Bu iddiaların fonunda ictimaiyyətdə xüsusilə bir sual kəskin şəkildə gündəmə gəlib: “Ramiz Mehdiyevin arvadına bağlı yeni şirkət niyə indi üzə çıxır və niyə bu qədər gizli saxlanılıb?” Müşahidə etsək “Əhmədli Rentekar” ətrafında baş verənlər sıradan bir biznes qalmaqalından daha çox, şəbəkə xarakteri daşıyan əlaqələr zəncirinə işarə edir.
Son günlər Bakıda fəaliyyət göstərən “Əhmədli Rentekar” adlı avtomobil icarəsi şirkəti ətrafında yeni qalmaqallı iddialar yayılıb. Etibarlı mənbələrdən əldə edilən məlumatlara görə, şirkətin sahibi kimi tanınan Emil Həsənov müxtəlif məclislərdə və biznes dairələrində özünü Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyevin qohumu kimi təqdim etməsi ilə gündəmə gəlib.
Mənbələrin iddiasına əsasən, Emil Həsənov bu iddianı istifadə edərək bəzi şəxslərlə münasibətlərində qeyri-etik davranışlara yol verib və bu yolla özünə süni nüfuz qazandırmağa çalışıb. Bildirilir ki, onun bu cür hərəkətləri bir sıra çevrələrdə narazılıq və inamsızlıq yaradıb.
Şirkətin arxasında dayanan adlar
Mühacirət.com-un əldə etdiyi məlumatlara görə, “Əhmədli Rentekar” şirkətinin balansında olan avtomobillərin əksəriyyəti Sevda Həsənova adlı qadının adına rəsmiləşdirilib. Mənbə bildirir ki, bu şəxsin əsl kimliyi və mənşəyi ilə bağlı ziddiyyətli məlumatlar mövcuddur. Qeyri-rəsmi məlumatlara əsasən, onun əsil adını dəyişdirdiyi və erməni əsilli olduğu iddia edilir. Lakin bu məlumatlar rəsmi təsdiqini tapmayıb.
İddialarda həmçinin Emil Həsənovun bəzi hallarda özünü Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva ilə qohumluq əlaqəsi olan şəxs kimi təqdim etdiyi də qeyd olunur. Bu iddianın onun müəyyən biznes əlaqələrində imtiyaz qazanmasına səbəb olduğu bildirilir.
Əlavə adlar da gündəmdə
Məlumatlarda bu məsələ ilə əlaqədar Əli Aşırov və Aydın Aşırov adlı şəxslərin də adlarının hallandığı qeyd olunur. Onların “Əhmədli Rentekar” şirkəti ilə əməkdaşlıq və ya əlaqə içində olduqları iddia edilir. Lakin bu şəxslərdən heç biri məsələ ilə bağlı ictimai açıqlama verməyib.
Rəsmi münasibət yoxdur
Hazırda nə “Əhmədli Rentekar” şirkəti, nə də Ramiz Mehdiyevin ailə üzvləri yayılan məlumatlara rəsmi mövqe bildirməyib.
Sözügedən iddialar sosial mediada və ictimai mühitdə geniş rezonans doğurub. Mövzu ilə bağlı hüquq-mühafizə orqanlarının və ya aidiyyəti dövlət qurumlarının hər hansı araşdırma aparıb-aparmadığı barədə hələlik rəsmi məlumat açıqlanmayıb.
Və son olaraq şəkilə diqqət!
Bu görüntü açıq şəkildə sosial dəyərləri təhrif edən, gəncləri məsuliyyətsizliyə və bayağı düşüncəyə sövq edən bir reklam nümunəsidir. Lüks avtomobillərin nümayişi bir yana, reklam mətni açıq-aşkar qadınları obyektləşdirən, insan münasibətlərini maddiyyata bağlayan, səviyyəsiz və əxlaqi dəyərləri pozan mesaj ötürür. Belə ifadələrin kommersiya məqsədli reklamlarda istifadəsi nə peşəkarlığa, nə etikaya, nə də ictimai norma və dəyərlərə uyğundur. (Reklam agentliyi hara baxır? Bu ayrı bir mövzudur)
Mühacirət.com qarşı tərəflərin də mövqeyini dərc etməyə hazırdı.









