Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Siyasət

İcra başçıları ciddi nəzarətdə

Noyabr 5, 2025
A A

REDAKTORUN SEÇİMİ

“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

24 Dekabr 25 / 17:15
Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

23 Dekabr 25 / 10:48
Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

18 Dekabr 25 / 20:28
“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

16 Dekabr 25 / 15:05
Naftalanda Arzu Məmmədov kabusu: Fərhad Əliyevdən Ramiz Mehdiyevə transfer edən məmur

Naftalanda Arzu Məmmədov kabusu: Fərhad Əliyevdən Ramiz Mehdiyevə transfer edən məmur

16 Dekabr 25 / 12:10

Son həbslərin ardınca onlara iş yerini tərk etmək yasaqlanıb; İH-lərin fəaliyyəti ilə bağlı köklü dəyişikliklər gündəmdə 

Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevin oktyabrın 30-da DTX tərəfindən saxlanılmasından sonra rayon rəhbərlərinin başının üstünü alan “qara buludlar” bir qədər də sıxlaşıb. İcra başçıları ilə bağlı əməliyyatların davam edəcəyi və yeni həbslərin olacağına dair iddiaların ardı-arası kəsilmir.

Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Nadir Muradovun və daha bir neçə vəzifəli şəxsin noyabrın 1-də saxlanılmasından sonra bu ehtimallar bir qədər də qüvvətlənib. Bildirilir ki, yerli icra hakimiyyəti başçılarının fəaliyyətinə nəzarət bir qədər də gücləndirilib. Məsələn, icra başçılarına və rəhbərlikdə təmsil olunan məmurlara bir sıra məhdudiyyətlər tətbiq edilib. Onlara çalışdıqları rayonları icazəsiz tərk etmək qadağan olunub. (mənbə: mətbuat.az).

Bəllidir ki, rayonda işləyən icra başçılarının əksəriyyətinin ailəsi Bakıda yaşayır. Onlar həftənin cümə günü paytaxta gəlir və birinci gün işlərinin başına dönürlər. İndi isə ciddi zərurət olmadığı halda onlara işlədikləri rayonları tərk etməmək tapşırılıb. “Bu isə o deməkdir ki, hüquq-mühafizə orqanları fəaliyyətində ciddi qanunsuzluqlara yol verən, vəzifə səlahiyyətlərindən sui-istifadə edən, rüşvət və korrupsiya ilə məşğul olan məmurların qapısını həftənin bütün günləri döyə bilər”, – deyə xəbərdə bildirilir.  

Yeri gəlmişkən, hazırda ölkəmizdə icra başçısı olmayan rayonların sayı 4-dür. Bunlar Balakən, Qax, Bakı şəhərinin Nəsimi və Naxçıvan Muxtar Respublikasının Culfa rayonlarıdır. Qax Rayon İcra Hakimiyyətində iyun ayında əməliyyat keçirilib və icra başçısı M.Şəkiliyev həbs edilib. O, qulluq mövqeyindən istifadə etməklə xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə cinayətində ittiham olunur. Bakının Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı postu da 2024-cü ildən etibarən boşdur.  2023-cü il avqustun 31-də Culfa Rayon İcra Hakimiyyətinin başçısı Siyam Hacıyev vəzifəsindən azad edilib. O, 2019-cu il aprel ayının 2-dən bu postda çalışırdı. İki ildən çoxdur Culfa rayonuna icra başçısı təyin edilməyib.

Son dövrlər icra hakimiyyətlərində aparılan əməliyyatlar və həbslər bu strukturlarda uzun müddət vəzifədə qalan məmurlarla bağlı müəyyən sualları gündəmə gətirib. Belə ki,  həbs olunan icra başçılarının əksəriyyətinin 10 ildən artıq müddətdə rəhbər vəzifədə çalışması bu postlara vaxt məhdudiyyətinin tətbiqi barədə müzakirələri gücləndirib. Yəni onlara da, məsələn, diplomatlar kimi maksimum 5 illik rotasiya qaydası tətbiq edilə bilər.

O da faktdır ki, işğaldan azad edilən bölgələrdə Prezidentin nümayəndəlikləri sınaqdan keçirilir və onların fəaliyyəti özünü doğruldub. Ekspertlər növbəti mərhələdə icra hakimiyyətlərinin ləğvi və bütün səlahiyyətlərin nümayəndəliklərə ötürülməsi ehtimalını müzakirə edirlər.

