3 il öncə DTX tərəfindən saxlanılan Arayik doğrudanmı qolundakı qandalın səbəbini bilmir?
İyulun 28-də Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və digər çoxsaylı cinayətlərə görə Bakı Hərbi Məhkəməsi tərəfindən barələrində ittiham hökmü çıxarılmış Ermənistan Respublikası vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin apellyasiya şikayətləri üzrə məhkəmə baxışı davam etdirilib.
Dövlət ittihamını müdafiə edən prokurorlar Anar Ələkbərov və Sevinc Qasımova çıxışlarında bildiriblər ki, adıçəkilən şəxslərin Azərbaycanın suveren ərazilərinin işğal edilməsində, müxtəlif qanunsuz fəaliyyətlərin həyata keçirilməsində, Ermənistanın formalaşdırdığı və himayə etdiyi cinayətkar birliklərin tərkibində və təcavüzkar müharibənin aparılmasında iştirakları təsdiq olunub. Məhkəmənin növbəti iclası iyulun 31-də keçiriləcək.
28 iyul tarixindəki məhkəmədə təəccüb doğuran bir sıra məqamlar olub ki, bunlardan da biri Arayik Harutyunyanın replika hüququndan istifadə edərək ona qarşı irəli sürülmüş ittihamları qəbul etmədiyini söyləməsi olub.
Ənənəvi erməni həyasızlığının növbəti təzahürü olan bu davranış bir sıra sualları aktuallaşdırıb. Doğrudanmı 3 il öncə – 2023-cü ilin oktyabrında DTX tərəfindən saxlanılan Arayik Harutyunyan qoluna taxılan qandalın səbəbini bilmir? Həqiqətənmi tarixi Azərbaycan torpaqlarında qondarma respublika quraraq ona “prezidentlik” edən bu şəxs hesab edir ki, onun əməlində heç bir cinayət tərkibi yoxdur? Gerçəkdənmi cənnət Qarabağda cəhənnəm toxumları səpən bu şəxs hüquq pərdəsi altında öz terrorçu simasını gizlədə, yenidən azadlığa çıxacağına inanır?
Şübhəsiz ki, vaxtiylə işğal altındakı Azərbaycan torpaqlarında “baş separatçı” kimi fəaliyyət göstərən Arayik Harutyunyan nəinki ona qarşı irəli sürülən itthamaların tamamilə haqlı və yerində olduğunu bilir, bundan artıqlaması ilə əmindir. Çünki bu ittihamların hər birini sübut edən yüzlərlə şahid ifadəsi, təkzibedilməz foto-video faktlar və digər sübutlar mövcuddur. Hansı ki, bu faktların hər biri məhkəmə prosesində dönə-dönə öz təsdiqini tapıb, təkrar-təkrar isbatlanıb. Arayik qondarma “prezident” vəzifəsini icra edərkən də, 2023-cü ilin lokal anti-terror əməliyyatıəndan sonra qaçıb gizlənərkən də, DTX tərəfindən saxlanılarkən də, hakim qarşısına çıxarılarkən də kim olduğunu, bütün bunların niyə baş verdiyini yaxşı bilirdi. O, yaxşı bilirdi ki, müstəqil bir dövlətin suveren torpaqlarında oyuncaq “dövlət” qurmaq, bu torpaqları terror düşərgəsinə çevirmək, 44 günlük müharibə dönəmində Azərbaycanın yaşayış məntəqələrini raket zərbələrinə məruz qoymaq cinayətdir və bu cinayət əsla cəzasız qala bilməz. O, bütün bunları bilə-bilə öz çirkin əməllərindən imtina etməmiş, saxlanıldığı ana qədər mənfur əməllərini davam etdirmişdir. Və bu gün özünə qarşı irəli sürülən, qəti şəkildə təsdiqini tapan ittihamlarla barışmadığını bildirən Arayik, bunca faktlara rəğmən günahsız olduğunu iddia etməkdədir. Arayikin bu davranışı erməni həyasızlığının sərhəd tanımadığını, vaxtiylə Azərbaycan torpaqlarında cəhənnəm yaradan iblislərin bu gün cənnət axtarışına çıxdığını, törətdikləri minlərlə qanlı əməllərə baxmayaraq, azad olunmaq üçün növbəti yalanlara əl atdığını göstərir. Bu fakt sübut edir ki, erməni faşizmi düşünüldüyündən daha təhlükəli, daha qorxuncdur. Erməni faşizmi o qədər təhlükəli və həyasızdır ki, qanlı əməllərini sübut edən bunca faktlara rəğmən inkarçılıq mövqeyini sürdürməkdə, cəllad olduğu halda mələk rolunda çıxış etməkdə, məhkəmə və ictimaiyyəti aldatmağa çalışmaqda heç bir qəbahət görmür. Və erməni faşizmi o qədər axmaqdır ki, boynunda minlərlə insanın qanı olduğu, arxasında bütöv bir qan gölü buraxdığı halda, qolundakı qandalları azadlıq müjdəsi ilə dəyişə biləcəyinə ümid edir. Hüquq və ədalət, insanlıq və humanizm prinsipinə çoxdan xəyanət edən bu şəxslər, hələ də arxalarında cəhənnəm qoyub gəldikləri halda önlərində cənnət axtarmaqda davam edirlər.
Lakin Arayik realist olmağı bacarmalıdır. O, anlamalıdır ki, onun qolundakı qandallarla xəyalını qurduğu azadlıq arasında öz bəd əməlləri – törətdiyi saysız-hesabsız cinayətlər, günahsız insanların qan və göz yaşları dayanır. Və bu keçilməz sədd heç vaxt ona arzusunda olduğu azadlığa qovuşmağa, doğan günəşi, açılan səhərləri qorxusuz salamlamağa imkan verməyəcək.
Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin 2026-cı il 5 fevral tarixli hökmünə əsasən, Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan və David Babayan ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Arkadi Qukasyan və Bako Sahakyan 20 il, Madat Babayan və Melikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, Davit Allahverdiyan və Levon Balayan 16 il, Vasili Beqlaryan, Qurgen Stepanyan və Erik Qazaryan isə 15 il müddətinə azadlıqdan məhrum ediliblər.
Seymur ƏLİYEV









