Bakının Nərimanov rayonu, 200 saylı məktəb-lisey kompleksinin 11 P sinfi indidən Müəllimlər Gününə pul yığır. Cumhuriyyet.az bildirir ki, bu barədə Tik-Tok hesabında Elşən Teymurov məlumat yayıb. O, valideyn komitəsinin səsini ictimailəşdirib. Həmin audio yazıda valideynlərə deyilir ki, oktyabrın 5-dək pullar yığılsın. O, adambaşı 50 manatdan yığılmasını az sayıb və deyib ki, sinif rəhbərinə də puldan çatsın.
Qeyd edək ki, məktəbə direktor təyin olunmayıb. Hazırda direktor müavinləri – Gülər Rəsulova, Ülviyyə Cumayeva, Gülşən Vahidova, Rəna Hüseynova, Turanə İbrahimova məktəbi idarə edir. Qarşı tərəfi dinləməyə hazırıq.