İcra başçılarına nəzarət mexanizminin təkmilləşdirilməsi də gündəm mövzularından biridir. Rəsmi sənədlərdə  3-7 min manat maaş alan icra başçılarının lüks həyatı haqlı suallar doğurur. Onu da qeyd edək ki, icra başçıları dövlət tərəfindən başqa imtiyazlarla da təmin olunurlar – xidməti avtomobil, tibbi sığorta, sanatoriya göndərişləri və s. Eyni zamanda onlar çox vaxt vəzifələrindən sui-istifadə edərək özləri üçün ultra komfort şərait yaradırlar. Bəzi icra başçıları Avropa ölkələrində özlərinə mülk alır, biznes qururlar. Onlar əsasən hökumətdə daha iri məmurların yaxın ətrafına daxildirlər və tutduqları post da həmin şəxslərin nüfuzu hesabına əldə olunub.

Bəs nəzarət mexanizmini necə təkmilləşdirmək olar? Özlərini rayonun “padşahları” hesab edənlərin səlahiyyətləri azaldılması mümkündürmü?

Hüquqşünas Qulamhüseyn Əlibəylinin “Yeni Müsavat”a bildirdiyinə görə, ölkənin idarəetmə sistemində ciddi dəyişikliklərə ehtiyac var. Onun fikrincə,  icra hakimiyyəti sistemində müəyyən dəyişikliklər olub, amma problemləri həll etməyib: “Yerlərdə hakimiyyətin dəyişməsi mexanizmi artıq köhnəlib və işə yaramır. İndiki mexanizm özünü faktiki olaraq doğrultmur. Məlumdur ki, konstitusiyaya əsasən, yerlərdə icra hakimiyyətini prezidentin təyin etdiyi icra başçıları idarə edir. Amma rayon və şəhər idarəetmə sistemindən tədricən regional idarəetmə sisteminə keçmək lazımdır. Bunu bir sıra ekspertlər də təklif kimi irəli sürür və dəstəkləyirlər. Yəni mərkəzi hakimiyyətlə yanaşı, iqtisadi zonalar üzrə regional idarəetmə orqanları yaradılmalıdır”.

Q.Əlibəyli hesab edir ki, eyni zamanda şəhər və rayon icra hakimiyyətlərinin səlahiyyətləri tədricən bələdiyyələrə verilməlidir: “Bunu birdən-birə etmək problem yaradacaq. Ona görə də mərhələli şəkildə addımlar atılmalıdır. Həmçinin bələdiyyələrin səlahiyyətləri artırılmalı, onların seçki praktikasında ciddi dəyişikliklər olmalıdır. Çünki indi bələdiyyələr de-fakto icra hakimiyyətlərindən asılı vəziyyətdədir. Bütün bu mexanizmlərə keçidi asanlaşdırmaq üçün həm də yerli icra başçılarının təyinatına diqqət artırılmalıdır”.

Hüquqşünasın sözlərinə görə, kadrlar seçilərkən onların korrupsiyaya meylli olub-olmaması nəzərə alınmalıdır: “Yəni kadr təyinatı zamanı namizədlər ciddi şəkildə araşdırılmalıdır. Kimisə hansısa səbəbdən vəzifəyə təyin etmək sonda korrupsiyaya səbəb olur, yerli camaatın da onun fəaliyyətindən narazılığına gətirib çıxarır. Ümumiyyətlə, daxili siyasətdə bir çox islahatlara zərurət var. Azərbaycanın xarici siyasəti kifayət qədər uğurludur, lakin daxildə bu problemlərin aradan qaldırılması zamanıdır. Çünki müəyyən vaxt keçdikdə idarəetmənin yenilənməsi vacibdir. Əks təqdirdə, mənfi nəticələrini verir. Bunun üçün konstitusiya dəyişikliklərinə də ehtiyac görmürəm və sadəcə, islahatlar həyata keçirməklə idarəetmədə müsbət nailiyyətlər əldə etmək mümkündür”.

Qeyd edək ki, Azərbaycanda 10 icra başçısı rüşvət və mənimsəmə ittihamı ilə həbs olunub. Onların bəzilərinin cəzası qismən azaldılıb, biri azadlığa çıxıb, biri isə həbsdə koronavirus xəstəliyindən vəfat edib. Bundan başqa, onlarla başçı müavini, baş memar və müxtəlif vəzifəli şəxslər istintaqa cəlb olunub. Bu həbslərin davamı istisna deyil.

