Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Xəbər lenti

“Mehdiyev işi”ndə müəmmalı şahid

Sentyabr 23, 2026
A A

REDAKTORUN SEÇİMİ

Ramiz Mehdiyevi hansı cəza gözləyir?

Ramiz Mehdiyevi hansı cəza gözləyir?

22 Sentyabr 26 / 16:00
“Kod 35” iddiaları fonunda kadr dəyişiklikləri: Abşeron Su Meliorasiya Sistemlərində nə baş verir?

“Kod 35” iddiaları fonunda kadr dəyişiklikləri: Abşeron Su Meliorasiya Sistemlərində nə baş verir?

17 Sentyabr 26 / 9:10
Şahmar İbadovun xanımı ilə milyon yarımlıq qalmaqallı icarə müqaviləsi

Şahmar İbadovun xanımı ilə milyon yarımlıq qalmaqallı icarə müqaviləsi

12 Sentyabr 26 / 12:00
“Kristal Abşeron” şefinin qardaşı iflas olur

“Kristal Abşeron” şefinin qardaşı iflas olur

11 Sentyabr 26 / 9:20
Məhərrəm Novruzov həbsin bir addımlığında – “Hacı”nın macəraları “Şəki Yaylası”nda bitir?

Məhərrəm Novruzov həbsin bir addımlığında – “Hacı”nın macəraları “Şəki Yaylası”nda bitir?

09 Sentyabr 26 / 14:56

Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Cumhuriyyet.az musavat.com-a istinadən xəbər verir ki, hakim Murad Aslanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, onlara qanunvericiliklə nəzərdə tutulmuş prosessual hüquq və vəzifələri izah edilib.

Məhkəmə tərəfindən təqsirləndirilən şəxslərin müdafiə hüququnun və digər prosessual təminatlarının həyata keçirilməsi üçün zəruri şərait yaradılıb.

Məhkəmənin qərarı ilə cinayət işi məhkəmə baxışına təyin edilib.

Məhkəmə işi üzrə hazırlıq iclası keçirilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev cinayət dosyesindəki şahid siyahısı ətrafında sensasion detallar üzə çıxmaqda davam edir. Siyahıda siyasətçilər, partiya sədrləri – ADP sədri Sərdar Cəlaloğlu, “El” hərəkatının keçmiş rəhbəri Eldar Namazov, eləcə də Ramiz Mehdiyevin yaxın qohumları, oğlu Teymur Mehdiyev, qızı Kamilə Əliyeva, kürəkəni İlham Əliyev, gəlini Nigar Mehdiyeva, kürəkən tərəfdən qohum olduğu ehtimal edilən Fazil və Nəbi Əliyevlərin adları məlumdur. Ancaq ən böyük sual doğuran, siyasi pərdəarxası müstəvidə ciddi rezonans yaradan məqam siyahının 2-ci sırada adı çəkilən Elşən Məhyəddin oğlu Kərimovun kimliyidir.

Ramiz Mehdiyevin işində şahid olan Elşən Kərimov da hakimiyyəti zorla devirməyə cəhd və açıq çağırışlarda ittiham olunub.

Elşən Kərimov 2024-cü il aprelin 17-də Yevlax rayonunun Rüstəmli kəndində saxlanılıb. Barəsində Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 281.1-ci – hakimiyyətin zorla ələ keçirilməsinə yönələn açıq çağırışlar etmə maddəsi ilə cinayət işi başlanıb və Binəqədi Rayon Məhkəməsi onun həbsinə qərar verib. Bakı Ağır Cinayətlər Məhkəməsində (hakim Səbuhi Hüseynov, dövlət ittihamçısı Orxan Kəngərli) keçirilən proseslərdə onun “WhatsApp” vasitəsilə qrup yaradaraq hakimiyyəti ələ keçirməyə dair çağırışlar etdiyi, paylaşımlar yaydığı sübuta yetirilib. Nəticədə 6 aylıq həbs cəzası alaraq azadlıqdan məhrum edilib.

Bəs bu şəxsi Ramiz Mehdiyevin qalmaqallı məhkəmə işi ilə nə bağlayır? Cavab mediada gedən kiçik, amma heyrətamiz bir detaldadır: “Elşən Kərimov uzun illər Rusiyada yaşayıb. Həbsindən bir neçə gün əvvəl atasının vəfatı ilə əlaqədar ölkəyə qayıdıb. Elə 7 mərasimində də saxlanılıb”.

