Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Siyasət

Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevlə nə bağlayır?!-İDDİA

Noyabr 5, 2025
A A

REDAKTORUN SEÇİMİ

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

04 Fevral 26 / 11:08
Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

02 Fevral 26 / 13:07
Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

24 Yanvar 26 / 13:28
Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

22 Yanvar 26 / 14:56
Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

26 Dekabr 25 / 12:29
Son günlər gündəmi zəbt edən “Ramiz Mehdiyev işi” bir çoxlarını, xüsusilə də media və QHT sektorunu ciddi narahat etməyə başlayıb. Nədən ki, Ramiz Mehdiyevin çətiri altında illərlə formalaşan gənclər təşkilatları, media qurumları və digər QHT-lər ifşa olunmaq qorxusunu yaşamaqdadırlar.
Lakin, dövlətə xəyanət planının tərkib hissəsinə çevrilmiş, illərlə bu planın reallaşmasına xidmət göstərmiş şəxslərin ifşa olunması nəinki zəruridir, çox vacibdir.
Bu dəfə Ramiz Mehdiyevin gənclər sektorunda, xüsusilə ali təhsil müəssisələrindəki gənclərin təşkilatlanaraq onların böyük bir şəbəkəsini əlində saxlamaq planı barədə məlumat verəcəyik.
Əvvəlcə onu qeyd etmək vacibdir ki, Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri olduğu zaman çox nadir hallarda QHT və ya gənclər təşkilatı tədbirində iştirak edərdi.
Amma, özünün müəllifi olduğu və gələcək planları üçün lazım olan təşkilatların yaradılması prosesində birbaşa özü iştirak edib.
Belə qurumlardan biri də Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqıdır. Təşkilatın 2009-cu il noyabr ayının 20-də keçirilən təsis konfransında Ramiz Mehdiyev, Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov, Gənclər və İdman naziri Azad Rəhimov, onun müavini İntiqam Babayev və digər rəsmi şəxslər iştirak etmişdir.
Ramiz Mehdiyev konfransda çıxış edərək, tələbə gənclər təşkilatlarının qarşısında duran əsas vəzifələri şərh etmişdir. Qeyd etmişdir ki, bu gün Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının yaradılması ilə tələbə gənclər təşkilatlarının inkişafında yeni bir mərhələ başlayır. Bu yeni qurum müxtəlif təşkilatlar arasında əlaqələndirici rolunu oynamaqla, ümumi məqsədlərə nail olmaq üçün səylərin və imkanların birləşdirilməsini təmin edəcəkdir.
Cumhuriyyet.az Yenixeber.org-a istinadən xəbər verir ki, həmin dövrdə Ramiz Mehdiyevin planı 200 minlik tələbə ordusunu bir əldə cəmləmək, alternativ QHT-lər yaratmaq olub. Belə təşkilatlar büdcədən böyük vəsaitlər qoparmaqla yanaşı, özlərinin siyasi məqsədlərinin həyata keçirilməsi üçün zəruri olub.
Daha maraqlı məlumat isə həmin konfransda təşkilatın rəhbərliyinə kimin sədr gətirilməsidir. Hazırda Milli Məclisin gənclər və idman komitəsinin sədri olan deputat Şahin İsmayılov uzun müddət Ramiz Mehdiyevin xeyir-duası ilə həmin təşkilata rəhbərlik edib. Daha sonra onu parlament üzvlüyünə qədər yüksəldə bilib.
QHT və gənclər sektorunda Şahin İsmayılovun təsir imkanlarını saxlamaq üçün, müxtəlif vaxtlarda onu Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə həm Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası üzvlüyünə, həm də Prezident yanında Gənclər Fondunun Müşahidə Şurası üzvlüyünə daxil etdirmişdir.
Təqdim etdiyimiz fotoda Ramiz Mehdiyevin həmin konfransda çıxışı və yanındakı masada isə Şahin İsmayılovun əyləşdiyi əks olunub. Bu fotonu əksər media resurslarından sildirməyə çalışsalar da, arxiv fotolarını tapmaq imkanımız oldu.
Xatırladaq ki, hələ 3-4 illər əvvəl mətbuatda Ramiz Mehdiyevə qarşı total hücuma başlayan İsmayılov, həm də bu hücumla özünü qorumaq istəyirdi. İnsafən keçmişə xəyanət edərək İsmayılov gələcəyi qorumuş oldu.
Şahin İsmayılov 14 fevral 2022-ci ildə mediaya verdiyi müsahibəsində bildirir: “Ramiz Mehdiyev öz kiçik dünyasında oyun oynamaqda israrlıdır. AMEA-nın saytında adının qarşısına akademik sözünü qeyd edərək özünü elm adamı kimi təqdim etmək istəyən Ramiz Mehdiyev görünür nə elm adamı, nə də ziyalıdır. O, çox yaxşı bilir ki, onun administrasiya rəhbərliyində tutduğu vəzifəsindən getməsi islahatlar dalğasının ən önəmli halqalarından birini təşkil edirdi. Lakin, bundan heç bir nəticə çıxarmayan Mehdiyev ənənəvi formada fəaliyətini davam etdirir və öz kiçik dünyasında oyunlar oynamaqda israrlıdır”.
Ümid edirik ki, Ramiz Mehdiyevlə bağlı araşdırma aparan qurumlar onun gənclər, QHT, media və diaspor təşkilatlarındakı dayaqlarını tam ifşa etməklə yanaşı, onların məkrli planlarını öyrənə biləcəklər. (Yenixeber.org)
Qarşı tərəfin cavab haqqını tanıyırıq.
Əvvəlki Yazı

