Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Dünya

Trampın adamından qorxunc xəbərdarlıq – Azərbaycana təhlükə?

Sentyabr 23, 2025
A A

REDAKTORUN SEÇİMİ

Səfər Mehdiyevin yaxın adamının 6 minlik pensiyası kəsildi – Məhkəməni uddu

Səfər Mehdiyevin yaxın adamının 6 minlik pensiyası kəsildi – Məhkəməni uddu

23 Sentyabr 26 / 13:13
Ramiz Mehdiyevi hansı cəza gözləyir?

Ramiz Mehdiyevi hansı cəza gözləyir?

22 Sentyabr 26 / 16:00
“Kod 35” iddiaları fonunda kadr dəyişiklikləri: Abşeron Su Meliorasiya Sistemlərində nə baş verir?

“Kod 35” iddiaları fonunda kadr dəyişiklikləri: Abşeron Su Meliorasiya Sistemlərində nə baş verir?

17 Sentyabr 26 / 9:10
Şahmar İbadovun xanımı ilə milyon yarımlıq qalmaqallı icarə müqaviləsi

Şahmar İbadovun xanımı ilə milyon yarımlıq qalmaqallı icarə müqaviləsi

12 Sentyabr 26 / 12:00
“Kristal Abşeron” şefinin qardaşı iflas olur

“Kristal Abşeron” şefinin qardaşı iflas olur

11 Sentyabr 26 / 9:20

Kelloq Putinin Rusiya imperiyasını bərpa etmək istədiyini açıqladı – onu dayandırmağın tək yolu… 

“Putin və Rusiyaya eksponsionist güc kimi baxmaq lazımdır. O, Rusiya imperiyasını bərpa etmək istəyir”. Bu fikri ötən həftəsonu ABŞ-nin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq söyləyib. 

“Bu, mənə II Dünya müharibəsini xatırladır. Hitler 1938-ci ildə Münhendə çıxışında ona yalnız Sudetin lazım olduğunu demişdi. Sonra isə Reyn vilayəti, daha sonra Polşa və biz II Dünya müharibəsində özümüzü gördük. Tarix təkrarlanmır, lakin o, ritmlənir. Məhz bu, Ukraynada baş verir. Elə indicə bunu dayandırmalıyıq”, – deyə Kelloq bildirib. 

Yəni Kelloq faktiki bununla ilk növbədə BMT üzvü olan postsovet ölkələrini xəbərdar edib. Bu arada ABŞ-dəki Müharibə Tədqiqat İnstitutu (ISW) Putinin Ukrayna ilə bağlı planlarını açıqlayıb. Qurum qeyd edib ki, Rusiya hərbi rəhbərliyi Putinin qələbə nəzəriyyəsinə sadiq qalmaqda davam edir: “Bu nəzəriyyəyə görə, Rusiya Ukraynaya qarşı tükətmə müharibəsində qalib gəlməyə qadir olduğuna inanır”. 

Hesabatda həmçinin deyilir: “Sentyabrın 18-də Putin Ukrayna cəbhəsində 700 mindən çox rus hərbçisinin olduğunu bəyan etmişdi. Bir gün əvvəl  isə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bildirib ki, Rusiya qüvvələri “faktiki olaraq bütün cəbhələrdə” irəliləyir. Bu cür bəyanatlar Kremlin Rusiya qoşunlarının tədricən, lakin davamlı şəkildə irəliləməsi və onların resurslarından Ukraynanı tükəndirmək üçün istifadə etmək strategiyasına uyğun gəlir. Bu konsepsiya ona əsaslanır ki, Moskva Qərbin Kiyevə dəstəyinə dözüb nəticə etibarilə Ukrayna ordusunun müdafiəsini dağıda biləcəyinə inanır”.  

Ekspertlərə görə, Putin hətta yavaş irəliləyişlərlə belə, döyüş meydanında hərbi məqsədlərə nail olmaq niyyətini dəfələrlə bəyan edib. Onun planına görə, uzun sürən qarşıdurmada insan qüvvəsində və resurslarda say üstünlüyü qələbəni təmin etməlidir. 

