Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Əhməd sağalsa, həbs olunacaq? – Dəqiq izah

Oktyabr 10, 2024
A A

REDAKTORUN SEÇİMİ

Sumqayıtda 2 il öncə ağacları kəsdi, indi obyekt tikdirir -FOTO

Sumqayıtda 2 il öncə ağacları kəsdi, indi obyekt tikdirir -FOTO

08 May 25 / 11:46
Məzahir Pənahovun keçmiş gəlininin acı hekayəsi – “Görünür ki, çox tərbiyəsiz oğul böyüdüb”

Məzahir Pənahovun keçmiş gəlininin acı hekayəsi – “Görünür ki, çox tərbiyəsiz oğul böyüdüb”

06 May 25 / 13:00
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –TƏFƏRRÜAT

Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –TƏFƏRRÜAT

01 May 25 / 13:11
“Ailə Park” MTK Nərimanovda  at oynadır: Ekologiyaya nəzarət edən məmurun özü iş adamı çıxdı – VİDEO

“Ailə Park” MTK Nərimanovda at oynadır: Ekologiyaya nəzarət edən məmurun özü iş adamı çıxdı – VİDEO

01 May 25 / 11:59
Nəsimi rayonunda qanuna və prezidentə meydan oxuyan kimdir? – VİDEOFAKT

Nəsimi rayonunda qanuna və prezidentə meydan oxuyan kimdir? – VİDEOFAKT

11 Aprel 25 / 12:07

Ailə üzvlərini qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədovun bu gün Maştağa qəsəbəsindəki psixiatriya xəstəxanasında məcburi müalicəyə göndərilərək cəzadan azad edilməsi cəmiyyətdə böyük əks-səda yaratdı.

Cumhuriyyet.az xəbər verir ki, sözügedən qərar bir sıra suallara səbəb olub.

Anlaqsız olmaq nə deməkdir? Bu kimi insanlar sağalırlarmı? Sağalırlarsa, anlaqsız olduqları dövrdə törətdikləri cinayətə yenidən baxılırmı? Bu kimi suallar sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilib.

Hüquqşünas Emil Aslanov Oxu.az-a açıqlamasında bildirib ki, müttəhim cinayəti törədən zaman anlaqsız olubsa, sonradan o, məsuliyyətə cəlb oluna bilməz.

“Əgər anlaqsız vəziyyətdə olduğu üçün cinayət məsuliyyətindən azad edilibsə, o zaman sonradan sağalsa belə, məsuliyyətə cəlb olunmur. Çünki cinayəti törədən zaman anlaqsız olub. Lakin əgər cinayəti törədən zaman o, anlaqlı olub, daha sonra hansısa xəstəlik səbəbindən anlaqsız vəziyyətə düşdüyü üçün məsuliyyətdən azad olunubsa, o zaman sağalandan sonra yenidən törətdiyi cinayətə görə məsuliyyətə cəlb edilə bilər. Amma cinayəti törədən zaman anlaqsız olubsa, sonradan o, məsuliyyətə cəlb oluna bilməz”, – deyə hüquqşünas vurğulayıb.

Həkim-psixiatr Abdulla Şıxlinski isə açıqlamasında anlaqsızlıq məfhumunun iki kriteriyası olduğunu diqqətə çatdırıb.

“Biri var, tibbi kriteriya, biri də var, hüquqi kriteriya. Tibbi kriteriya odur ki, insan cinayət törədən anda hansısa psixi pozğunluq vəziyyətində olub. Hüquqi kriteriya isə odur ki, vəziyyətindən asılı olmayaraq, o, cinayət törətdiyi anda öz hərəkətlərinə cavabdeh olmaq iqtidarında olmayıb.

Bunlar ayrı-ayrı şeylərdir. Başqa sözlə desək, tibbi kriteriya müəyyən edir ki, sözügedən şəxs xəstədir, yoxsa xəstə deyil, patoloji vəziyyətdədir, yoxsa patoloji vəziyyətdə deyil. Hüquqi kriteriya isə müəyyən edir ki, cinayət törədən anda şəxs öz iradəsi ilə cinayətin qarşısını özü ala bilərdi, yoxsa bilməzdi.