30 il sonra ilk: buğda vaqonları Azərbaycan üzərindən İrəvana gedir

Növbəti Yazı

Qazaxda Zəfər Günününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

EKSKLUZİV

Qazaxda dövlət qulluqçusu yol verdiyi səhvə görə tutduğu vəzifədən azad olundu

Qazaxda dövlət qulluqçusu yol verdiyi səhvə görə tutduğu vəzifədən azad olundu

04 Fevral 2026 / 21:13
4
Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

04 Fevral 2026 / 11:08
15
“Türk Ədəbiyyatı” jurnalının Türkoloji Qurultayın 100-cü ildönümünə həsr etdiyi nömrəsi çap olunub

“Türk Ədəbiyyatı” jurnalının Türkoloji Qurultayın 100-cü ildönümünə həsr etdiyi nömrəsi çap olunub

03 Fevral 2026 / 18:40
18
Azərbaycan Yazıçılar Birliyinin üzvündən sədr Anara açıq MƏKTUB

Azərbaycan Yazıçılar Birliyinin üzvündən sədr Anara açıq MƏKTUB

03 Fevral 2026 / 13:56
10

XƏBƏR LENTİ

Qazaxda dövlət qulluqçusu yol verdiyi səhvə görə tutduğu vəzifədən azad olundu

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

“Türk Ədəbiyyatı” jurnalının Türkoloji Qurultayın 100-cü ildönümünə həsr etdiyi nömrəsi çap olunub

Azərbaycan Yazıçılar Birliyinin üzvündən sədr Anara açıq MƏKTUB

Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

Zaur Mikayılovdan Prezidentə ŞİKAYƏT olundu: Bizə BORC yığırlar, su pulunu HESABLAMIRLAR…

“Azərbaycanda gənclər üçün yeni imkanlar yaradılıb”

DTX-nın sonuncu əməliyyatı cəmiyyət və vətəndaşlar qarşısında hansı vəzifələr qoyur?

Qazaxda Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib – VIDEO

DİN qanunun və milli-mənəvi dəyərlərin keşiyində, yaxud “Bağçalı Saray əməliyyatı”na sözardı…

Kuba səfirliyində Kubanın Milli Qəhrəmanı Xose Martinlə bağlı tədbir

Ağstafa inkişaf yolunda: Seymur Orucuvun uğurlu rəhbərlik strategiyası

Mahalımızın sevimli qızi

“Araz” supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir

“Onların peşəkarlığı terror və təxribat cəhdləri qarşısında ən böyük səddir”

Bakıda 11-ci “ARPACHAY OPEN” beynəlxalq karate turniri keçiriləcək

Büdcədən oğurlanan, xalqdan çırpışdırılan pulların geri qaytarılması vacibdir

Ramiz Mehdiyevin kürəkəni Dubaydakı əmlakların taleyindən narahatdır

Qazaxda icra başçısı şəhid övladının hüzr mərasimində iştirak edib və ailəsinə başsağlığı verib

Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM

Ramiz Mehdiyevin kürəkəni ilə başlayan kabus: hədə-qorxu, milyonlar

Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad edilib

Qazaxda “20 yanvar – Müdrik xalqımızın qəhramanlıq salnaməsidir!” mövzusunda tədbir keçirilib

Mehdiabadda şəhidlərin xatirəsinə həsr olunmuş turnir keçirilib – FOTOLAR

Birinci Qarabağ müharibəsinin yaralarına çəkilən məlhəm…

İcra başçısı rayonda fəaliyyət göstərən uşaq bağçalarında olub

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Noyabr 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
« Okt   Dek »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.