Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Ekskluziv

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

Fevral 4, 2026
A A

REDAKTORUN SEÇİMİ

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

02 Mart 26 / 11:01
1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

17 Fevral 26 / 7:23
Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

16 Fevral 26 / 12:42
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

13 Fevral 26 / 17:05
Poqonu sökülən generalın əmlaklar da əlindən alınır – NƏLƏRİ VARMIŞ, NƏLƏRİ…

Poqonu sökülən generalın əmlaklar da əlindən alınır – NƏLƏRİ VARMIŞ, NƏLƏRİ…

13 Fevral 26 / 15:49

Azərbaycan mənşəli biznesmen Umid Abuzərli Rumıniyada 40 villadan ibarət iri daşınmaz əmlak kompleksi alıb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə məlumatı sosial şəbəkədə Əməkdar jurnalist Elçin Alıoğlu paylaşıb. O bildirib ki, Rumıniyanın “Profit.ro” portalının 29 yanvarda dərc etdiyi məlumata görə, layihə Azərbaycanın Salyan rayonunun İcra Hakimiyyətinin keçmiş başçısı Tahir Kərimovun oğlu Umid Abuzərli tərəfindən yaradılmış şirkət vasitəsilə həyata keçirilib. Ü.Abuzərlinin yaratdığı “Memaar Capital” şirkəti Rumıniyanın Pipera şəhərində yerləşən və əvvəllər iş adamı Corce Bekalinin ailəsinə məxsus olan 40 villalı yaşayış kompleksini, həmçinin yerli milyonçu Ioan Peykanın qızına məxsus digər daşınmaz əmlak layihəsini satın alıb.

Xatıqladaq ki, Tahir Kərimov 2011-ci ildə Salyan rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmiş, 2016-cı ildə isə bu postdan azad olunmuşdu. Bununla bağlı cumhuriyyet.az olaraq yada salaq ki, Tahir Kərimov 2015-ci ildə baş vermiş qalmaqaldan sonra geniş tanınmışdı – sosial şəbəkələrdə yayılan fotolarda o, Salyanda keçirilən bir tədbirdə “Roma imperatoru”na bənzər şəkildə, çiçək çələnglərindən ibarət tağın altından keçirdi və həmin çələngləri yerli məktəblilər tuturdu.


O zaman bu hadisə ölkədə böyük səs-küyə səbəb olmuş və Tahir Kərimovin vəzifədən uzaqlaşdırlmasına gətirib çıxarmışdı.
T.Kərimov daha əvvəllər əvvəllər Z. Tağıyev adına Balıqhisləmə zavodunun direktoru, “Caspian Fish” LTD şirkətinin baş direktoru vəzifəsində işləmişdi. Daha sonra Daşkəsən rayon İcra Hakimiyyətinə rəhbərlik etmiş, oradan da Salyana gətirilmişdi.

Onun oğlu Umid Abuzərli sonradan soyadını dəyişərək babasının adını götürüb. Qardaşı Həmzə Kərimov isə 2007–2024-cü illər arasında SOCAR Petroleum SA şirkətinə rəhbərlik edib. Maraqlıdır ki, o bu vəzifəyə təyin olunanda cəmi 23 yaşı olub. “Memaar Capital” Rumıniya bazarında bir neçə ildir fəaliyyət göstərir. Şirkət 2022-ci ildə başqa adla təsis olunub, daha sonra adını dəyişib. Bu gün şirkət üç yaşayış kompleksində 86-dan çox evə sahib olduğunu və daşınmaz əmlak sahəsində uzunillik təcrübəyə malik olduğunu bəyan edir. Necə ola bilər ki, 10 il öncə, yəni 2016-cı ildə Salyan rayonunun icra başçısı vəzifəsindən azad edilən Tahir Kərimovun oğlu Ümid Abuzərli bu qədər malikanəyə sahib olub?

“Biz heç bir qanunsuz işlə məşğul olmuruq. Nə ediriksə, hamısı möhtərəm cənab Prezidentimizin siyasətini dəstəkləmək məqsədi daşıyır və bundan sonra da dəstəkləyəcəyik” – bunu Rumıniyada 40 villa aldığı deyilən Salyan Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Tahir Kərimovun oğlu Ümid Abuzərli Demokrat.az-a açıqlamasında bildirib. “Ailəmizin bu gün sahib olduğu hər nə varsa, hamısını bu hökumətə və cənab Prezidentimizə borcluyuq. Mən artıq 25 ildir Rumıniyada yaşayıram və hər zaman dövlətimizin yanında olmuşuq”, – o əlavə edib.

Gənc yaşında milyoncu olan Ümid Azuzərlinin açıqlaması atasının “qızılgül əməliyyatı”ndan betərdi. Görəsən Ruminiyada 40 villaya sahib olmağın Prezidentin siyasətini dəstəkləməyə nə dəxli ola bilər? Yaxud “Ailəmizin bu gün sahib olduğu hər nə varsa, hamısını bu hökumətə və cənab Prezidentimizə borcluyuq” deyən bu gənc nəyə işarə vurur? Əgər deyilən kimi o 25 ildir Ruminiyada yaşayırsa bu dönəm İlham Əliyevin prezidentliyindən əvvələ təsadüf edir. Bu varidat atasının vəzifədə olması ilə bağlıdırsa onda məsələ korrupsiya cinayəti kimi araşdırıla bilər.

