Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Siyasət

Əliyev təşəkkür etdi: Əsl dostluq belə olar!

Dekabr 29, 2024
A A

REDAKTORUN SEÇİMİ

Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

14 Aprel 26 / 11:05
Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

02 Mart 26 / 11:01
1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

17 Fevral 26 / 7:23
Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

16 Fevral 26 / 12:42
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

13 Fevral 26 / 17:05

Mən, ilk növbədə, Prezident Tokayevə minnətdarlığımı ifadə etmək üçün zəng etdim. Çünki biz bilirdik və məlumat əldə etmişdik ki, qəza baş verən kimi Qazaxıstan xilasediciləri dərhal hadisə yerinə yetişdilər və insanları o dağılmış füzelyajdan çıxartmağa başlamışdılar.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bildirib.

Dövlət başçısı qeyd edib ki, onlar öz həyatlarını risk altına atmışdılar:

“Çünki onlar bilmirdilər ki, növbəti partlayış olacaq, yoxsa yox. Çünki təyyarənin bir hissəsi yanmışdı və bu hissə də yana bilərdi. Amma buna baxmayaraq, onlar da əsl qəhrəmanlıq göstərmişdilər. Eyni zamanda, həkim personalının fəaliyyəti də çox qiymətli idi. Çünki yaralı sərnişinlər dərhal tibb məntəqələrinə aparıldılar və buna görə də Prezident Tokayevə mən təşəkkürümü bildirdim. Qazaxıstanlı qardaşlarımızın, bacılarımızın həmrəylik nümayişi də mən bilirəm ki, Azərbaycan xalqının qəlbində çox böyük iz buraxmışdır. Adi vətəndaşlar bizim Aktaudakı konsulluğa gələrək gül qoydular, öz münasibətlərini bildirdilər, bizimlə həmrəy olduqlarını bildirdilər. Əsl dostluq, qardaşlıq belə olar. Eyni zamanda, mən Prezident Tokayevlə söhbət zamanı Azərbaycanın istintaqla bağlı mövqeyini də bildirdim və bax, sizə dediyim məsələləri də onun diqqətinə çatdırdım ki, biz beynəlxalq ekspertizanın tərəfdarıyıq və heç cür bu məsələni Dövlətlərarası Aviasiya Komitəsinin sərəncamına verə bilmərik. Bu mövqe də anlayışla qarşılandı. Təbii olaraq, bizim dövlət qurumlarımızın nümayəndələri, komissiyanın üzvləri və rəhbərləri, prokurorluq orqanlarının nümayəndələri daim təmasdadırlar. Qazaxıstan da öz növbəsində Dövlət komissiyası yaratmışdır və Prezident Tokayev söhbət zamanı bu barədə mənə məlumat vermişdi. Onlar da təbii olaraq istəyirlər və çalışırlar ki, məsələ tam təfərrüatları ilə açılsın. Eyni zamanda, mən Prezident Tokayevə də başsağlığı verdim, çünki qəza nəticəsində altı Qazaxıstan vətəndaşı həlak olmuşdu. O da mənə başsağlığı vermişdi. Yəni, bu nə qədər ağır hadisə olsa belə, eyni zamanda, bir sınaq məsələsi idi. Yəni, bu sınaqdan kim necə çıxacaq? Mən şadam ki, yenə də bu faciəyə baxmayaraq, görürəm və əminəm ki, Qazaxıstanda da eyni fikirdədirlər. Bizim dostluğumuz, qardaşlığımız bu ağır vəziyyətdən sonra daha da gücləndi”.

Əvvəlki Yazı

Uçuşları dayandırmağa mən göstəriş vermişəm!

Növbəti Yazı

Məhz buna görə açıq deyə bilərik ki, təyyarəni Rusiya vurub

EKSKLUZİV

İsrail atəşkəsə rəğmən Livanı bombaladı: Cənub bölgələrində gərginlik artır

17 Aprel 2026 / 8:13
0

Konfrans Liqasında Yarımfinalçılar Bəlli Oldu: Həlledici Mərhələyə Kimlər Yüksəldi?