İncə detallara diqqət edək. Uzun illər Rusiyada yaşayan, məhz atasının vəfatı bəhanəsi ilə Azərbaycana gələn və dərhal “WhatsApp” üzərindən hakimiyyəti devirmək çağırışları edən bir şəxs Ramiz Mehdiyevin işində əsas şahidlərdən biridir.

Bu şəxsin Rusiyakı anti-Azərbaycan şəbəkələri ilə hansısa əlaqələri olub? Hakimiyyət əleyhinə çağırışlarda suçlanan bir şəxsin Ramiz Mehdiyev işində şahid kimi keçməsi, bu şəxslərin eyni siyasi niyyətlərə xidmət etdiyi anlamına gəlmir?

Ramiz Mehdiyev və çevrəsinin ölkədəki xaos planları, Rusiyadakı müəyyən dairələrlə gizli sövdələşmələri haqqında iddiaların fonunda Elşən Kərimov fiquru diqqət cəlb edir.

Qeyd edək ki, sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. İş üzrə ittiham aktında Ramiz Mehdiyevin sabiq köməkçisi Eldar Əmirov da təqsirləndirilən şəxs qismində yer alıb.

Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 278.1-ci (hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması) maddələri ilə ittiham olunur.

Əvvəlki Yazı

Millimiz bu gün Tacikistan yığması ilə üz-üzə gələcək

Növbəti Yazı

NİİM sürücülərə müraciət edib

EKSKLUZİV

Yol polisi “Formula-1″lə bağlı sürücülərə müraciət etdi

Yol polisi “Formula-1″lə bağlı sürücülərə müraciət etdi

23 Sentyabr 2026 / 12:30
0
Azərbaycanda yeni zavod tikiləcək

Azərbaycanda yeni zavod tikiləcək

23 Sentyabr 2026 / 12:17
0
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı

23 Sentyabr 2026 / 12:00
0
Paşinyan TRİPP-dən danışdı: Azərbaycanla bağlı mühüm detal

Paşinyan TRİPP-dən danışdı: Azərbaycanla bağlı mühüm detal

23 Sentyabr 2026 / 11:47
0

XƏBƏR LENTİ

Yol polisi “Formula-1″lə bağlı sürücülərə müraciət etdi

Azərbaycanda yeni zavod tikiləcək

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı

Paşinyan TRİPP-dən danışdı: Azərbaycanla bağlı mühüm detal

Bu gün əfv olunanlardan 5-i əcnəbidir

Mərkəzi Bankı uçot dərəcəsini artıra bilər – PROQNOZ

Prezident əfv Sərəncamı imzalayıb – SİYAHI

Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Prezident Kralı təbrik etdi

NİİM sürücülərə müraciət edib

“Mehdiyev işi”ndə müəmmalı şahid

Millimiz bu gün Tacikistan yığması ilə üz-üzə gələcək

Azərbaycana payız gəlib

Prezident dağ-mədəni ilə bağlı Dövlət Proqramını TƏSDİQLƏDİ

DYP piyadalara müraciət edib

Formula-1 Qran-prisi ilə bağlı əsas məqamlar açıqlanıb

“Azeri Light” neftinin qiyməti 118 dollara yaxınlaşıb

Ramiz Mehdiyevi hansı cəza gözləyir?

Azərbaycanda alüminium istehsalı 100 min tona çatdırılmalıdır – Prezident

“Fənərbağça” ilə oyuna rekord sayda bilet satıldı

Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur – İlham Əliyev

Azərbaycanda mal əti bahalaşdı

Ermənilər Laçından çıxanda… – Prezident o gülməli hadisədən danışdı

Prezident dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub

Naxçıvanda geoloji kəşfiyyat işlərinə başlanılacaq

Parlament komitəsi şəhid övladları ilə görüşəcək

Qazaxın icra başçısı yanğın baş verən Psixiatriya Xəstəxanasında olub – FOTOLAR

Prezident tapşırıq verdi: Proqram 4 ilə tam icra edilməlidir

İlham Əliyev: Ehtiyat generasiya gücləri böyükdür

Qızılca ilə bağlı son vəziyyət açıqlandı

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.