Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

İcra başçısı qazinin müalicəsini nəzarətə götürüb

Yanvar 17, 2026
A A

REDAKTORUN SEÇİMİ

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

02 Mart 26 / 11:01
1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

17 Fevral 26 / 7:23
Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

16 Fevral 26 / 12:42
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

13 Fevral 26 / 17:05
Poqonu sökülən generalın əmlaklar da əlindən alınır – NƏLƏRİ VARMIŞ, NƏLƏRİ…

Poqonu sökülən generalın əmlaklar da əlindən alınır – NƏLƏRİ VARMIŞ, NƏLƏRİ…

13 Fevral 26 / 15:49

Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu 5 il əvvəl döyüş meydanında tarixi qələbə qazandı. 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlayan düşmən döyüş meydanında Azərbaycan Ordusunun gücünü, qüdrətini gördü. Hərbçilərimiz, əsgərlərimiz göstərdikləri şücaətlə, qəhrəmanlıqla bütün dünyaya sübut etdilər ki, Azərbaycanın güclü ordusu var. 44 günlük müharibədə döyüş meydanında misilsiz igidlik nümunələri göstərən qəhrəman Vətən oğulları Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şəhidlərimizin qisasını alaraq onların qanını yerdə qoymadılar. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı qanları ilə tarix yazan qəhrəman oğullarımızın sayəsində Xankəndi və Xocalı şəhəri separatçılardan təmizləndi, Azərbaycan dövləti suverenliyini tam bərpa etdi. Bu gün doğma Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda, işğaldan azad olunmuş digər torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Bu gün qalib Azərbaycan xalqı işğaldan azad olunmuş şəhərlərin azad olunduğu tarixləri xüsusi gün olaraq qürurla qeyd edir. Artıq xalqımız ölkə başçısının müvafiq sərəncamlarına əsasən hər il sentyabrın 20-sini Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi də qeyd edəcəklər. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun bəxş etdiyi bu möhtəşəm Qələbənin sevincini hər bir azərbaycanlı bu gün də böyük qürur hissi ilə yaşayır. Qazandığımız bütün bu tarixi nailiyyətlərə görə Ali Baş Komandana, onun rəhbərliyi altında bizləri Qələbə ilə sevindirən Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda canından keçən qeyrətli, cəsur oğullarımıza, şəhidlərimizə, qazilərimizə bir ömür boyu minnətdar olacağıq.

Bəli, bu gün qürurla deyə bilirik ki, qazandığımız bütün Qələbələr şəhidlərimizin qanı, canı, qazilərimizin sağlamlığı bahasına əldə edildi. Şanlı Zəfəri bizlərə bəxş edən şəhidlərimizin ailələrinə, yaralı döyüşçülərə, müharibə əlillərinə, iştirakçılarına qayğı göstərmək vətəndaş olaraq hər birimizin ən ümdə işi olmalıdır. Hər an torpaqlarımızın düşmən tapdağından azad olunmasında canını fəda edən əsgər və zabitlərimizə, hərbçilərimizə minnətdar olmalı, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyməliyik. Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə hər zaman qürur duymalı, onları tanımalı və tanıtmalıyıq.

Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhidlərimizin ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri dövlət qayğısı Qazax rayonunda da hər zaman yüksək səviyyədə hiss olunur, bu qayğı görülən işlərdə, həyata keçirilən tədbirlərdə öz real əksini tapır.

Rəhbər təyin olunduğu ilk gündən şəhidlərimizin xatirəsini əziz tutan, onların ailə üzvlərinə, hərbçilərimizə, qazilərimizə, yaralı əsgər və zabitlərimizə daim qayğı ilə yanaşan rayon rəhbərliyi bu gün də öz ənənəsinə sadiq qalaraq xeyirxah əməlini davam etdirir. Hər zaman şəhid ailələrinin, qazilərimizin yanında olaraq onlardan qayğısını əsirgəmir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov 2-ci dərəcəli Vətən müharibəsi əlili, Respublika Prezidentinin müvafiq sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Cəsur döyüşçü”, eləcə də “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş Adıgözəlov Vüsal Bəşir oğlunu da daim diqqətdə saxlayır, onun səhhəti, qayğıları ilə maraqlanır. İcra başçısının bu gün qazimizlə birlikdə Bakı şəhərində xəstəxanada olması, onun səhhəti ilə bağlı həkimlərin fikrini öyrənməsi, müalicəsini Qazax Rayon İcra Hakimiyyəti olaraq öz üzərinə götürməsi həmin qayğının bariz nümunəsidir.

Qazimiz Vüsal Adıgözəlov hər zaman şəhid ailələrinə, qazilərə göstərilən diqqətə, qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirir. Daim onun qayğıları ilə maraqlanan rayon rəhbərliyinə razılığını ifadə edir.

