Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Dünya

İranla İraq arasında şiə qarşıdurması? (ŞƏRH)

Avqust 22, 2025
A A

REDAKTORUN SEÇİMİ

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

18 Dekabr 25 / 20:28
“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

16 Dekabr 25 / 15:05
Naftalanda Arzu Məmmədov kabusu: Fərhad Əliyevdən Ramiz Mehdiyevə transfer edən məmur

Naftalanda Arzu Məmmədov kabusu: Fərhad Əliyevdən Ramiz Mehdiyevə transfer edən məmur

16 Dekabr 25 / 12:10
Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

11 Dekabr 25 / 13:55
Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

10 Dekabr 25 / 11:55
“Önümüzdəki illərdə şiə qarşıdurmasının şahidi olacağıq və İran şiəliyi öz yerini İraq şiəliyinə verəcək”. Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Rufiz Hafizoğlu son günlər İran rejiminə qarşı İraqda yüksələn etiraz dalğalarının səbəbini şərh edərkən deyib.
“İraq İranın son qalasıdır. Bu qala da yıxılsa, İranın bölgəyə təsir mexanizmləri xeyli zəifləyəcək. Bu gün şiə İslam dünyasına nəzər saldıqda iki böyük məktəbin olduğunu görərik. Onlardan biri şiə məzhəbi adı altında fars millətçiliyinin dominantlığına çalışan İran məktəbidir. Digəri isə Sistaniyə bağlı İraq şiə və qismən də Livan şiə məktəbləridir. İran İraqı özünün arxa bağçası elan edib. İraq isə artıq bezib. Ölkədəki Həşdi Şabi təşkilatı ordu içində bir ordu, dövlət içində dövlətdir”, deyə Rufiz Hafizoğlu qeyd edib.
Həmsöhbətimiz bildirir ki, son zamanlar ABŞ-ın ölkədəki silahlı “müqavimət” təşkilatlarının tərksilah edilməsi üçün Bağdada təzyiqləri də artıb: “İsraillə İran arasındakı 12 günlük müharibədə İraqdakı şiə qruplaşmalarının heç biri səslərini çıxarmadı. Bu da onu göstərir ki, region ölkələri artıq bıçağın sümüyə dirəndiyini başa düşməyə başlayıblar. Belədə isə İraqda İran əleyhinə təbliğat güclənməkdə davam edəcək”.
Ekspertin fikrincə, İran şiəliyi bölgə və İslam dünyası üçün yad, parçalayıcı məzhəb faktorudur:  “İraq şiəliyi isə daha loyal, fərqli, konstruktiv, danışıqlara getməyi bacaran məzhəbdir. İllər öncə Məhəmməd bin-Salmanla hazırda seçkiləri boykot edən Müqtəda Əs-Sədrin bir görüşü olub. Hələ o vaxt şüarlar səslənirdi ki, ərəblər İraq şiəliyinə dəstək verəcəklər. Düşünürəm ki, gedən proseslərin nəticəsi olaraq önümüzdəki illərdə şiə qarşıdurmasının şahidi olacağıq. Söhbət heç bir halda müharibədən, şiə məzhəblərinin bir-birini qırmasından getmir. Amma siyasi nüfuz, təsir dairəsini genişləndirmək istiqamətində İran şiəliyi yerini İraq şiəliyinə verəcək. Bu da əslində ideoloji parçalanmanın nəticəsidir və o daha da genişlənəcək”.
Qeyd edək ki, Livandan sonra İraq da İran əleyhinə genişmiqyaslı təbliğata başlayıb. İlk olaraq, bəzi millət vəkilləri çıxış edərək bildiriblər ki, İran artıq ölkənin daxili işlərinə müdaxilə etməyi dayandırmalıdır. İraq ordusu da bəyanat yayaraq vurğulayıb ki, İran ölkə daxilində silahlı qruplaşmalar formalaşdırmaqla kifayətlənmir, həm də İraqı özünə aid olmayan regional münaqişələrə sürükləyir.
Ardınca, İraq polisi rəsmi bəyanatla çıxış edərək, sübutlar əsasında bəzi iranlıların ölkəyə ibadət məqsədilə deyil, narkotik maddə satmaq və gəncləri zəhərləmək üçün gəldiklərini bildirib. İraq din xadimləri isə İran vətəndaşlarını Hüseyn və Abbas ziyarətgahlarında din adı altında İran təbliğatı aparmaqda, xarici ölkələrə qarşı lənətlər səsləndirməkdə və siyasi şüarlar yaymaqda ittiham ediblər. Bu səbəbdən, İran bayraqları ilə İraq ərazisində yürüşlərə rəsmi şəkildə qadağa qoyulub.
İraqın baş naziri Məhəmməd Şiə əl-Sudani də vəziyyətin ciddiliyinə toxunaraq bildirib ki, zəvvar adı ilə ölkəyə daxil olan şəxslər müqəddəs şəhərlərdə narkotik satışı ilə məşğul olurlar. Baş nazirin sözlərinə görə, bəzi iranlı qadınlar siğə adı altında cinsi xidmət göstərir və bu yolla qazanc əldə edərək ölkədən ayrılırlar. Hazırda isə Sistaniyə bağlı şiə tələbələr bir sıra şəhərlərdə etiraz aksiyaları keçirirlər. Onlar Ayətullah Xameneini sərt şəkildə tənqid edir və onu Şiə dünyasının nüfuzuna xələl gətirməkdə ittiham edirlər.
Əvvəlki Yazı

