Siyasət

İstintaq bitəndən sonra Ramiz Mehdiyevi nələr gözləyir? - ŞOK AÇIQLAMA

20

“Ramiz Mehdiyevin istintaq müddəti başa çatdıqdan sonra ona qarşı hansı qərarın qəbul ediləcəyi hazırda qeyri-müəyyəndir”. Bu fikirləri politoloq Əli Mustafa Kontakt.az-a açıqlamasında səsləndirib.

Ekspert bildirib ki, prosesin nəticəsini əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil: “İstintaqın gedişindən, ortaya çıxacaq fakt və dəlillərdən çox şey asılıdır. Yəqin ki, istintaq başa çatdıqdan sonra vəziyyət tam dəqiqləşəcək. Vaxtın uzadılıb-uzadılmayacağı, yaxud qətimkan tədbirinin dəyişdirilməsi istintaq orqanlarının səlahiyyətində olan məsələlərdir. Bütün bunlar yalnız müddətin sonunda məlum olacaq”.

Politoloqun sözlərinə görə, yekun qərar istintaqın topladığı materiallara əsasən veriləcək.

Oxşar xəbərlər

↑