Putinin imperiyanı bərpa etmək imkanları varmı? Onu necə durdurmaq olar? Kelloq haqlımı?

Siyasi şərhçi Azər Həsrət “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan ictimai rəyində öndə olan şəxslərin hamısı Ukrayna müharibə başlayandan Rusiyanın məqsədinin yeni imperiya qurmaq olduğu fikrini təkrarlayır: “Rusiyanın keçmiş sovet respublikalarını yenidən işğal edib özünə birləşdirmək iddiası var. Eyni zamanda Şərqi Avropa ölkələrinə açılmaq, çar Rusiyası dövründəki coğrafiyanı bərpa etmək istəyir. Təbiidir ki, İkinci Dünya müharibəsindən sonra yaranmış şəraiti Rusiya yenidən bərpa etməyə çalışır. Bilirsiniz ki, Şərqi Avropa ölkələri İkinci Dünya müharibəsindən sonra SSRİ-nin əslində Rusiyanın təsir dairəsinə düşdü və uzun illər ərzində SSRİ həmin dövlətlərin siyasi rəhbərlərinin belə təyin edilməsində söz sahibi idi. Yəni bu cür imperiya iddialarından Rusiya heç vaxt əl çəkməyib, əl çəkəcəyi də gözlənilmir. Ona görə də biz həmişə həyəcan təbili çalmışıq ki, Rusiyanı dayandırmaq lazımdır”.  

Onun fikrincə, əgər Rusiya dayandırılmasa, növbəti hədəf digər postsovet ölkələri ola bilər: “Üstəlik də Ukrayna müharibəsi uzadıldıqca müşahidə edirik ki, Rusiya ətrafdakı Ukraynaya qonşu olan dövlətləri də təhdid altında saxlayır. Həmçinin yaxın coğrafiyanı təhdid edir. Rusiyanın planları Qara dəniz sahilini büs-bütün Ukraynanın əlindən alıb Moldovaya yol açmaqdır. Sonra isə Moldovanı nəzarətə götürüb bütövlükdə həm Ukraynanı, həm Moldovanı öz nəzarəti altına almaq qarşıya məqsəd qoyulub. Növbəti mərhələdə isə Şərqi Avropa ölkələrini tamamilə nəzarətə götürməyi planlayıb. Son həftədə istər Baltikyanı ölkələrə, Polşanın, Rumıniyanın hava məkanına Rusiya qırıcı təyyarələrinin, dronlarının daxil olması da bu plandan xəbər verir. Rusiyanın əsas hədəfində isə Qazaxıstan, Azərbaycan, Özbəkistan və digər keçmiş SSRİ respublikalarıdır. Ona görə də ABŞ prezidentinin xüsusi nümayəndəsinin xəbərdarlığı şübhəsiz ki, ciddi məlumatlara əsaslanır. Lakin əslində bu həyəcanlı xəbərdarlıq və çağırış xeyli gecikib”. 

Siyasi şərhçi dedi ki, tək çıxış yolu var – əgər ABŞ onu dinləmiş olsa, qısa müddətə Rusiyanı dayandırmaq mümkündür: “Yəni Amerika Ukrayna müharibəsində daha real dəstəyini əsirgəməməlidir. Bu yolla Rusiyanı çıxdığı yoldan geri döndərmək və dayandıra bilmək mümkündür. Bu qorxunc senarini pozmaq və dayandırmağın yolu Amerikanın Ukraynaya real və çox ciddi hərtərəfli dəstək verməsidir. Keçmiş sovet respublikaları da paralel olaraq Rusiyanın SSRİ kimi parçalanmasına öz töhfəsini verməklə dediyimiz təhlükəli prosesin qarşısını almaq olar. Çünki Rusiya Federasiyası adı altındakı yeni imperiya parçalanmadıqca, oradakı əsarət altında xalqlar azadlığa çıxmadıqca təhlükə bitən deyil. Ona görə də ABŞ indiki fürsəti qaçırmamalıdır. Çünki hazırda Rusiya heç vaxt olmadığı qədər zəifləyib, yorğun haldadır. Sadəcə, onu yaxşı bir zərbə ilə çökdürmək qalıb. Bunu da bacara biləcək tək ölkə ABŞ-dir. ABŞ bu addımı atarsa, keçmiş sovet respublikaları, eləcə də Rusiyadan ayrılacaq yeni müstəqil dövlətlərin hamısı yüz illərlə ABŞ-yə minnətdar olacaqlar”.  