Cərimələnən şirkət Ağstafa Rayon İcra Hakimiyyəti ilə 76 min manatlıq müqavilə bağlayıb

Növbəti Yazı

Kirayə mənzillər ən çox hansı ərazilərdə bahalaşıb?

EKSKLUZİV

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

18 Dekabr 2025 / 20:28
22
Yasamalda 15 mərtəbəli bina necə 16 oldu?

Yasamalda 15 mərtəbəli bina necə 16 oldu?

18 Dekabr 2025 / 19:43
0
Rəsul Quliyevdən 5 milyon manata torpağı kim alıb?

Rəsul Quliyevdən 5 milyon manata torpağı kim alıb?

18 Dekabr 2025 / 19:42
3
Bəylər Eyyubova yeni imtiyaz verildi

Bəylər Eyyubova yeni imtiyaz verildi

18 Dekabr 2025 / 19:40
2

XƏBƏR LENTİ

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Yasamalda 15 mərtəbəli bina necə 16 oldu?

Rəsul Quliyevdən 5 milyon manata torpağı kim alıb?

Bəylər Eyyubova yeni imtiyaz verildi

İsrail Türkiyəyə veto qoydu, Azərbaycan dəvəti rədd etdi

Böyük Çöküşdən əvvəlki İran: Hakim rejim zəngin ölkəni necə məhv edir?

Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası Bakıdan yola salınıb – FOTO

Kamran Əsədov vaxtilə sərt tənqd etdiyi Elm və Təhsil Nazirliyinin necə sevimlisinə çevrilib? – VİDEO

Moskvanın Qazaxıstan qorxusu – İmperiya çökür, hədələr başlayır

“Hərbi xidmətə yararlı” əsgər xəstəlikdən niyə ölməlidir?

Maddox DMCC müəmması: Rövşən Təhmrazov və Nubar Əliyeva kimdir?

“Oğlumu yalnız kənardan göstərdilər, danışmağa imkan vermədilər” – əsgər Əli Cəfərovun atası danışdı

Rusiya hərbçiləri bu Avropa ölkəsinə daxil oldu – Əsgərlər SƏRHƏDİ KEÇDİ – VİDEO

Ermənistanda ARA QARIŞDI: Eçmiədzində toqquşmalar başladı

Beybutovun 4 milyonu kimdədir?- Cavid Hüseynli azadlığa buraxıldı

Bakıda yayılan xəstəlik təhlükəli H3N2 virusudur? – həkimdən xəbərdarlıq

Qazaxda Xalq şairi Osman Sarıvəlli doğum günündə məzarı başında yad edilib

“Qanunsuzluq xaos gətirir, xaos da dağıntı, DTX isə …”

Tehrandan Zəngəzur dəhlizinə hədə – Əraqçi gedən kimi…

“Bir neçə deputat həbs olunacaq, çevrilişə cəhdlər olacaq” – Tanınmış astroloqdan SENSASİON açıqlamalar VİDEO

Qərb qoşunları Ukraynada yerləşdiriləcək: ABŞ və Avropa Ukrayna ilə bağlı hansı razılığa gəlib?

Putini yenə aldatdılar – Kupyanskı ələ keçirmişik

Ramiz Mehdiyevlə bağlı ŞOK AÇIQLAMA: “Eyş-işrət içərisində…”

Xatirə İslam Xankəndidəki konsertdə oxumaqdan imtina edib

Xəzər 8 ildə 100 metr geri çəkildi — FOTO

Mədəniyyət Nazirliyi bir ildə 2 milyonu nəyə xərcləyib?- MARAQLI DETALLAR

Kamran Əsədova hansı cəza düşür? – EKSKLÜZİV

Ev almaq getdikcə çətinləşir – Bakıda 2026-cı ilin ŞOK qiymət proqnozları

Əbülfəs Qarayevin qızı ÜZR İSTƏDİ

Putindən sensasion AÇIQLAMALAR: “Oreşnik”lər HƏRƏKƏTƏ KEÇİR

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Avqust 2025
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« İyl   Sen »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.