17 Aprel 2026 / 3:17
1

Turun Həlledici Oyunu: Meydanda Gərgin Mübarizə Zirvədə

17 Aprel 2026 / 3:17
1

Braziliyanın Chapada Diamantina Bölgəsindəki Sirli Daş Evlər: Almaz Axtarışının Unudulmuş Tarixi

17 Aprel 2026 / 2:15
1

XƏBƏR LENTİ

İsrail atəşkəsə rəğmən Livanı bombaladı: Cənub bölgələrində gərginlik artır

Konfrans Liqasında Yarımfinalçılar Bəlli Oldu: Həlledici Mərhələyə Kimlər Yüksəldi?

Turun Həlledici Oyunu: Meydanda Gərgin Mübarizə Zirvədə

Braziliyanın Chapada Diamantina Bölgəsindəki Sirli Daş Evlər: Almaz Axtarışının Unudulmuş Tarixi

Avroliqada Yarımfinalçılar Müəyyənləşdi: Həlledici Mərhələyə Kimlər Yüksəldi?

Arda Turanın komandası Kubokda yarımfinala yüksəldi: Növbəti mərhələyə iddialı addım

İsrail-Livan Gərginliyi Azaldı: Trampın Elan Etdiyi Atəşkəs Qüvvəyə Mindi

Kərkükdə Tarixi Dəyişiklik: 100 İldən Sonra İlk Dəfə Türkmen Cəbhəsi Sədri Vali Oldu

Qalibaf: İran bölgədə hərtərəfli sülh axtarışındadır

Zakir Həsənov azad olunmuş torpaqlarda: Hərbi qulluqçularla mühüm görüş keçirildi

Niderland Ukraynaya ‘Alkmaar’ Sinifli Minaaxtaran Gəmi Verəcək: Qara Dəniz Təhlükəsizliyinə Dəstək

ABŞ Prezidenti Bayden: İran Nüvə Silahına Sahib Olmayacağını Qəbul Edib

Cənubi Amerikada Əsrlər Boyu Gizli Qalan Nəhəng Ov Sistemi Kəşf Edildi

Konfrans Liqasının İlk Yarımfinalçısı Bəlli Oldu: Tarixi Uğur Kimə Nəsib Oldu?

Yaponiyanın Qar Bariyerləri: Yolların Bağlanmasına Son Qoyulur

Pakistanın Baş Naziri Şahbaz Şərif Türkiyədə Yüksək Səviyyəli Danışıqlar Aparır

Pezeşkian Pakistan Ordusu Baş Komandanı ilə Görüşdü: Regional Əlaqələr Gündəmdə

ABŞ Prezidenti Bayden: “Ukrayna İkinci Plandadır” – Qlobal Prioritetlər Dəyişir?

ABŞ-İran danışıqlarında dönüş: Regional atəşkəs uzadılmaya bilər

“Teleradio”ya YENİ RƏHBƏR TƏYİN OLUNDU: Mühüm Kadr Dəyişikliyi

Sahibə Qafarova xəbərdarlıq etdi: Sülhün və ədalətin təməlləri sarsılmaq təhlükəsi ilə üz-üzədir

“Çelsi” Moyses Kaysedo ilə yeni müqavilə imzalayır: Ulduz futbolçu komandada qalır!

Tramp: “İranla Böyük İrəliləyiş Var, Həftə Sonu Görüş Ola Bilər”

Çin dənizində casusluq həyəcanı: Gizli cihazları tapan balıqçılar mükafatlandırıldı

Mingəçevir möhtəşəm qələbə qazandı: Komandanın uğurlu çıxışı

“Marsel”ə UEFA-dan ağır zərbə: Klubun büdcəsinə milyonluq cərimə

Dəniz Səviyyəsinin Yüksəlməsi: Milyardlarla İnsan Şirin Su Təhlükəsi ilə Üz-üzə

Tramp Livan və İsrailin 10 Günlük Atəşkəs Razılaşmasını Elan Etdi

Naxçıvan Muxtar Respublikasında Mühüm Təyinat: Agentliyə Yeni Sədr Müavini Gətirildi

İranla Müharibə Ssenarisi: Gündəmdən Çıxarılmaq İstəyən Məsələlər və Güc Faktoru

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Noy   Yan »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.