Əvvəlki Yazı

Pezeşkianla Mustafayev nəyi müzakirə ediblər?

Növbəti Yazı

Prezident və birinci xanım Nyu-Yorkda işgüzar səfərdədir (FOTO)

EKSKLUZİV

Qazaxda eşitdiklərim, oxuduqlarım və gördüklərim… – Ayyət Əhməd yazır

Qazaxda eşitdiklərim, oxuduqlarım və gördüklərim… – Ayyət Əhməd yazır

24 Sentyabr 2026 / 14:14
6
Sabah Bakıya yağış yağacaq

Sabah Bakıya yağış yağacaq

24 Sentyabr 2026 / 14:05
3
İcra başçısının bağçaya gedən balaca fidanla səmimi görüşü

İcra başçısının bağçaya gedən balaca fidanla səmimi görüşü

24 Sentyabr 2026 / 10:23
4
Masallıda bələdiyyə sədrindən sui-istifadə ittihamı

Masallıda bələdiyyə sədrindən sui-istifadə ittihamı

23 Sentyabr 2026 / 19:49
8

XƏBƏR LENTİ

Qazaxda eşitdiklərim, oxuduqlarım və gördüklərim… – Ayyət Əhməd yazır

Sabah Bakıya yağış yağacaq

İcra başçısının bağçaya gedən balaca fidanla səmimi görüşü

Masallıda bələdiyyə sədrindən sui-istifadə ittihamı

Azərbaycan İrəvanda planlaşdırılan görüşü təxirə saldı

“Formula 1”i izləmək üçün Bakıya gələn əcnəbilərin SAYI

Azad olunmuş ərazilərdə 3 xəstəxana tikilir, 4-ü də tikiləcək

Sabah 35 dərəcə isti olacaq

Millimiz bu gün Ermənistanla qarşılaşacaq

İki stansiya buna görə pulsuz olubmuş – Rəsmi

Bu klub ev oyunlarını Xankəndidə keçirəcək

Bakı metrosunda yeddivaqonluq qatarlar ola bilər – ÖZƏL

ABŞ-nin Ermənistana ayırdığı hərbi vəsaitin həcmi bəlli oldu

Azərbaycanda pul baratları üzrə müsbət saldo 750 mln. dolları ötüb

Mərkəzi Bank inflyasiya proqnozunu dəyişməz saxlayıb

Səfər Mehdiyevin yaxın adamının 6 minlik pensiyası kəsildi – Məhkəməni uddu

Prezident İlham Əliyev İsveçin Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

Dağ-mədən sənayesi üzrə geoloji məlumatlar rəqəmsallaşdırılacaq

Azərbaycan və Kolumbiya arasında viza rejimi ləğv edilir

Yol polisi “Formula-1″lə bağlı sürücülərə müraciət etdi

Azərbaycanda yeni zavod tikiləcək

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı

Paşinyan TRİPP-dən danışdı: Azərbaycanla bağlı mühüm detal

Bu gün əfv olunanlardan 5-i əcnəbidir

Mərkəzi Bankı uçot dərəcəsini artıra bilər – PROQNOZ

Prezident əfv Sərəncamı imzalayıb – SİYAHI

Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Prezident Kralı təbrik etdi

NİİM sürücülərə müraciət edib

“Mehdiyev işi”ndə müəmmalı şahid

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Sentyabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« Avq   Okt »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.