17 dekabrda üç Rusiya sərhədçisi Estoniya ərazisinə daxil olub və təxminən 20 dəqiqə orada qalıb.
Musavat.com xəbər verir ki, bu barədə Estoniya hakimiyyəti məlumat yayıb.
Telegram kanallarının yazdığına görə, qanun pozuntusu quruda, Narva çayının o tayındakı Estoniya ərazisinin kiçik bir hissəsində baş verib.
Hadisə videoya çəkilib.
Tallin Rusiya səfirini çağıracaq və rusiyalı həmkarlarla danışıqlar aparacaq. Estoniya daxili işlər nazirinin sözlərinə görə, bunun qəza, yoxsa qəsdən törədilmiş təxribat olduğu hələlik məlum deyil. Ərazidə sərhəd patrulları gücləndirilib.

Musavat.com