Əvvəlki Yazı

“Türk Ədəbiyyatı” jurnalının Türkoloji Qurultayın 100-cü ildönümünə həsr etdiyi nömrəsi çap olunub

Növbəti Yazı

Qazaxda dövlət qulluqçusu yol verdiyi səhvə görə tutduğu vəzifədən azad olundu

EKSKLUZİV

“Azərbaycanın ən təhlükəsiz ölkələr sırasında yer alması Prezidentimizin və dövlətimizin tarixi uğurudur”

“Azərbaycanın ən təhlükəsiz ölkələr sırasında yer alması Prezidentimizin və dövlətimizin tarixi uğurudur”

31 Mart 2026 / 14:02
1
Buzovnada restorandakı qanlı davanın detalları açıqlandı – Cinayət işi açıldı

Buzovnada restorandakı qanlı davanın detalları açıqlandı – Cinayət işi açıldı

27 Mart 2026 / 12:03
4
Yaşı kiçik, əməli böyük Əsgər

Yaşı kiçik, əməli böyük Əsgər

21 Mart 2026 / 20:45
16
Şahmat və Din: Qadağa mifi, zəkanın mənəvi coğrafiyası – Adəm İsmayıl BAKUVİ

Şahmat və Din: Qadağa mifi, zəkanın mənəvi coğrafiyası – Adəm İsmayıl BAKUVİ

21 Mart 2026 / 20:43
3

XƏBƏR LENTİ

“Azərbaycanın ən təhlükəsiz ölkələr sırasında yer alması Prezidentimizin və dövlətimizin tarixi uğurudur”

Buzovnada restorandakı qanlı davanın detalları açıqlandı – Cinayət işi açıldı

Yaşı kiçik, əməli böyük Əsgər

Şahmat və Din: Qadağa mifi, zəkanın mənəvi coğrafiyası – Adəm İsmayıl BAKUVİ

Polkovnik Cəlil Xəlilov Qubada veteranlarla görüşüb

Qazaxda Novruz bayramı münasibətilə “Yenilik və ümid bayramı Novruz” adlı ümumrayon tədbiri keçirilib

Polkovnik Cəlil Xəlilov Qubada şəhid kapitan Aqil Məlikovun ailəsini ziyarət edib

1 saylı Regional Meşə Təsərrüfatı Mərkəzində diplom qalmaqalı: İşçilər narazılıq edir

Reklam Agentliyinin əməkdaşları tərəfindən Bakının Bülbülə qəsəbəsində sahibkar sıxışdırılır – FİDEOFAKT

Sazın səsi, sözün nəfəsi: Beynəlxalq Muğam Mərkəzində Səməd Vurğunun 120 illik yubileyi qeyd olunub

Lənkəranın itirilmiş 15 ili: Taleh Qaraşovun idarəçiliyi altında yığılan problemlər

Deputat Fəzail İbrahimli Masallıda seçicilərlə görüş keçirib

Qazax İH-in təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirildi

Qazaxda keçirilən yunan-Roma və sərbəst güləş üzrə U15 ölkə birinciliyinin qalibləri mükafatlandırılıb

“XIII Qlobal Bakı Forumunda Prezidentin çıxışı dövlətimizin uzunmüddətli strategiyasının tezizləri idi”

1 saylı Regional Meşə Təsərrüfatı Mərkəzində yoxlamalar gözlənilir

Evlərin qiyməti bir müddət bahalaşmayacaq-Mənzil bazarında süni qiymət artımını maklerlər yaradır – VİDEO

“Ramiz Mehdiyev işi” və İran müharibəsi: Xəyanət düşmən raketindən daha ölümcüldür!

PRESENTATION OF THE NEW BOOK “PRESIDENT” BY WRITER AND PUBLICIST EMIL NASIRLI

СОСТОЯЛАСЬ ПРЕЗЕНТАЦИЯ НОВОЙ КНИГИ ПИСАТЕЛЯ-ПУБЛИЦИСТА ЭМИЛЯ НАСИРЛИ «ПРЕЗИДЕНТ»

HÖRMÜZ KİMİN “BOĞAZINDA QALACAQ”? – “Artıq müharibənin nə vaxt bitəcəyini İran müəyyən edir”

DİN Gəncədə əməliyyat keçirdi: Həbs olunan var – VİDEO

Azərbaycan neftinin SON DƏQİQƏ qiyməti

Araqçidən dünyaya qorxunc xəbərdarlıq: “Böyük neft krizinə və bahalaşmaya hazır olun”

Bakıda “ukraynalı rusiyalı görüşü” qalmaqalı

Dünya həyəcan içində: İran Hörmüz boğazına mina döşəməyə hazırlaşır

Veysəloğlu Şirkətlər Qrupunun ənənəvi “İllik Dəyərləndirmə və Gələcəyə Baxış” tədbiri keçirilib

“İrana yardım İlham Əliyevin humanist siyasətinin növbəti təzahürüdür”

Laçın dağlarında əbədiləşən ömür

Gözdən əlil qadın 18 ildir növbədədir, amma mənzil ala bilmir və Agentlik susur…

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« Yan   Mar »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.