“Anlaqsız vəziyyətdə olmaq” o deməkdir ki, insan cinayəti törətdiyi anda ya müvəqqəti psixi pozğunluq, yəni qısa müddət davam edən psixi pozuntu vəziyyətində olub, ya daimi cərəyan edən psixi xəstəliyin kəskinləşməsi vəziyyətində olub, ya da affekt vəziyyətində olub.

Yəni bu üç vəziyyətdən biri varsa və cinayət törədən anda o, öz hərəkətlərinə cavabdeh olmaq qabiliyyətinə malik deyildisə, o, anlaqsız hesab olunur.

“Anlaqsız” insanın sonradan sağalıb-sağalmayacağını heç bir həkim, heç bir psixiatr öncədən deyə bilməz. Çünki təbabətdə hansı xəstəliyin sağalacağı, hansı xəstəliyin sağalmayacağı kriteriyaları bizə məlum deyil.

Bu artıq ixtisaslaşmış psixiatriya xəstəxanasında yatan müddətdə məlum olur. Əgər sağalırsa, ictimai təhlükəliliyi davamlı surətdə azalırsa və ya itirsə, onu xəstəxanadan buraxırlar, əvvəlki həyatını yaşayır. Əgər sağalmırsa, xəstə vəziyyətindədir, patoloji vəziyyətdədir və ictimai təhlükəlidirsə, elə xəstəxanada da qalır. Xəstəxanadan buraxılmaq və yaxud buraxılmamaq da məhkəmənin qərarına bağlı bir məsələdir.

Məhkəmə qərarı ilə xəstəxanadan buraxılandan sonra isə həmin şəxs, birmənalı olaraq, yenidən cinayət məsuliyyətinə cəlb oluna bilməz. Bu qərardan sonra onu yenidən məhkum edib həbsxanaya göndərmirlər – elə bir şey yoxdur”.

Həkim əlavə edib ki, məcburi müalicənin özü də iki cür olur:

“Biri var, müddətli, biri də var, ömürlük məcburi müalicə.

Əgər məhkəmə tərəfindən şəxsə ömürlük müalicə təyin olunursa, o, ömürlük xəstəxanada qalacaq, heç vaxt oradan çıxmayacaq. Müddətli müalicə zamanı isə məhkəmə müəyyən bir müddət qoyur. Həmin vaxtdan sonra yenidən məhkəmənin qərarı olsa, xəstəxanadan buraxıla bilər”, – deyə A.Şıxlinski bildirib.

Xatırladaq ki, bu ilin fevral ayının 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədov aralarında yaranmış mübahisə zamanı ata, ana və azyaşlı qardaşını, bundan əvvəl başqa bir ünvanda isə bacısı – 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməkdə şübhəli bilinib. O, şübhəli şəxs qismində saxlanılıb və fevralın 14-də barəsində həbs qətimkan tədbiri seçilib.

Daha sonra o, Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adamöldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ittiham irəli sürülüb.

Bu gün isə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda qərar elan olunub.

Hakim Səbinə Məmmədzadənin sədrlik etdiyi məhkəmə tərkibi 25 yaşlı Əhmədin cinayəti anlaqsız vəziyyətdə törətməsi ilə bağlı ekspert rəyini əsaslı hesab edib. Prokuror Əhmədin anlaqsız olduğuna görə cəzadan azad edilməsini, ixtisaslaşmış xəstəxanada məcburi müalicəsini tələb edib. Yekun qərarla Əhməd cəzadan azad edilib və ona Maştağa qəsəbəsində yerləşən ixtisaslaşmış psixiatriya xəstəxanasında məcburi müalicə tətbiq ediləcək.

