Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

“Vətən Fədaisi” adlı sənədli filmin təqdimat mərasimi keçirilib — FOTOLAR 

İyun 26, 2025
A A

REDAKTORUN SEÇİMİ

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

26 Dekabr 25 / 12:29
“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

24 Dekabr 25 / 17:15
Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

23 Dekabr 25 / 10:48
Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

18 Dekabr 25 / 20:28
“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

16 Dekabr 25 / 15:05

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) fəxri üzvü, bəstəkar və yazar Fərahim Sadiqin ideya müəllifi və təşəbbüsü ilə təşkil edilən “Vətən Fədaisi” adlı sənədli filmin təqdimat mərasimi keçirilib. 

Arazpress.com bildirir ki, təqdimat Nizami Kino Mərkəzində baş tutub. Tədbir AVMVİB, Dünya Gənc Türk Yazarlar Birliyinin, Azərbaycan Maliyyə-İqtisad Kollecinin təşkilati dəstəyi və və “HAYAT Media” qrupun texniki dəstəyi ilə reallaşıb.

Təqdimat mərasimi 26 iyun – Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 107-ci ildönümünə həsr edilən silsilə tədbirlər çərçivəsində təşkil olunub.

Mərasimdə şəhid Baş leytenant Mübariz Rəsul oğlu Xankişiyevin şərəfli döyüş yolu əks etdirilmiş, onun timsalında Vətən uğrunda canından keçmiş bütün igidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Film, yalnız şəhidin xatirəsini yaşatmaqla kifayətlənmir, həm də gənc nəsildə vətənpərvərlik ruhunun aşılanmasına, həmçinin tariximizin və şəhidlərimizin örnək həyatlarının gələcək nəsillərə çatdırılmasına xidmət edir. Tədbir iştirakçıları sənədli filmin nümayişindən sonra şəhid Mübariz Xankişiyevin həyatına və döyüş yoluna dair xatirələrini bölüşüblər.

Eyni zamanda, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) tərəfindən şəhidimizin xatirəsinə həsr olunmuş şahmat turnirinin qaliblərinə mükafatlar təqdim olunub, tədbir Azərbaycan Respublikası Müdafiə Nazirliyinin «Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzi» kollektivinin iştirakı ilə təşkil olunan mini konsert proqramı ilə yekunlaşdırılıb. Konsertdə vətənpərvər mahnılar səsləndirilmiş, iştirakçılara duyğusal anlar yaşadılıb.

Tədbirdə Milli Məclisin üzvləri Ceyhun Məmmədov, Razi Nurullayev, YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev, Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısı aparatının vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi üzrə böyük məsləhətçisi Abbaslı Abbas, Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının Karxulu kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əsədov Bəxtiyar, Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının Karxulu kənd İƏD-si üzrə nümayəndəsinin müavini Sadıqov Hüseyn, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi və üzvləri, dövlət qurumları, media nümayəndələri, vətəndaş cəmiyyəti fəalları və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimə geniş auditoriyanın qatılması, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin vətənpərvərlik ruhunu gücləndirmək məqsədini daşıyan bu cür tədbirlərin əhəmiyyətini bir daha nümayiş etdirib.

Əvvəlki Yazı

Bir türbə, bir ruh, bir millət: Seyid Yəhya Bakuvi və daxili ədəbiyyatımız – Adəm İsmayil Bakuvi

Növbəti Yazı

Cahangir Hacıyevin xaricdəki milyonları: İngilis yeyə bilər, Qarabağın dirçəlişinə sərf oluna bilməz?

EKSKLUZİV

Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

22 Yanvar 2026 / 14:37
5
YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM

YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM

22 Yanvar 2026 / 12:39
2
Ramiz Mehdiyevin kürəkəni ilə başlayan kabus: hədə-qorxu, milyonlar

Ramiz Mehdiyevin kürəkəni ilə başlayan kabus: hədə-qorxu, milyonlar

21 Yanvar 2026 / 17:44
2
Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad edilib

Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad edilib

20 Yanvar 2026 / 20:53
1

XƏBƏR LENTİ

Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM

Ramiz Mehdiyevin kürəkəni ilə başlayan kabus: hədə-qorxu, milyonlar

Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad edilib

Qazaxda “20 yanvar – Müdrik xalqımızın qəhramanlıq salnaməsidir!” mövzusunda tədbir keçirilib

Mehdiabadda şəhidlərin xatirəsinə həsr olunmuş turnir keçirilib – FOTOLAR

Birinci Qarabağ müharibəsinin yaralarına çəkilən məlhəm…

İcra başçısı rayonda fəaliyyət göstərən uşaq bağçalarında olub

Sumqayıt Teatrında “Aldanmış ər” tamaşasının premyerası keçiriləcək-FOTO

Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynovun Mühüd Orucov haqqında xatirələri

Vəhdət Partiyası 20 Yanvar şəhidlərinin ailələri ilə görüş keçirdi – Tədbirdə təsirli anlar yaşandı

İcra başçısı qazinin müalicəsini nəzarətə götürüb

Nazir qazaxlıları təbrik etdi

Nazir Qazaxlıları təbrik etdi

Avstriyanın Kitzbühel şəhərində qarüstü polo üzrə növbəti Dünya Kubokuna start verilib

Rieltorlar Assosiasiyası yığıncaq keçirəcək

Elmə, tələbəyə, torpağa və ailəyə sədaqətlə həsr olunmuş ömür

Çingiz Abdullayevin qanunsuz kürsü sahibliyi…

Hazırlıqlar davam edir

165 ailə prezidentə müraciət etdi: “Şəhərsalma və Memarlıq ilində bizi sevindirin…”

AZƏRBAYCAN TORPAĞI İGİDLƏRİN QANI İLƏ SULANIB -ELDƏNİZ NAMAZOV YAZIR

Azərbaycanda İLK: Partiya sədrinin müavini süni intellekt oldu

Qazaxda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2026-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib

Ruslan Məmmədov “Combat” Peşəkar Döyüş Liqasının prezidenti seçildi — FOTOLAR

Qazaxda daha iki binanın fasad, blok və həyətində abadlıq işləri aparılıb

NTV-də CANLI “Prezident və Media-2026” : üç gün ərzində 30-a yaxın müsahib

Azərbaycanın “İdman paytaxtı”nın loqosu təqdim edilib

Donald Tramp İran hadisələri ilə bağlı Kanal13-ə istinad etdi

DTX-nın Naxçıvan əməliyyatı: “Azərbaycan təhlükəsizlik məsələsində nümunə göstərməkdə davam edir”

GDU rektorunun yaxınları adamının restoranını məcburi satdırmaq istəyir – VİDEO

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
İyun 2025
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« May   İyl »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.