Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Redaktorun Seçimi

Nurlan Həsənovun Sloveniya macərası: İşin içində Abdin Fərzəliyev də var?

Noyabr 4, 2024
A A

REDAKTORUN SEÇİMİ

Ərdoğan Laçında bu mahnını Çinarə ilə birgə oxudu – Video

Ərdoğan Laçında bu mahnını Çinarə ilə birgə oxudu – Video

30 May 25 / 14:00
Sumqayıtda bələdiyyə oyunları: Zakir Fərəcov kimi nə vaxt seçəcəyini özü bilir?

Sumqayıtda bələdiyyə oyunları: Zakir Fərəcov kimi nə vaxt seçəcəyini özü bilir?

21 May 25 / 10:58
Sumqayıtda 2 il öncə ağacları kəsdi, indi obyekt tikdirir -FOTO

Sumqayıtda 2 il öncə ağacları kəsdi, indi obyekt tikdirir -FOTO

08 May 25 / 11:46
Məzahir Pənahovun keçmiş gəlininin acı hekayəsi – “Görünür ki, çox tərbiyəsiz oğul böyüdüb”

Məzahir Pənahovun keçmiş gəlininin acı hekayəsi – “Görünür ki, çox tərbiyəsiz oğul böyüdüb”

06 May 25 / 13:00
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –TƏFƏRRÜAT

Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –TƏFƏRRÜAT

01 May 25 / 13:11

Baş məsləhətçinin COP29 ərəfəsində xaricə üz tutmasına səbəb nədir?

Abşeron Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Nurlan Həsənov Sloveniyaya gizli səfər edib.  İcra başçısı Abdin Fərzəliyevin sağ əli olan Nurlan Həsənovun COP29 ərəfəsində “qürbətə” üz tutmasının səbəbləri isə olduqca ilgincdir.

COP29 vacibdir, pul isə ondan da vacib…

Nurlan Həsənovun Sloveniya səfərində əsasən iki məqsəd var ki, bunlardan biri baş məsləhətçinin bu ölkədə Azərbaycan pulları hesabına qurduğu böyük biznes şəbəkəsidir. Bununla bağlı cumhuriyyet.az bildirir ki, uzun illərdir ki, ölkədən külli miqdarda valyuta çıxaran və bu pullarla Avropanın bir sıra ölkəsində, o cümlədən Sloveniyada cah-cəlal quran Nurlan Həsənov, Qərb ölkələrində öz biznes imperiyasını sürətlə genişləndirməkdədir. Baş məsləhətçinin COP29 ərəfəsində Sloveniyaya gizli səfəri də sahibi olduğu biznesin mövcud durumunu yerindəcə yoxlamaq, biznes siyasətində müəyyən dəyişikliklər etmək istəyi ilə bağlıdır. Görünən odur ki, başda Prezident İlham Əliyev də daxil olmaqla bütün ölkənin COP29 tədbirlərinə səfərbər olduğu bir zamanda, Nurlan Həsənov şəxsi biznesinin qayğısına qalmağı daha vacib hesab edir. Görünür baş məsləhətçi COP29-u vacib hesab etsə də, şəxsi gəlirini ondan daha vacib və təxirəsalınmaz hesab edir.

Nurlan Həsənov ölkədən sadəcə pul deyil, həm də informasiya çıxarır?

Nurlan Həsənovun Sloveniya səfəri ilə bağlı ilginc məqamlardan biri də baş məsləhətçinin bu və digər Avropa ölkələrində bəzi şəxslərlə müəyyən görülər keçirməsi, ölkə ilə bağlı bir sıra informasiyaları onlara çatdıra biləcəyi ilə bağlıdır. Heç kimə sirr deyil ki, bu gün bir sıra xarici ölkələr, eləcə də xaricdəki söyüş müxalifəti ölkəmizə qarşı informasiya müstəvisində müəyyən təxribatlaırn törədilməsində maraqlıdır. Bu baxımdan Nurlan Həsənov tərəfindən bu dairələrə verilə biləcək hər hansı bir informasiya ölkəmizə qarşı informasiya hücumları üçün zəmin yarada bilər. Ona görə də Nurlan Həsənovun Sloveniya səfəri və bu səfərin arxasında dayanan səbəblərlə bağlı əlaqədar dövlət qurumlarının əsaslı araşdırmalar aparması faydalı olar.