Əvvəlki Yazı

Pensiya alanlara şad xəbər

Növbəti Yazı

NATO gələn həftədən nüvə təlimlərinə başlayır

EKSKLUZİV

Qazaxda “Ümummilli Lider Heydər Əliyev müstəqil, suveren, demokratik, hüquqi dövlətin Azərbaycan modelinin müəllifidir” adlı elmi-praktiki konfrans keçirilib

Qazaxda “Ümummilli Lider Heydər Əliyev müstəqil, suveren, demokratik, hüquqi dövlətin Azərbaycan modelinin müəllifidir” adlı elmi-praktiki konfrans keçirilib

09 May 2025 / 15:35
1
Bu, sadəcə narkotik əməliyyatı deyil, bu, genefondumuzun xilası əməliyyatıdır

Bu, sadəcə narkotik əməliyyatı deyil, bu, genefondumuzun xilası əməliyyatıdır

09 May 2025 / 15:33
2
Sumqayıtda 2 il öncə ağacları kəsdi, indi obyekt tikdirir -FOTO

Sumqayıtda 2 il öncə ağacları kəsdi, indi obyekt tikdirir -FOTO

08 May 2025 / 11:46
3
Qazaxda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş “Nə zaman, nə məkan anlayışına sığmayan şərəfli və mənalı ömür” mövzusunda tədbir keçirilib

Qazaxda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş “Nə zaman, nə məkan anlayışına sığmayan şərəfli və mənalı ömür” mövzusunda tədbir keçirilib

07 May 2025 / 19:18
1

XƏBƏR LENTİ

Qazaxda “Ümummilli Lider Heydər Əliyev müstəqil, suveren, demokratik, hüquqi dövlətin Azərbaycan modelinin müəllifidir” adlı elmi-praktiki konfrans keçirilib

Bu, sadəcə narkotik əməliyyatı deyil, bu, genefondumuzun xilası əməliyyatıdır

Sumqayıtda 2 il öncə ağacları kəsdi, indi obyekt tikdirir -FOTO

Qazaxda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş “Nə zaman, nə məkan anlayışına sığmayan şərəfli və mənalı ömür” mövzusunda tədbir keçirilib

İraq Prezidenti Ceyhun Bayramovu qəbul edib

To Lam Azərbaycana gəldi

Kobaxidze “Gürcü Arzusu”nun sədri seçilib

Azərbaycan və İraq Ərbildə Baş Konsulluq açılmasını müzakirə edib

Hakimin özü-özünə etirazı təmin olundu

Hökumə Əliyevanın ev-muzeyi tikilir

İraq Azərbaycanla uçuşları bərpa etmək istəyir

9 polis həbs olundu

Müharibədən bu cür qaça bilərik – Lukaşenko

Bakıda əməliyyat: 20 yaşlı qadın saxlanıldı

11 yaşlı qıza əxlaqsızlıq edən ilahiyyatçıya hökm oxundu

Bayram günündə Bakı-Sumqayıt qatarlarının hərəkət qrafiki…

Hindistanın baş naziri səfərlərini ləğv etdi

Sabah 29 dərəcə isti olacaq

Ceyhun Bayramov və İraq XİN rəhbəri arasında təkbətək görüş başlayıb

Hindistan-Pakistan gərginliyinə Bakıdan reaksiya

Ötən gün bank kartlarından 13 500 manat talanıb

Azərbaycan neftinin qiyməti 65 dollara yaxınlaşıb

Astarada yolda sürüşmə və çökmə baş verib

Milli Məclisdə Heydər Əliyevə həsr olunmuş xüsusi iclas keçiriləcək

Ceyhun Bayramov İraqa səfər edib

Putin Pezeşkianla danışdı

Tofiq Yaqublu ev dustaqlığına buraxılmayıb

Məzahir Pənahovun keçmiş gəlininin acı hekayəsi – “Görünür ki, çox tərbiyəsiz oğul böyüdüb”

Bu ölkə Rusiya ilə sərhədi minalayır

Sabah 28 dərəcə isti olacaq

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
« İyl   Noy »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.