ABŞ Prezidenti Donald Tramp G7 sammitində iştirak edərkən İrandan mesaj alıb.
Cumhuriyyet.az xəbər verir ki, bu barədə NBC mənbələrə istinadla məlumat yayıb.
“Kanadada keçirilən G7 sammitinə səfəri zamanı Tramp Tehrandan xəbərdarlıq alıb. Mesajda bildirilib ki, Vaşinqton İranı bombalamağa başlayarsa, ABŞ ərazisində terror aktları həyata keçirəcək yatmış hücrələr aktivləşdirilə bilər”, – mənbə bildirib.
Qeyd edək ki, 22 iyunda ABŞ İranın nüvə obyektlərinə zərbələr endirib.