Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Siyasət

Qüdrət Həsənquliyev: “Ukraynanı Amerika xalqı xilas edə bilər” – MÜSAHİBƏ

Avqust 12, 2025
A A

REDAKTORUN SEÇİMİ

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

18 Aprel 26 / 13:18
Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

14 Aprel 26 / 11:05
Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

02 Mart 26 / 11:01
1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

17 Fevral 26 / 7:23
Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

16 Fevral 26 / 12:42
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Elchi.az-ın suallarını cavablandırıb.
Cumhuriyyet.az həmin müsahibəni təqdim edir:
-Qüdrət bəy, 15 avqustda Trampla Putin arasında Ukraynanın taleyini həll edəcək danışıqlar olacaq. Gözləntiləriniz nədən ibarətdir?
-Orada danışıqlar yox, Ukraynanı kapitulyasiya aktına necə imza etdirmək barədə fikir mübadiləsi, məsləhətləşmələr olacaq. Trampa öz partiyasından Rusiyaya sanksiyalar tətbiq edilməsi istiqamətində ciddi təzyiqlər var. Bu danışıqlar Trampı təzyiqlərdən, Rusiyanı sanksiyalardan qorumağa, Putinə isə Rusiyanın özününkü elan etdiyi Ukraynanın 4 regionunu tam işğal etməyə kömək etməyə hesablanıb.
-Müharibənin uzanması Rusiyanın xeyrinədirmi? Axı, hamı Rusiya iqtisadiyyatının çöküşündən danışır.
-Hal-hazırda müharibənin davam etməsi Rusiyaya yeni ərazilər işğal etməyə imkan verir. Rusiyanın hələ bir müddət də müharibəni davam etdirmək imkanı var. Müttəfiqləri də əsgər göndərməklə belə ciddi kömək edirlər. Ukraynanın müttəfiqləri isə cəsarətsizdilər və ciddi kömək göstərməyə hazır deyillər. Bunu görən Ukrayna ordusu hər keçən gün daha çox demoralizasiya olur. Keçən il 100.000 (yüz min) əsgərə fərariliyə görə cinayət işi açılmışdıssa, bu ilin səkkiz ayında bu rəqəm 107 minə çatıb. Daha vətənpərvərlər və cəsurlar müharibənin ilk illərində həlak olub. Ruslar o torpaqları tutmaqda daha istəkli görünür, nəinki ukraynalılar onu qorumaqda. Ukraynalılar partizan müharibəsindən geniş istifadə etmirlər. Kiçik qruplarla düşmən arxasında nadir hallarda hərbi əməliyyatlar keçirirlər, düşmənin səfərbər olmasına imkan verməmək üçün intensiv əks hücumlar təşkil etmirlər. Onlar daha çox müdafiədə, səngərlərdə hava zərbələrindən itki verirlər. Bunu Rusiya görür və ona görə müharibəni dayandırmaq istəmir. Həm də Rusiya görür ki, Ukraynanın ərazi bütövlüyünə görə üzərinə Budapeşt memorandumunu imzalamaqla öhdəlik götürmüş super güclər bu gün Ukraynanı  ərazi güzəştlərinə məcbur edir, hamı işğalla barışıb.
– Belə vəziyyətdə Ukrayna nə edə bilər?
-İlham Əliyev onlara nə etmək lazım olduğunu dedi. Mövcud şəraitdə  ərazilərindən imtina etmədən atəşkəsə nail olmaq. Bu, Ukrayna üçün ən uğurlu yoldur. Ukraynalılar bilməlidirlər və yəqin ki, bilirlər, ABŞ-nin ciddi dəstəyi olmasa onlar müharibədə uğur qazana bilməz. Tramp isə heç bir halda onlara ciddi dəstək verməyəcək. Onlar atəşkəsə nail olub gözləməlidirlər.
-Tramp Nobel sülh mükafatı almaq üçün müvəqqəti atəşkəsə nail ola bilərmi?
-Bu məsələni də yəqin ki, müzakirə edəcəklər. Hətta buna gediləcəyi halda, bu, Ukraynanı geniş anlamda xilas etməyəcək. Həmişə demişəm ki, Ukraynanı Amerika xalqı xilas edə bilər. Onları Avropa liderləri, xüsusilə Britaniya , Almaniya və Fransa açıq çağırışları ilə hərəkətə gətirə bilər. Amma onlar nəinki Trampı görəndə, hətta onun adını eşidəndə həyəcan keçirirlər, ona görə qorxularından bunu etməzlər. Heç Trampın qorxusundan Ukraynaya ciddi yardım da edə bilmirlər.
Əvvəlki Yazı

