinahları da bizimki kimi aktiv deyil. Orta xətt daha yaxşı durumdadır, müəyyən stabillik yalnız orada görünür. Buradakı Qodts, Bunida və Qloxdan çəkinməyə və onlara qarşı daha diqqətli oynamağa dəyər. “Ayaks”da hər kəs özünü sübut etməyə çalışır və bir yolunu tapıb qol vururlar. Nadir istisnalarla, Amsterdam təmsilçisi nəticədən asılı olmayaraq bütün matçlarda rəqib qapıçıları məyus edə bilib. Bu, bu klubun genlərinin meydandakı təcəssümüdür və bizim də bu genlərdən “pay almaq” ehtimalımız yüksəkdir. Buna hazır olmalıyıq”.

K.Məstəliyev “Rəqib qarşısında necə oynamalıyıq” sualına belə cavab verib:

“”Ayaks” son 8 avrokubok matçında məğlub olub və bu, klub tarixinin ən pis göstəricisidir. Şübhəsiz, qonaqlar bu rəqəmin üstünə birinin də gəlməsini istəməyəcəklər və qələbə qazanmağa çalışacaqlar. Bu isə aşkar riskə getməyi tələb edir. Niderlandlılar oyunu hücumda keçirəcək, onsuz da etibarsız olmayan müdafiə xətlərinə güvənməyəcək, düşünməyəcəklər. Belə komandaları isə “Qarabağ” sevir. Rəqibi qarşılıqlı hücum futbolu təklif edəndə Qurban Qurbanov bunu məmnuniyyətlə qəbul edir. Üstümüzə gələn komandaya qarşı əsas üstünlüyümüz olan sürətli əks-hücumlardan istifadə edə, qol və ya qollar vura bilərik. Nəzərə alsaq ki, müdafiədən pasla çıxmağı da yaxşı bacarırıq və “Çelsi” kimi nəhəngin ön xətt təzyiqinin altında bunu sınaqdan keçirib üzüağ çıxa bilmişik, bunu zəifləmiş “Ayaks”la da edə bilərik. Bir tərəfdən də əsas hücum silahları – Vout Veqhorst da Bakıya gəlməyib. O, həmçinin “Benfika” ilə son ÇL matçında startda meydana çıxan daha iki nəfər – yarımmüdafiəçi Kennett Teylor və mərkəz müdafiəçisi Yosip Şutalo da heyətdə yoxdur. Rəqib baş məşqçi həftəsonu baş tutacaq “Feyenord” matçını düşünərək bu futbolçuları riskə atmamaq qərarına gəlib. Əsas forvardı və orta xətt oyunçularından biri olmayan “Ayaks”ın “Çelsi” qədər intensiv oynama, “Qarabağ”ı basqı altında saxlama ehtimalı çox aşağıdır. Topu orta xəttə gətirib oradan klassik uzun ötürmələrlə cinahlardakı Zubir-Cəfərquliyev və Silva-Andrade cütlüklərinə şans yaratsaq, qarşılaşmanı qalib başa vurmağımıza maneə qalmayacaq. Təmkinli, ağıllı oynamaq, rəqibi maksimum ciddiyə almaq və ən əsası ələ düşən imkanları boşa verməmək lazımdır.

zubir.jpg (31 KB)

Düşünürəm ki, Qurban Qurbanov ötənilki, indikindən daha yaxşı olan “Ayaks”la matçı da unutmayıb, nəticələr çıxarıb. Biz də həmçinin. Ötən il hətta 10 nəfərlə qala-qala da niderlandlıları sıxa bilmiş, məğlubiyyətə baxmayaraq çox yaxşı oynamışdıq. Heyətlər bərabər olsaydı, xalları da bərabər bölə bilərdik. İndi onlar o qədər də güclü deyillər, biz də daha yaxşı durumdayıq, daha yaxşı hazırlaşmışıq, qələbəyə daha yaxın tərəfik. Qalır oynamaq”.

Əvvəlki Yazı

SEPAH Bakını yenə Xəzərdən “vurur”

Növbəti Yazı

Paşinyan Türkiyə və Azərbaycanla bağlı ELƏ BİR ADDIM ATDI Kİ…

EKSKLUZİV

Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

24 Yanvar 2026 / 13:28
25
Qazaxda növbəti qanvermə aksiyası keçirilib

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

23 Yanvar 2026 / 21:30
1
Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

22 Yanvar 2026 / 14:56
3
Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

22 Yanvar 2026 / 14:37
5

XƏBƏR LENTİ

Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM

Ramiz Mehdiyevin kürəkəni ilə başlayan kabus: hədə-qorxu, milyonlar

Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad edilib

Qazaxda “20 yanvar – Müdrik xalqımızın qəhramanlıq salnaməsidir!” mövzusunda tədbir keçirilib

Mehdiabadda şəhidlərin xatirəsinə həsr olunmuş turnir keçirilib – FOTOLAR

Birinci Qarabağ müharibəsinin yaralarına çəkilən məlhəm…

İcra başçısı rayonda fəaliyyət göstərən uşaq bağçalarında olub

Sumqayıt Teatrında “Aldanmış ər” tamaşasının premyerası keçiriləcək-FOTO

Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynovun Mühüd Orucov haqqında xatirələri

Vəhdət Partiyası 20 Yanvar şəhidlərinin ailələri ilə görüş keçirdi – Tədbirdə təsirli anlar yaşandı

İcra başçısı qazinin müalicəsini nəzarətə götürüb

Nazir qazaxlıları təbrik etdi

Nazir Qazaxlıları təbrik etdi

Avstriyanın Kitzbühel şəhərində qarüstü polo üzrə növbəti Dünya Kubokuna start verilib

Rieltorlar Assosiasiyası yığıncaq keçirəcək

Elmə, tələbəyə, torpağa və ailəyə sədaqətlə həsr olunmuş ömür

Çingiz Abdullayevin qanunsuz kürsü sahibliyi…

Hazırlıqlar davam edir

165 ailə prezidentə müraciət etdi: “Şəhərsalma və Memarlıq ilində bizi sevindirin…”

AZƏRBAYCAN TORPAĞI İGİDLƏRİN QANI İLƏ SULANIB -ELDƏNİZ NAMAZOV YAZIR

Azərbaycanda İLK: Partiya sədrinin müavini süni intellekt oldu

Qazaxda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2026-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib

Ruslan Məmmədov “Combat” Peşəkar Döyüş Liqasının prezidenti seçildi — FOTOLAR

Qazaxda daha iki binanın fasad, blok və həyətində abadlıq işləri aparılıb

NTV-də CANLI “Prezident və Media-2026” : üç gün ərzində 30-a yaxın müsahib

Azərbaycanın “İdman paytaxtı”nın loqosu təqdim edilib

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy   Yan »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.