Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı?

Noyabr 13, 2025
A A

REDAKTORUN SEÇİMİ

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

16 Fevral 26 / 12:42
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

13 Fevral 26 / 17:05
Poqonu sökülən generalın əmlaklar da əlindən alınır – NƏLƏRİ VARMIŞ, NƏLƏRİ…

Poqonu sökülən generalın əmlaklar da əlindən alınır – NƏLƏRİ VARMIŞ, NƏLƏRİ…

13 Fevral 26 / 15:49
Ukraynanın və Türkiyənin axtardığı Tahir Qarayev KİMDİR?

Ukraynanın və Türkiyənin axtardığı Tahir Qarayev KİMDİR?

12 Fevral 26 / 14:24
Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

04 Fevral 26 / 11:08

Ötən saylarımızda Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun qayınatası, Olympus Şirkətlər Qrupunun təsisçisi olduğu deyilən Əbülfəz Babayevə qarşı külli miqdarda dələduzluq etdiklərinə görə həbs olunan dəstə barədə məlumat vermişdik.

Cinayət işindən aydın olur ki, dəstə üzvləri Bakının müxtəlif ünvanlarında Əliyar Abbasovdan Türkiyə Respublikasının İstanbul şəhərində tikinti üçün torpaq sahəsinin alınması adı ilə ümumilikdə 2 milyon 550 min 150 manat pulunu 2022-ci ilin əvvəlindən 02.05.2024-cü il tarixinə kimi ələ keçiriblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə Cinayət Məcəlləsinin 178.4 (xüsusi külli miqdarda dələduzluq etmə), 193-1.2.3 (Şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və 228.4-cü maddəsi ilə təqsirləndirilən şəxslər Əliyar Abbasov, Ümid Abbasov, Asiman Əzizov, Məhərrəm İbrahimli, Pərvin Zeynallı, Ramal Əzimov və Xəyalə Hüseynovanın işinə baxılıb. Prosesin gedişində Ə.Babayevə vurulan zərər ödəndiyinə görə təqsirləndirilən şəxslərə şərti cəza verilib, onlar sərbəst buraxılıblar.

Maraqlıdır ki, cinayət işində zərərçəkmiş şəxs kimi Əbülfəz Babayev tanınıb. Lakin ölkə mətbuatının yazdığına görə, 2,5 milyon manat tək Əbülfəz Babayevə məxsus olmayıb. Belə ki, pulun çox hissəsi onun kürəkəni Vüqar Gülməmmədova məxsus olub. Sadəcə, Vüqar Gülməmmədovun prokurorluq orqanları ilə isti münasibətləri olduğundan, həmçinin vəzifəli şəxs olduğundan onun adı ittiham aktına salınmayıb. Onu da qeyd edək ki, keçmiş ədliyyə polkovniki olan Əbülfəz Babayevin  təsisçisi olduğu Olympus Şirkətlər Qrupu daha çox Olypus Park kimi tanınır. Özü də ölkə mətbuatında gedən saysız-hesabsız şikayətlərdən aydın olur ki, şirkət heç də yaxşı əməllərin sahibi deyil.

Olympus Park" və "Elit Park Kompleksi"nin relslər üzərində tikdiyi  hündürmərtəbəli binalar ciddi təhlükə yaradır - FOTOFAKT » XalqXeber.Az |  Son xeberler Azerbaycan xeberleri

Məlumdur ki, Azərbaycan Nazirlər Kabineti 2016-cı ildə Bakı şəhərində köhnəlmiş binaların sökülərək yerində müasirlərinin tikintisini nəzərdə tutan 86 saylı qərar imzalayıb. Qərara əsasən tikinti şirkətləri köhnə binaların sakinlərinə ədalətli kompensasiya ödənilməsi, yaxud yeni binada onlara daha geniş mənzillər verməklə onların köçürülməsinə nail olmalıdır. Pilot layihə adlanan proses başlananda ona ən aktiv qoşulanlardan biri də Olympus Park olub. Lakin şirkətin Bakının çoxsaylı ərazilərində köhnə binaları, qeyri-yaşayış tikililərini alan zaman, həmçinin aldıqdan sonra tikinti prosesi, köçürülən sakinlərə kirayə haqlarının verilməsi, onların həmin ərazidəki binadan mənzillə təmin olunması, binaların təhvil verilməsi müddəti ilə bağlı verdiyi vədlərin çoxuna əməl etməməsi kütləvi narazılıqlara səbəb olub.