Nurlan Həsənovun müəmmalı keçmişi

Mediada yer alan digər bir iddia isə xüsusilə diqqət çəkir. Belə ki, Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin qaçırılaraq oğurlanması, daha sonra yoxa çıxması ilə bağlı Elşad Abdullayevin ictimaiyyətlə paylaşdığı məlumatların birində göstərilir ki, ondan qardaşının azadlığa buraxılması üçün 500 000 ABŞ dolları tələb edilib. Bu tələblə bağlı danışığın həyata keçirilməsi üçün Arzu Kazımovskinin tövsiyyəsi ilə İçəri Şəhərdə ofisdə görüş baş tutub. Həmin görüşdə özünü idmançı kimi təqdim edən Nurlan Həsənov pulun tələb edilməsi ilə yanaşı Mahir Abdullayev haqqında etik olmayan ifadələr də işlədib. Nurlan Həsənov Arzu Kazımovskiyə bildirib ki, “Mahir Abdullayev qorxudan şalvarını doldursa da hələ dözür”. Elşad Abdullayevin dediyinə görə bunu deyən Nurlan Həsənov Mahir Abdullayevin oğurlanması və qarşılığında pul tələb olunması ilə bağlı rolunu etiraf etmiş olub. Elşad Abdullayevin bildirdiyinə görə O özü bu danışığa şahidlik edib. Cumhuriyyet.az bu məlumatlara istinadən bildirir ki, o zaman Baş Prokurorluq Nurlan Həsənovla bağlı axtarış elan etsə də məsələ ört basdır edilib.

Abdin Fərzəliyevlə biznes ortaqlığı

nu da bildirək ki, N.Həsənov haqda ölkə mediasında ilginc iddialar səslənib. Bununla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar zamanı rast gəlinən məlumatlara görə, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin şikayətinə görə, Əhməd Rəcəbli küçəsi, 46 ünvanında yerləşən “Əlillər evi”innin ərazisini zəbt edən Nurlan Həsənov burda atası Həsən Həsənova və bacısı Südabə Həsənovaya villalar tikib. Digər bir məlumata görə isə Səbayel Rayon Məhkəməsinin sədri Ağamalı Qafarov paytaxtda sahib olduğu mülkləri Abdin Fərzəliyevin yaxın adamı kimi Nurlan Həsənov idarə edib. Bu məlumata əsasən cumhuriyyet.az olaraq apardığımız araşdırmalar zamanı öyrəndik ki, icra başçısının həmyerlisi olan Nurlan adlı şəxs yaşca Abdin Fərzəliyevdən kiçik olsa da, onun ən etibarlı adamı kimi tanınıb və icra başçısının qeyri-rəsmi işlərinə rəhbərliyi məhz bu şəxs həyata keçirir. Mənbənin sözlərinə görə bütün “qara işlər”ə Fərzəliyevin “sağ əli”, faktiki, özünü birinci müavin kimi aparan icra hakimiyyətinin hüquqşünası Nurlan Həsənov rəhbərlik edir. O, ortada çox görünməsə də, hər kəs bilir ki, Nurlan Həsənov Fərzəliyevin “sağ əli” olmaqla, onun bütün “işlərilə” şəxsən özü məşğul olur.(N.Həsənovun karyera yüksəlişi, mükafatlandırılması və ivra başçısı ilə əlaqələri haqda daha ətraflı növbəti yazımızda bəhs edəcəyik). “Nərimanov RİH-də adi (?) vəzifədə işləyən Nurlan Həsənov bütün bu işlərində A.Fərzəliyevə kömək etməklə yanaşı, həm də başçının şərikidir” deyə mənbə qeyd edir: “Bu cütlüyün təkcə “Erməni qəbiristanlığı”nda onlarla obyektləri var”.