Məlumat üçün qeyd edək ki, Adıgözəlov Vüsal Bəşir oğlu 20 dekabr 1989-cu ildə Qazax rayonunun Bağanıs Ayrım kəndində anadan olub. Qazax rayon İslam Nəsibov adına Aşağı Əskipara kənd tam orta ümumtəhsil məktəbi bitirib. Orta təhsillidir. 2014-cü ilin avqust ayından N saylı hərbi hissədə xidmətə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) olaraq başlamışdır. 10 oktyabr 2020-ci il tarixdə Füzuli-Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak etmiş və 17 oktyabr 2020-ci il tarixdə Füzuli rayonu ətrafında gedən döyüşlərdə ayağından 1, qarından 7, beldən 3, sağ qol bazudan 3 qəlpə yarası almışdır. 17.10.2020-ci il tarixdə Füzuli rayonunda ilkin tibbi yardım göstərilmiş və iki dəfə əməliyyat olunmuşdur, vəziyyəti pisləşdiyi üçün Bakı Şəhər Hərbi Hospitala aparılmış 1 gün orda müalicə olunmuşdur. Səhhəti ilə əlaqədar 19.10.2020-ci il tarixdən Bakı Sağlamlıq Mərkəzində müalicəsini davam etdirmiş və iki dəfə əməliyyat olunmuşdur. 24.12.2020-ci il tarixdən Qazaxa gəlmişdir. Hərbi hissədən tərxis olub. 14.07.2021-ci il tarixdə II qrup əlillik dərəcəsi təyin edilmişdir. 2023-cü ildə bağırsağından, 2024-cü ildə sol ayağından, 2025-ci ildə sol ayağının dizdən aşağı hissəsindən əməliyyat olunmuşdur. Qazimizə 16.12.2023-cü il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Xəzər LADA” markalı avtomobil verilib. 2022-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu Xocasən qəsəbəsində 3 otaqlı mənzillə təmin olunub. Ailəlidir, 3 övladı var. Ölkə Prezidentinin müvafiq sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Cəsur döyüşçü”, eləcə də “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.

Əvvəlki Yazı

Nazir qazaxlıları təbrik etdi

Növbəti Yazı

Vəhdət Partiyası 20 Yanvar şəhidlərinin ailələri ilə görüş keçirdi – Tədbirdə təsirli anlar yaşandı

EKSKLUZİV

Qazax idman paytaxtı seçildi: Şəhər bu statusa nə dərəcədə hazırdır?

Qazax idman paytaxtı seçildi: Şəhər bu statusa nə dərəcədə hazırdır?

03 Mart 2026 / 9:55
2
İpoteka kreditləşməsi üçün banklara yeni limitlər ayrıldı

İpoteka kreditləşməsi üçün banklara yeni limitlər ayrıldı

02 Mart 2026 / 16:21
0
“Azəriqaz”ın milyonlarla borcu yarandı

“Azəriqaz”ın milyonlarla borcu yarandı

02 Mart 2026 / 16:20
1
İlahi Eşq: Əbədiyyətin sirri və ədəbiyyatın nəfəsi

İlahi Eşq: Əbədiyyətin sirri və ədəbiyyatın nəfəsi

02 Mart 2026 / 14:21
5

XƏBƏR LENTİ

Qazax idman paytaxtı seçildi: Şəhər bu statusa nə dərəcədə hazırdır?

İpoteka kreditləşməsi üçün banklara yeni limitlər ayrıldı

“Azəriqaz”ın milyonlarla borcu yarandı

İlahi Eşq: Əbədiyyətin sirri və ədəbiyyatın nəfəsi

İsrail daha bir ölkədə hərbi əməliyyatlara başladı – TƏCİLİ

İran YOL ayrıcında – REJİM dəyişikliyi, yoxsa sistemdə İSLAHAT…

İranın bombaladığı ölkələr və itkilərin sayı – SİYAHI

Bu il Azərbaycanda referendum gözlənilir – nələr dəyişəcək?

Neftin qiyməti kəskin bahalaşdı

Tikinti şirkətlərinin özbaşınalığına son: Kompensasiya necə ödənilməlidir?

17 gün İŞ OLMAYACAQ – Həmin TARİXLƏR

Hərbi rəhbərlərin ölümü TƏSDİQLƏNDİ

Universitetlərdə dərs müddəti azaldılmalıdır?

İranla bağlı GİZLİ STRATEGİYA üzə çıxdı, Putin Tehrana… — ŞOK DETALLAR

DÜNYADA UCUZLAŞIR, BİZDƏ BAHALAŞIR… – Azərbaycanda ərzağın qiyməti niyə enmir?

Bu siqaret şirkətlərinin bazarı öldü – SƏBƏB

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

İran danışıqlara gedir, ya yox? – Ziddiyyətli açıqlamalar

ŞAD XƏBƏR: Onlara da ünvanlı sosial yardım veriləcək

SEPAH Məsud Pezeşkianı kənarlaşdırıb, yoxsa onun səlahiyyətləri artıb?

Tarix, diplomatiya və yaddaş: Memorial Soyqırımı Muzeyində müzakirə

Cəmil Həsənli Ramiz Mehdiyev haqqında 6 il əvvəl

“Bismillah”sız heç bir iş görməyən Faiq Balabəyli…

Ramazan və Novruz bayramları ərəfəsində Qazax rayonunun qəbiristanlıqlarında iməcilik keçirilib

Millət vəkili Fəzail İbrahimli Masallıda seçici qəbulu həyata keçirib

“Azərbaycanın Sülh Şurasına yaradıcı üzv statusu ilə qoşulması dövlətimizin və Prezidentimizin nüfuzundan xəbər verir”

Prezidentin təhlükəsizliyi milli hüququn mütləq tələbidir – Vəhdət partiyasından Vaşinqton insidentinə sərt reaksiya

“Mədəniyyət və Yaradıcı Sənayelər üzrə Xüsusi Təqaüd Proqramı – Gələcək üçün tarixi fürsət”- Aisa Aslanova

DİN-nin narkortiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəsi təqdirəlayiqdir

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Yanvar 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Dek   Fev »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.