Bakı sakinlərinin bir qrupunun şirkətdən şikayəti bu ilin iyununda mediada dərc olunub. Bakı şəhər sakinləri N.Əhmədova, Ə.Əliyeva, H.Novruzov, M.Məmmədov, Y.Həsənov, T.Hüseynova, İ.Rüstəmova, K.Quliyeva və digər sakinlər bildiriblər ki, “Olympus” park-tikinti şirkəti Bakı şəhərinin bir çox yerlərində yaşayış binaları tikir. AMEA-nın yanında iki bina, Nəsimi bazarının yerində 4 bloklu bina, Təbriz küçəsində 3 bloklu bina, 7-ci mkr-da, Bakı Şəhər Prokurorluğunun istintaq idarəsinin yaxınlığında 7 bloklu bina, Neapol dairəsi yaxınlığında 3 bloklu bina, Yasamalda 3 bloklu bina, Botanika bağının yaxınlığında 2 ədəd 18 mərtəbəli bina və s. yaşayış mənzillərinin tikintisini bu şirkət həyata keçirir. Amma necə? Sakinlərlə müqavilə bağlanır, pullar qəbul edilir, amma binaların tikintisi illərlə uzanır və sakinlər də evsiz-eşiksiz gözləməkdə davam edirlər. Tikilən tək-tük binaların da sakinlərinə hələ heç bir çıxarış verilməyib. Sakinlərin dediyinə görə, 1 ilə tikiləcəyi nəzərdə tutulmuş binalar, üstündən 5-6 il keçməsinə baxmayaraq, hələ də tamamlanmayıb. Şikayətçi N.Əhmədova Bakı-xəbər-ə deyib: “Biz müqavilə bağlayanda dedilər ki, tezliklə gözəl, yaraşıqlı, hər cür komfortu olan mənzillərdə yaşayacaqsınız. Biz də razılaşdıq ki, tezliklə kirayədə yaşamaqdan canımız qurtaracaq. Amma sən saydığını say, gör şirkətin rəhbəri Rəfael Qarayev və ətrafına yığdığı xalası uşaqları Anar və digərləri nə sayır? Biz artıq bu illər ərzində evə ödədiyimiz puldan iki dəfə artıq kirayə pulu ödəmişik. Biz nə vaxta qədər kirayədə yaşamalıyıq? Borc-xərc edib pul ödəmişik ki, nəhayət, bizim də öz evimiz olsun. Amma bu gedişlə, deyəsən, ömrümüzün axırına qədər kirayədə yaşamalı olacağıq”.

Olympus Park”ın Nobel layihəsi dayandırıldı — Qanunsuz söküntüyə görə

Y.Həsənov deyir: “Biz də kirayədə yaşayırıq. Inanırdıq ki, tezliklə bina tikilər və biz də öz mənzilimizdə yaşayarıq. Amma bu şirkətin rəhbəri Rəfael Qarayevin mədəsi doymur. Bizim pullarımızın hesabına özünə və xalası uşaqlarına cənnət həyatı qurub. Aldığımız məlumata görə, Goradildə 4 mərtəbə villası, şəhərin bir neçə yerində evi, neçə-neçə obyekti, Türkiyədə və Avropada evləri var və banklarda da pulları “n” qədərdir. Hazırda sürdüyü axırıncı model “Qalenvagen” markalı maşının qiyməti 550 min manatdır. Bunlar hamısı bizim pullarımızın hesabınadır. Görəsən, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi hara baxır? Gözlərinin qarşısında bu qədər qanunsuzluq baş verir. Amma heç bir tədbir görmürlər. Bizim şikayətimiz əsasında Nərimanov Rayon Prokurorluğunda cinayət işi qaldırılıb, amma nəticə yoxdur. Biz nə vaxta qədər küçələrdə qalmalı olacağıq?”

Maraqlıdır ki, sakinlər Rəfael Qarayevin təkcə onları yox, eyni zamanda bu şirkətə investisiya qoyan 35-dən yuxarı təsisçini də aldatdığını deyirlər. Amma nə məsələdirsə, təsisçilərdən heç biri ondan narazılığını bildirmir. Bəzi mətbu orqanlarda Olympus Park tikinti şirkətinin xarakterik fırıldaq piramidası qurduğu, iş adamlarının aldadılaraq sərmayələrinin mənsimsənildiyinə dair məlumatlar da yer alıb. Məlumatda “Olympus park”da piramida şəbəkəsinin başında şirkətin rəhbəri Rafael Qarayevin dayandığı, 40-a qədər ortağı olan Olympus Park şirkətinə tanınmış iş adamlarının aldadılaraq cəlb edildiyi qeyd olunur.