Emil SALAMOĞLU,
“Yeni Müsavat” 

Əvvəlki Yazı

ABŞ hava məkanında görünməmiş böhran: Hökumət şatdauna girdi, hər şey alt-üst oldu

Növbəti Yazı

Nyu-Yorkun yeni mer namizədindən Trampa SƏRT MÜRACİƏT

EKSKLUZİV

Üsküpdə 11-ci Yəhya Kamal Beyatlı şeir şöləni

Üsküpdə 11-ci Yəhya Kamal Beyatlı şeir şöləni

24 Dekabr 2025 / 22:48
3
Azərbaycanlıları Ukrayna müharibəsinə cəlb edən şəbəkə var? – XƏBƏRDARLIQ

Azərbaycanlıları Ukrayna müharibəsinə cəlb edən şəbəkə var? – XƏBƏRDARLIQ

24 Dekabr 2025 / 20:16
4
Azərbaycan Qəzzaya sülhməramlı göndərməyə razılıq verdi – ABŞ rəsmisi

Azərbaycan Qəzzaya sülhməramlı göndərməyə razılıq verdi – ABŞ rəsmisi

24 Dekabr 2025 / 20:15
1
Məmurların yanvar ayında qəbul CƏDVƏLİ

Məmurların yanvar ayında qəbul CƏDVƏLİ

24 Dekabr 2025 / 20:13
1

XƏBƏR LENTİ

Üsküpdə 11-ci Yəhya Kamal Beyatlı şeir şöləni

Azərbaycanlıları Ukrayna müharibəsinə cəlb edən şəbəkə var? – XƏBƏRDARLIQ

Azərbaycan Qəzzaya sülhməramlı göndərməyə razılıq verdi – ABŞ rəsmisi

Məmurların yanvar ayında qəbul CƏDVƏLİ

AVP yenidən qurultaya hazırlaşır: Bu dəfə sədr seçə biləcəklər?

Rusiyanın savaş itkiləri ilə bağlı dəhşətli faktlar: Kreml Ukraynada qeyri-rusları qırğına verir

Xəstəyə baxmaqdan imtina edən həkimi hansı cəza gözləyir? – Vəkil

AYNA sahibi bəlli olmayan şirkətdən 223 min manatlıq katric alır

Naxçıvan istiqamətində atəş AÇIQLIB? – Ermənistan MN-dən AÇIQLAMA

Azərbaycanda inanılmaz HADİSƏ – cinayət işi kimlər tərəfindən yoxa çıxarılıb?

“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

Təyyarədə azərbaycanlının 74 min dollarını oğurladı – 20 ay həbs aldı! Dünya mediası bu hadisədən yazır!

Bakıda fantastik olay: bir qadın iki məktəbdə direktorluq edir

Şəhidlərimizi təhqir edən ərəblərə hökm oxundu

Eyyubovların nəhəng sərvəti: 15 hektarlıq bağ evi + FOTO

Rusiya bank böhranı ərəfəsində – Azərbaycana təsiri olacaqmı?

Bayramda neçə gün iş olmayacaq?- RƏSMİ AÇIQLAMA

Qaçaqmal sindikatında kimlər və necə işləyib? – SENSASİON TƏFƏRRÜAT

Hava ilə bağlı XƏBƏRDARLIQ: Növbəti iki gündə…

Zelenskinin 20 bəndlik sülh planı: Ukrayna üçün çıxış yolu, yoxsa məcburi kapitulyasiya?

2025-ci ilin ikinci yarısında Veysəloğlu Şirkətlər Qrupu hansı uğurlara imza atdı – VİDEO

İcra başçısı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində şəhidlərin əziz xatirəsini ehtiramla anıb

“Pilgrim Education” Təhsil Mərkəzinin UĞURLARI

Azərbaycanda uşaqlar arasında dəhşətli virus yayılıb – Əlamətləri bunlardır

Dövlət Komitəsinin ləğvi gündəmə gəldi – “Onların rütbələri də alınmalıdır”

Təhsil nazirinin açıqlaması ARANI QARIŞDIRDI

Deputatlar toplanır: : hansı qanunlar dəyişir? – SİYAHI

“İnter MMC”-dən alınan iki mənzil “yoxa çıxıb” – Vətəndaş ölkə başçısından kömək istəyir + FOTOLAR

Bəylər Eyyubovun qardaşı oğlu həbs edildi

11 abituriyent məhkəmə qarşısında – 9-nun nəticəsi ləğv edilib

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Noyabr 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
« Okt   Dek »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.