Əvvəlki Yazı

“Shaurma №1” şəriki Aqil Babayevin məhkəmə işində nələr aşkarlanır

Növbəti Yazı

Vətən müharibəsi şəhidi Niftalı Qocayevin ildönümündə əziz xatirəsi ehtiramla anılıb

EKSKLUZİV

Millət vəkili Səməd Seyidov və icra başçısı Rəcəb Babaşov səhiyyə işçiləri ilə görüşüb

Millət vəkili Səməd Seyidov və icra başçısı Rəcəb Babaşov səhiyyə işçiləri ilə görüşüb

04 İyun 2025 / 11:29
1
Özünü iş adamı kimi qələmə verən Oqtay Əliyev sahibkarların cibinə və dövlətin büdcəsinə necə “girir”?

Özünü iş adamı kimi qələmə verən Oqtay Əliyev sahibkarların cibinə və dövlətin büdcəsinə necə “girir”?

04 İyun 2025 / 11:28
18
İran bu yatağa iddia edir – Ərəb ölkələrindən cavab

İran bu yatağa iddia edir – Ərəb ölkələrindən cavab

03 İyun 2025 / 15:15
0
Metroda gedişhaqqı ilə bağlı YENİLİK

Metroda gedişhaqqı ilə bağlı YENİLİK

03 İyun 2025 / 15:00
3

XƏBƏR LENTİ

Millət vəkili Səməd Seyidov və icra başçısı Rəcəb Babaşov səhiyyə işçiləri ilə görüşüb

Özünü iş adamı kimi qələmə verən Oqtay Əliyev sahibkarların cibinə və dövlətin büdcəsinə necə “girir”?

İran bu yatağa iddia edir – Ərəb ölkələrindən cavab

Metroda gedişhaqqı ilə bağlı YENİLİK

İstanbulda mühüm razılaşmalar əldə olundu – Peskov

Attestatla bağlı heç bir ödəniş tələb edilə bilməz – MÜTDA

Əliyevlə Tokayev bir-birini təbrik etdi

META İranın əleyhimizə fəaliyyət göstərən 60 səhifəsini sildi

Medvedyev təhdid etdi: Qisas qaçılmazdır

Güclü küləyə görə bu işlər dayandırıldı – SOCAR

Prezident sərəncam imzaladı

TƏKRAR GƏNCLƏŞMƏNİN SİRRİ TAPILDI – MARAQLI KƏŞF

Millimizin 3 üzvü koronavirusa YOLUXDU

Bu şəxslərə 1600 manat verilir

Bakıda külək əsəcək, rayonlarda yağış yağacaq – SABAHIN HAVASI

Ceyhun Bayramov Keniyanın Baş naziri ilə görüşüb

Qabillə bağlı həbs qərarı verildi

Güclü külək Bakıda 16 ağacı aşırdı

Ordumuz “düşmən” hədəflərini məhv etdi – Video

Oxuyub-yazmağı bacarmayan şagirdlərin sayı…

Güclü külək nə vaxt kəsəcək?

Ötən ay dövlət sərhədini pоzan 20 əcnəbi saxlanılıb

DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

Ötən gün bank kartlarından 6 min manata yaxın pul oğurlanıb

Azərbaycan nefti 4%-ə yaxın bahalaşıb

İcra başçısı “Əsədoğlu Group” MMC-yə məxsus müəssisənin təsərrüfat sahəsinin fəaliyyəti ilə tanış olub

İyunun 1-də quru sərhədlər açılacaq?

Ceki Çan qara kəmərə layiq görüldü

Aparıcı Elgiz ölümdən döndü

“Araz-Naxçıvan”ı “Neftçi”yə dəyişir

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Noyabr 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930  
« Okt   Dek »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.