Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Siyasət

YAP-ın yaranmasından 32 il ötür

Noyabr 21, 2024
A A

REDAKTORUN SEÇİMİ

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

18 Aprel 26 / 13:18
Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

14 Aprel 26 / 11:05
Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

02 Mart 26 / 11:01
1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

17 Fevral 26 / 7:23
Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

16 Fevral 26 / 12:42

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) ilk təsis konfransından 32 il ötür.

Cumhuriyyet.az-ın məlumatına görə, 1992-ci ilin 16 oktyabrında Azərbaycanın düşdüyü çətin siyasi, iqtisadi və sosial böhrandan çıxış yolu axtaran ictimaiyyətin tanınmış şəxslərindən 91 nəfərin imzası ilə həmin vaxt Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri vəzifəsində çalışan Heydər Əliyevə müraciət göndərilib. Müraciətdə ölkədəki ağır vəziyyətdən bəhs edilir, Heydər Əliyevdən öz zəngin təcrübəsinə əsaslanaraq, yeni yaranacaq partiyaya rəhbərlik etmək xahiş olunurdu.

24 oktyabr 1992-ci ildə Heydər Əliyev ziyalıların müraciətinə cavab verərək, təklifi qəbul etdiyini bildirib.

Beləliklə, Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu ilk konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə Naxçıvanda keçirilib. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul edib. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın sədri seçilib. Eyni zamanda, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçilib.

YAP Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən sağ mərkəzyönümlü siyasi partiyadır.

YAP-ın Proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsidir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş olur.

Yeni Azərbaycan Partiyası 1992-ci il dekabr ayının 18-də Ədliyyə Nazirliyində qeydiyyata alınıb.

YAP sədri Heydər Əliyev 1993-cü il oktyabrın 3-də prezident seçilib. 1995-ci ilin noyabr ayının 12-də çoxpartiyalı sistem əsasında ölkədə ilk dəfə keçirilən parlament seçkilərində Milli Məclisə seçilən deputatların əksəriyyəti Yeni Azərbaycan Partiyasının üzvləri olduğundan YAP iqtidar partiyasına çevrilib.

Heydər Əliyev YAP-ın I Qurultayında yenidən partiyanın sədri seçilib.

Azərbaycan Prezidenti İlham Əliyev YAP-ın 2001-ci il noyabr ayının 21-də keçirilən II Qurultayında sədrin birinci müavini, 2005-ci il mart ayının 26-da keçirilən III Qurultayında isə sədr seçilib. Azərbaycan Prezidenti İlham Əliyev hazırda da YAP-ın sədridir.

YAP sədrinin birinci müavini Mehriban Əliyeva, sədr müavinləri isə Tahir Budaqov və Əli Əhmədovdur.

1993-cü ilin aprel ayında partiyanın mətbu orqanı olan “Yeni Azərbaycan” qəzetinin ilk sayı çapdan çıxıb.

1995-ci ildə AP Qadınlar Şurası və Gənclər Birliyi təsis olunub.

YAP ölkədə keçirilən parlament və bələdiyyə seçkilərində də mütləq əksəriyyətlə qələbə qazanır.

2024-cü ildə keçirilmiş son parlament seçkiləri əsasında formalaşmış VII çağırış Milli Məclisdə YAP üzvü olan 68 deputat var.

YAP rəsmi internet səhifəsində 730 354 nəfər üzvü olduğunu qeyd edib.

Əvvəlki Yazı

Sabah hava necə olacaq?