Hətta bir neçə il əvvəl məlum olub ki, R.Qarayevlə iş adamı, “Avesta” Konsernin rəhbəri Hacı İbrahim Nehrəmli arasında ciddi  borc qalmaqalı yaşanıb. Belə ki, H.İ.Nehrəmli Bakının Nəsimi rayonunda, “Zabitlər bağı”na yaxın ərazidə yerləşən torpağını R.Qarayevə 10 milyon manata satıb. Pulun bir hissəsini alsa da, 5 milyon manata yaxın vəsaiti uzun müddət ala bilməyib.

İ.Nehrəmli bu məsələ ilə bağlı 2022-ci ildə Demokrat.az-a deyib: “Bəli, həqiqətən də Rafael Qarayev bizə aid olan şirkətin ona satılması üçün müraciət etmişdi. Və belə razılaşdıq ki, şirkətin 50 faizini ona verək. O, ilkin 50 faizin ödənişlərini problemsiz icra etdi. İkinci 50 faizi isə ödəniş olmadan bizdən istədi və kişi sözü verdi ki, pulu vaxtında odəyəcək. Bundan sonra isə onunla əlaqə saxlamaq mümkün olmadı. Telefon zənglərimizə cavab vermədi. İndi də təsisçilərimiz ondan şikayətçidir. Pullarını geri alıb-almayacağı hələ ki sual altındadır. Hamı kimi mən də eşidirəm ki, Rafael Qarayevlə bağlı şikayətlər var, onun çoxsaylı şərikləri ilə olan münaqişəsini mən də eşitmişəm. Amma işin içərisində olmadığım üçün dəqiq bir söz deyə bilmirəm. Ancaq bu cür hərəkətləri iş adamına yaraşdırmıram”.

Daha sonra İ.Nehrəmlinin borcun tələbi ilə R.Qarayevə qarşı məhkəmə iddiası qaldırdığına dair məlumatlar yayılsa da, prosesin nəticəsi açıqlanmadı. Lakin R.Qarayevin özünə qarşı edilən bir dələduzluq işi üzrə məhkəmə prosesi qərarla yekunlaşıb. Belə ki, R.Qarayev Türkiyə səfirliyinin yaxınlığındakı torpaq sahəsini almaq istəyərkən aldadılıb. O, 1 milyon 890 min manatlıq dələduzluğa məruz qaldığını iddia edərək hüquq-mühafizə orqanlarına müraciət edib. İş adamına qarşı dələduzluqda ittiham olunan şəxsin İnam Cəfərov olduğu bildirilir.

Rafael Qarayevin şikayətindən sonra cinayət işi açılıb. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs R.Qarayevin zərərinin 1 milyon 400 min manatını geri qaytarıb. Qalan məbləğə görə tərəflər arasında razılığın olduğu bildirilir.

Təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb və ona şərti cəza verilib.

Tanış ssenaridir, deyilmi: Əbülfəz Babayev və onun təsisçisi olduğu şirkətin rəhbərinə qarşı qarşı dələduzluq edənlər dərhal tapılır, məsuliyyətə cəlb olunur, zərərləri qarşılanır. Lakin Olympus Park-ın aldatdığı yüzlərlə vətəndaş, hətta iş adamlarının narazılığına, şikayətlərinə baxan yoxdur. Aydın məsələdir ki, bu imtiyaz nə Ə.Babayevin, nə də R.Qarayevindir – imtiyaz onların arxasında duran V.Gülməmmədovundur. Məhz Hesablama Palatasının geniş səlahiyyətlərinə arxalanan V.Gülməmmədova görə heç kim Olympus Park-ın əməllərini araşdırıb hüquqi qiymət vermək istəmir. Məhz bu himayəyə görə şirkət və ona rəhbərlik edən şəxs jurnalistlərin üstünə qoçu göndərir. Həmin jurnalist isə “Yeni Müsavat”ın əməkdaşı İlkin Muradov idi.

2021-ci ildə şirkətin qanunsuzluqları ilə üzləşən vətəndaşların, iş adamlarının şikayətini araşdıran jurnalistimiz V. Gülməmmədova arxalanan R.Qarayevin başına yığdığı qohumları tərəfindən təhdid olunmuşdu.

Məsələ ilə bağlı ətraflı məlumat bu linkdə: https://www.musavat.com/news/olympus-park-rehberinin-dayisi-oglu-sirketle-bagli-yazilan-yaziya-gore-yeni-musavat-in-emekdasini-hedeledi-foto_829725.html

Olympus Park V.Gülməmmədova arxalanan insanların törətdiyi və cəzasız qaldığı qanunsuzluqların mahiyyətini açan bariz nümunədir. Lakin Hesablama Palatası kimi geniş səlahiyyətlərə malik qurumun rəhbərinin öz mövqeyindən sui-istifadəsinə dair yeganə nümunə deyil.

