2026-cı ilin yanvar-iyul aylarında haqsız rəqabətin qarşısının alınması istiqamətində 37 araşdırma aparılıb.
Cumhuriyyet.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin şöbə müdiri Şahin Nağıyev bildirib.
Qeyd olunub ki, araşdırmalardan 25-i əmtəə nişanından qanunsuz istifadə etməklə haqsız rəqabətə yol verilməsi, 12-si isə digər haqsız rəqabət halları ilə bağlı olub.
Hesabat dövründə 23 işə xitam verilib. Bunlardan 18-i əmtəə nişanından qanunsuz istifadə, 5-i digər haqsız rəqabət halları üzrə olub.
Bundan əlavə, 14 sahibkarlıq subyekti yol verdiyi pozuntunu könüllü şəkildə aradan qaldırıb.









