Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Mədəniyyət

Türk Dünyası Bəstəkarlar Birliyi yaradılır

Sentyabr 17, 2026
A A

REDAKTORUN SEÇİMİ

“Kod 35” iddiaları fonunda kadr dəyişiklikləri: Abşeron Su Meliorasiya Sistemlərində nə baş verir?

“Kod 35” iddiaları fonunda kadr dəyişiklikləri: Abşeron Su Meliorasiya Sistemlərində nə baş verir?

17 Sentyabr 26 / 9:10
Şahmar İbadovun xanımı ilə milyon yarımlıq qalmaqallı icarə müqaviləsi

Şahmar İbadovun xanımı ilə milyon yarımlıq qalmaqallı icarə müqaviləsi

12 Sentyabr 26 / 12:00
“Kristal Abşeron” şefinin qardaşı iflas olur

“Kristal Abşeron” şefinin qardaşı iflas olur

11 Sentyabr 26 / 9:20
Məhərrəm Novruzov həbsin bir addımlığında – “Hacı”nın macəraları “Şəki Yaylası”nda bitir?

Məhərrəm Novruzov həbsin bir addımlığında – “Hacı”nın macəraları “Şəki Yaylası”nda bitir?

09 Sentyabr 26 / 14:56
İsmayıl Qasımovun “Zulu Shipping”i Rusiya və İrana necə kömək edir?

İsmayıl Qasımovun “Zulu Shipping”i Rusiya və İrana necə kömək edir?

28 Avqust 26 / 17:50

18-20 sentyabr 2026-cı il tarixlərində Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayı keçiriləcək.

Cumhuriyyet.az xəbər verir ki, qurultay XVIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycanın Mədəniyyət Nazirliyi, Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən ICESCO-nun Bakı Regional Ofisi, Azərbaycan Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə baş tutacaq.

Qurultay Birinci Türkoloji Qurultayının 100 illiyinə, Nizami Gəncəvinin 885 illiyinə və Əlişir Nəvainin 585 illiyinə həsr olunub.

Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, qurultayda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Macarıstan və Türkmənistanın musiqi dünyasının tanınmış nümayəndələri iştirak edəcəklər.

Qurultayın zəngin proqramı müxtəlif görüşləri, elmi müzakirələri və musiqi tədbirlərini əhatə edəcək. Üç gün ərzində bir sıra iclaslar, beynəlxalq səviyyəli dəyirmi masa, tematik sərgilər, həmçinin simfonik, kamera və ənənəvi musiqi konsertləri keçiriləcək.

Qurultayın əsas nəticələrindən biri türk dünyasının bəstəkarlarını, musiqişünaslarını, ifaçılarını və aparıcı musiqi təşkilatlarının nümayəndələrini bir araya gətirəcək Türk Dünyası Bəstəkarlar Birliyinin – Turkic Union of Composers (TUC) yaradılması olacaq.

19 sentyabr tarixində Türk Mədəniyyəti və İrsi Fondunun baş qərargahında Türk Dünyası Bəstəkarlar Birliyinin ilk rəsmi iclası keçiriləcək. İclas çərçivəsində TUC-un yaradılması haqqında Bakı Bəyannaməsinin imzalanması, həmçinin yeni beynəlxalq peşəkar platformanın Nizamnamə layihəsinin müzakirəsi nəzərdə tutulur.

Birliyin yaradılması türk dünyası ölkələrinin musiqi quruluşları arasında peşəkar əlaqələrin möhkəmləndirilməsi istiqamətində mühüm addım olacaq. Ümumi musiqi irsinin qorunması və inkişaf etdirilməsi, müasir bəstəkarlıq məktəblərinin dəstəklənməsi, yaradıcılıq mübadiləsinin təşviqi və türk dünyası musiqisinin beynəlxalq səhnədə təbliği xüsusi diqqət mərkəzində olacaq.

19 sentyabr 2026-cı il tarixində saat 16:00-da Türk Mədəniyyəti və İrsi Fondunun baş qərargahında I Türk Dünyası Bəstəkarları Qurultayının yekunlarına, Turkic Union of Composers (TUC) təşkilatının yaradılmasına, Bakı Bəyannaməsinin imzalanmasına və yeni peşəkar birliyin fəaliyyət perspektivlərinə həsr olunmuş mətbuat konfransı keçiriləcək.

Əvvəlki Yazı

Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub

EKSKLUZİV

Türk Dünyası Bəstəkarlar Birliyi yaradılır

Türk Dünyası Bəstəkarlar Birliyi yaradılır

17 Sentyabr 2026 / 15:00
0
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub

Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub

17 Sentyabr 2026 / 14:48
0
Paşinyan: həbslərdə istsinalar olmayacaq

Paşinyan: həbslərdə istsinalar olmayacaq

17 Sentyabr 2026 / 14:48
0
Prezidentlə xanımı “Nəsimi Bağları” kompleksi ilə tanış olub

Prezidentlə xanımı “Nəsimi Bağları” kompleksi ilə tanış olub

17 Sentyabr 2026 / 14:33
0

XƏBƏR LENTİ

Türk Dünyası Bəstəkarlar Birliyi yaradılır

Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub

Paşinyan: həbslərdə istsinalar olmayacaq

Prezidentlə xanımı “Nəsimi Bağları” kompleksi ilə tanış olub

Prezident İlham Əliyev: TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda hotel açılışında iştirak ediblər

Paşinyan rus dili kursuna gedir

Sabah hava necə olacaq?

“Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsi hazırlanıb

DİN-ə yeni vəzifə həvalə olunub

Xəzər dənizində partlayışlar gözlənilir

Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Uşaq evlərindən 28 gənc tələbə oldu

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib

Bu il Azərbaycanda neçə maşın istehsal olunub?

Messi bu klubu satın aldı

Azad edilmiş ərazilərdə yaşayanların sayı 93 mini keçib

“Həzi Aslanov”da işlər nə vaxt tamamlanır? – Rəsmi

Azərbaycanda problemli kreditlərin məbləği artıb

Təhlükəli mallar bazardan yığışdırılacaq

Prezident: Qarabağ Zəfəri regionda yeni geosiyasi reallığın əsasını qoydu, Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı

Qazaxda aqroparka və iri fermer təsərrüfatlarına baxış keçirilib

Prezident TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

Ötən dövr ərzində nikah və boşanmaların sayı açıqlanıb

Azərbaycanda 7 ayda 1696 əkiz və 60 üçəm doğulub

Azərbaycan əhalisinin sayı açıqlanıb

Azərbaycan nefti 122 dollardan yuxarı ticarət olunub

“Kod 35” iddiaları fonunda kadr dəyişiklikləri: Abşeron Su Meliorasiya Sistemlərində nə baş verir?

Simonyan: Hikmət Hacıyevlə iki gündən bir danışırıq

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.