Ardı var

Musavat.com

Əvvəlki Yazı

Qəzaya uğrayan Türkiyə təyyarəsi ilə bağlı SON DƏQİQƏ XƏBƏRİ – Bu gün səhər…

Növbəti Yazı

Həbsdəki eks-generalın istintaqdan gizlətdiyi əmlakı üzə çıxdı

EKSKLUZİV

İcra başçısı Azərbaycan çempionatında uğur qazanmış idmançı ilə görüşüb

İcra başçısı Azərbaycan çempionatında uğur qazanmış idmançı ilə görüşüb

16 Fevral 2026 / 22:41
2
Bakını duman BÜRÜYƏCƏK: Fevralın 17-nin hava PROQNOZU

Bakını duman BÜRÜYƏCƏK: Fevralın 17-nin hava PROQNOZU

16 Fevral 2026 / 13:50
0
1,3 və 5 qəpiklə bağlı mühüm açıqlama

1,3 və 5 qəpiklə bağlı mühüm açıqlama

16 Fevral 2026 / 12:47
1
Tehranın BOMBALANMASI an məsələsi

Tehranın BOMBALANMASI an məsələsi

16 Fevral 2026 / 12:46
0

XƏBƏR LENTİ

İcra başçısı Azərbaycan çempionatında uğur qazanmış idmançı ilə görüşüb

Bakını duman BÜRÜYƏCƏK: Fevralın 17-nin hava PROQNOZU

1,3 və 5 qəpiklə bağlı mühüm açıqlama

Tehranın BOMBALANMASI an məsələsi

“İlham Əliyevin Cənubi Qafqazda inşa etdiyi sülh və təhlükəsizlik arxitekturası bütün dünya üçün nümunədir”

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Epşteyn işi ilə bağlı 300 tanınmış şəxsin ​siyahısı dərc edildi

Azərbaycanın növbəti qələbəsi: “artsax” sözü Qış Olimpiya Oyunlarında silindi

Tel-Əvivdə və Qüdsdə Azərbaycan-İsrail kinematoqrafçılarını birgə filmi təqdim olundu (FOTO)

Bakıda şirkət rəhbəri işçiləri “blok”a atdı: Qanunsuz əməlləri ifşa olundu

Süni mayalanma, süni qida, süni intellekt – Salam, süni dünya

Xaricdə təhsil vədləri, yarımçıq qalan ümidlər – Şikayətlər artır

Yadplanetlilər var – Obamadan etiraf

İran ABŞ ilə barışır?

İŞSİZ VƏ AZTƏMİNATLI ƏHALİNİN HESABINA KOMFORT… – Və ya sosial qurumlar ixtisara düşənlərlə niyə maraqlanmır?

BU ƏRAZİLƏRDƏKİ BİNALAR DA SÖKÜLƏCƏK – 2700 manat kompensasiya təklif edilir

Ən çox maaş alan futbolçular – Siyahı

Rəsmi İrəvan ermənilərin qarşısında net seçim qoydu: ya sülh, ya…

Yer yeni fəlakətlərin astanasında — HƏYƏCAN TƏBİLİ

Azərbaycanın avtomobil bazarında kəskin dönüş

Böyük qarşıdurmanın anonsu verildi

MTN generalı Mövlam Şıxəliyev əmlaklarını qorumaq üçün dövləti aldadır? – SENSASİON TƏFƏRRÜAT

“Prezident İlham Əliyevin “France 24”-ə müsahibəsi sübut etdi ki, Azərbaycanın hər bir dövlətə münasibəti adekvat olacaq”

Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

FƏLAKƏT HƏDDİNƏ ÇATAN DEMOQRAFİK BÖHRAN – Azərbaycanın milli təhlükəsizliyi təhlükə altındadır

SON 15 İLDƏ PENSİYA NƏ QƏDƏR ARTIB, ƏRZAQ NƏ QƏDƏR BAHALAŞIB? – Və ya pensiyaçıları narazı salan nədir? + RƏQƏMLƏR

“ETO MEXTİYEV RAMİS…” – Xəyanət milyonları Mehdiyevi nədən xilas edəcək?

Putin Abbas Abbasovu Bakıya verəcəkmi?

Poqonu sökülən generalın əmlaklar da əlindən alınır – NƏLƏRİ VARMIŞ, NƏLƏRİ…

Məşhur ABŞ nəşrindən İNANILMAZ xəta: “Cənubi Qafqaz Rusiyadır…”

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Noyabr 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
« Okt   Dek »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.