Növbəti Yazı

Azərbaycan daha bir beynəlxalq konfransa ev sahibliyi edəcək

EKSKLUZİV

Son 1 ayda efirdəki dəyişikliklər təsdiq edir ki…

26 Aprel 2026 / 23:54
0

Aliyev və Paşinyan Gernika Sülh və Barışıq Mükafatına layiq görüldü: Regionda yeni ümidlər

26 Aprel 2026 / 23:43
1

İsrail Livanın Cənubunu Vurdu: Atəşkəs Pozuldu

26 Aprel 2026 / 23:42
0

Arktikada Sirli Kəşf: Buzların Altında Metanla Qidalanan Canlılar Tapıldı

26 Aprel 2026 / 23:42
0

XƏBƏR LENTİ

Son 1 ayda efirdəki dəyişikliklər təsdiq edir ki…

Aliyev və Paşinyan Gernika Sülh və Barışıq Mükafatına layiq görüldü: Regionda yeni ümidlər

İsrail Livanın Cənubunu Vurdu: Atəşkəs Pozuldu

Arktikada Sirli Kəşf: Buzların Altında Metanla Qidalanan Canlılar Tapıldı

Əraqçinin Omandan Pakistana dönüşünün sirri açıldı: Pərdəarxası səbəblər nədir?

Min illik sirr: İngiltərədə tapılan üzük mütəxəssisləri çaşdırır

Azərbaycan Güləşçiləri Avropa Çempionatında Tarix Yazdı: Daha İki Qızıl Medal!

“Qarabağ” Derbidə Zəfər Çaldı: Liderlik Möhkəmləndi

Məhsuldar Ötürmə Rekordu: İdman Dünyasında Yeni Səhifə Açıldı

Azərbaycan Milli Çempionatları Xaricdə Keçirilə Bilər: Federasiyadan Sensasiyalı Təklif

Xəzər dənizində 4.2 bal gücündə zəlzələ: Azərbaycanda hiss olundu

Azərbaycan güləşçiləri Avropa Çempionatında tarixi uğura imza atdı: 13 medal!

“Türkiyə futbolundakı kimi şou yaratmağa çalışırlar” – Ayxan Abbasovdan sərt reaksiya

Misir Çölləri Yaşıl Vahaya Çevirir: Nildən Milyonlarla Kubmetr Su Çəkiləcək

İlham Əliyev “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görüldü

Trampı Hədəf Alan Hücumçu Planını Kağıza Yazıb: Otel Otağında Tapılan Dəlillər

Amazonun Sirri: Dünyanın Ən Böyük Çayı Niyə Körpüsüz Qalıb?

“Qarabağ”ın Derbi Zəfəri: Azərbaycan Futbolunda Dominantlıq Davam Edir

Qurban Qurbanov: Növbəti Oyun Daha Çətin Olacaq – “Qarabağ” Məşqçisindən Xəbərdarlıq

Vernidubdan “Qarabağ”a böyük tərif: “Səviyyəsinə çatmaq çətindir”

Goranboyda dəhşətli faciə: Elektrik cərəyanı yeniyetmənin həyatına son qoydu

Musa Premyer Liqada Zirvədə: Yerli Hücumçular Arasında Ən Çox Qol Vuran Futbolçu

Dəniz səviyyəsinin qalxması səbəbindən şəhər köçürülür: Miquelon qəsəbəsində misilsiz addım

Orta Şərqdən Miqrasiya Axınına Qarşı Dörd Ölkədən Birgə Qərar

Azərbaycan futbolunun klassik derbisi: Neftçi-Qarabağ matçının start heyətləri açıqlandı!

Qalatasaray” – “Fənərbaxça” derbisinin heyətləri açıqlandı: Həlledici qarşılaşma öncəsi gərginlik

Zaporojye AES-dəki Gərgin Vəziyyət: Qrossi və Zelenski Təhlükəsizlik Məsələlərini Müzakirə Etdi

Çexiyanın sabiq Baş naziri Andrey Babiş Bakıda: Əməkdaşlıq Perspektivləri Müzakirə Olunur

FA Kubokunun Finalçıları Bəlli Oldu: İki Nəhəng Qarşılaşacaq!

Kür çayında suyun səviyyəsi stabilləşdi: İmişlidə vəziyyət normallaşır

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Noyabr 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930  
« Okt   Dek »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.