Pezeşkian İranda türk adlarına qoyulmuş qadağaya qarşı göstəriş verdi

Növbəti Yazı

Tramp yolu neçə kilometr olacaq: 42, 43, yoxsa 32?..

EKSKLUZİV

Bu gün Şuşada hava musiqilidir – Fotolar

14 May 2026 / 23:40
1

Yeni agentlik yaradıldı – Fərman

14 May 2026 / 21:37
1

“Gənclik”dəki tuneldə ağır qəza, yaralı var – Video – Yenilənib

14 May 2026 / 19:35
1

Fuad Allahverdiyevi ittiham edən keçmiş həyat yoldaşına – 10 il 6 aylıq cəza verildi

14 May 2026 / 17:30
1

XƏBƏR LENTİ

Bu gün Şuşada hava musiqilidir – Fotolar

Yeni agentlik yaradıldı – Fərman

“Gənclik”dəki tuneldə ağır qəza, yaralı var – Video – Yenilənib

Fuad Allahverdiyevi ittiham edən keçmiş həyat yoldaşına – 10 il 6 aylıq cəza verildi

Gürcüstanda ağır qəza – Azərbaycanlılar həlak oldu

Ağakərim Səmədzadə nazirin I müavini oldu

DSX-ya ağır suallar:23 günlük əsgər niyə həyatını itirdi? – O NECƏ SƏFƏRBƏR EDİLİB Kİ?

Peşəkarlıq və fədakarlıq nümunəsi

Bu dəfə “daş qayaya rast gəldi”… – Video

Daha bir xəstəxananın direktoru vəzifəsindən azad edildi

General Əlixanovun xanımı da vəkilliyə başladı

Azər Əhmədov işdən çıxarılması ilə bağlı paylaşım etdi

Onlar da TƏBİB-də yeni vəzifəyə gətirildilər

Pediatriya Mərkəzinin direktoru Erkin Rəhimov oldu

Bakıda avtomobildən düşən təkər digər maşına çırpıldı – Video – Yenilənib

“Survivor”da faciə – İştirakçının ayağı amputasiya edildi – Video

Azər Əhmədov vəzifəsindən azad edildi

İlham Əliyev Şahbaz Şəriflə telefonla danışdı

Paşinyanın qulağına pıçıltı ilə dediyi sözlər canlı efirə düşdü – Video

Prezident Bakı Olimpiya Stadionunda – Fotolar

“DTX əməkdaşlarının “Heydər zirvəsi”nə yürüşü həm Ulu Öndərə ehtiram, həm də idmanın təbliğidir”

Yanan anbarlar bu şirkətlərə məxsusdur – Rəsmi – Yenilənib

Rəşid Behbudov küçəsindəki xətlənmə çaşqınlıq yaratdı – Video

Yeni dünya reallığı və qlobal güc – Mərkəzlərinin böhranı: Azərbaycanın formalaşdırdığı siyasi model – Partiya sədrindən qlobal təhlil

Lökbatandakı yanğın yerindən yeni – Fotolar

Lökbatanda güclü yanğın başladı – Video – Fotolar – Yenilənib

Sabahdan bu ərazilərdə parklanma məhdudiyyəti tətbiq olunacaq – Video

20 günün əsgəri vəfat etdi

Bakıda saxlanılmış mafiya başçısı Şri-Lankaya ekstradisiya edilib – Video

Akif İslamzadənin vəziyyəti necədir?

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Avqust 2025
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« İyl   Sen »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.