Demoqrafik hesabatda nələr var?

Dövlət Statistika Komitəsi 2026-cı il oktyabrın 1-nə Azərbaycan əhalisinin sayını 10 milyon 282 min 825 nəfər göstərib.
Medianews.az xəbər verir ki, hesabata görə, yanvar-sentyabr aylarında 64043 doğum, 44919 ölüm, 31085 nikah, 15030 boşanma qeydə alınıb, 3130 nəfər daimi yaşamaq üçün Azərbaycana gəlib, 1780 nəfər ölkədən gedib.
2025-ci ilin doqquz ayı ilə müqayisədə nikahların 14,9 faiz, doğumun 11,7 faiz azaldığı bildirilir.
Məlumata əsasən, hər 1000 nəfərə 8,3 doğum, 5,8 ölüm, 2,5 təbii artım (doğum-ölüm nisbəti), 4 nikah, 2 boşanma rəsmiləşib.
Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunduğu 1991-ci ildə hər 1000 nəfərə 26,6 doğum, 6,2 ölüm, 20,4 təbii artım, 10,4 nikah, 1,5 boşanma düşüb.
