Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Siyasət

Prezident İlham Əliyev Ərdoğanı təbrik edib

Fevral 27, 2025
A A

REDAKTORUN SEÇİMİ

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

18 Aprel 26 / 13:18
Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

14 Aprel 26 / 11:05
Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

02 Mart 26 / 11:01
1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

17 Fevral 26 / 7:23
Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

16 Fevral 26 / 12:42

Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb.

Cumhuriyyet.az xəbər verir ki, təbrik məktubunda deyilir:

“Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Türkiyə Respublikasının ictimai-siyasi həyatında və dövlət idarəçiliyində artıq 25 ilə yaxın bir dövr ərzində müstəsna yer tutan, daim yenilənməkdə, inkişafda və yüksəlişdə olan Ədalət və İnkişaf Partiyasının Böyük Qurultayında partiyanın Sədri vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi və bütün partiyadaşlarınızı səmimi-qəlbdən təbrik edirəm.

Qurucusu olduğunuz partiyanın üzvlərinin Sizə layiq olduğunuz böyük etimadı təkrarən nümayiş etdirməsi uzun illər boyu ölkənizin rifahı və tərəqqisi, qardaş Türkiyə xalqının firavanlığı, eləcə də bütün Türk dünyasının yüksəlişi naminə yorulmaq bilmədən həyata keçirdiyiniz fədakar fəaliyyətə qədirbilənliklə verilən yüksək qiymətdir.

Bu xüsusda, Ədalət və İnkişaf Partiyasının Böyük Qurultayında müəyyən olunmuş yeni hədəflərin və qəbul edilmiş əhəmiyyətli qərarların qardaş Türkiyə xalqı üçün xeyirli və uğurlu olacağına, Türkiyəni daha da irəli aparacağına əminliyimi ifadə etmək istərdim.

Danılmaz faktdır ki, ötən illər ərzində rəhbərliyinizlə Ədalət və İnkişaf Partiyasının öz prinsip və amallarına daim sadiq qalaraq atdığı addımlar sayəsində ölkənizin dövlətçiliyi daha da möhkəmlənmiş, sarsılmaz xalq-iqtidar birliyi formalaşmış, eləcə də Türkiyə qlobal güc mərkəzinə – dünyanın ən aparıcı və qüdrətli dövlətlərindən birinə çevrilmişdir. Təsadüfi deyil ki, Siz bütün Türk dünyasında öz Vətənini, xalqını sevən müdrik və qətiyyətli lider kimi tanınır və sevilirsiniz. Dost və qardaş Azərbaycanda da Sizin uğurlarınız böyük fərəh hissi ilə qarşılanır və daim təqdir olunur.

Bu gün ortaq tariximizdən, zəngin milli-mənəvi dəyərlərimizdən və xalqlarımızın mətin iradəsindən qaynaqlanan Azərbaycan–Türkiyə qardaşlığı, birliyi və strateji müttəfiqliyi unikal xarakter daşımaqla hərtərəfli inkişaf edir, bölgədə sabitliyin və təhlükəsizliyin bərqərar olmasına töhfələr verir. Əminəm ki, bu sarsılmaz bağlar birgə səylərimizlə “Bir millət, iki dövlət” prinsipinə uyğun olaraq bundan sonra da daim möhkəmlənəcəkdir.

Əziz Qardaşım,

Bir daha Sizə, eləcə də Ədalət və İnkişaf Partiyasının hər bir üzvünə ən səmimi salamlarımı və təbriklərimi çatdırır, Sizə möhkəm cansağlığı, partiyanın işinə böyük uğurlar, qardaş Türkiyə xalqına sülh və firavanlıq arzulayıram”.

Əvvəlki Yazı

Sürücülük vəsiqəsini onlayn yeniləmək mümkün olacaq – VİDE

Növbəti Yazı

FHN hava şəraiti ilə əlaqədar yenidən əhaliyə müraciət edib

EKSKLUZİV

ABŞ və Kanada arasında nəhəng neft kəməri razılaşması: Tramp təsdiqlədi

01 May 2026 / 10:21
0

Dənizlərin Şokedici Sirri: Elektrik İlanbalığı 800 Volt Gücə Necə Dözür?

01 May 2026 / 10:20
0

Ghirardelli təcili geri çağırma elan etdi: Şokolad məhsullarında Salmonella təhlükəsi

01 May 2026 / 10:20
0

Afrika Parçalanır: Yeni Okean Yolda – Kenya və Efiopiya Arasında Yer Qabığı İncəlir

01 May 2026 / 10:20
0

XƏBƏR LENTİ

ABŞ və Kanada arasında nəhəng neft kəməri razılaşması: Tramp təsdiqlədi

Dənizlərin Şokedici Sirri: Elektrik İlanbalığı 800 Volt Gücə Necə Dözür?

Ghirardelli təcili geri çağırma elan etdi: Şokolad məhsullarında Salmonella təhlükəsi

Afrika Parçalanır: Yeni Okean Yolda – Kenya və Efiopiya Arasında Yer Qabığı İncəlir

“Neftçi”dən vacib qələbə: Mübariz oyunla zirvəyə doğru

Alimlər şok açıqlama verdi: İnsan ömrünü qısaldan əsl səbəb aşkarlandı!

Arda Turan: “Təslim olmaq mənim lüğətimdə yoxdur” – Futbolçudan Qətiyyət Mesajı

ABŞ rəsmən elan etdi: İranla hərbi qarşıdurma başa çatdı

Qazaxıstan AZAL təyyarəsinin Aktau yaxınlığındakı qəzasını araşdırır

İran atəşkəsdən silah ehtiyatlarını bərpa etmək üçün istifadə edir

Sahibkarlara YENİ QANUN: Rüsumlar və Qadağalar Biznesi Necə Dəyişəcək?

Qızıl bazarlarında gözlənilməz ucuzlaşma: Səbəblər və nəticələr

Azərbaycan Nefti 122 Dollardan Yuxarı: Qlobal Bazarlarda Gərginlik Artır

Donald Trampa sui-qəsd cəhdi: Şok görüntülər hədəfin zərər görmədiyini təsdiqlədi

Həbsdə olan İlqar Əliyev vəfat etdi: Cəmiyyətdə suallar yaranır

Cenk Sümer: “Neftçi Avropanın zirvələrini hədəfləyir”

Futbol Dünyasında Yeni Era: 18 İldən Sonra Tarixi Çempionluq!

Neftçalada şübhəli tender qalibi: İcra başçısının köməkçisinə bağlı şirkət 4 ayda 4 milyon manat uddu

Tuapsedə strateji dəniz terminalı yenidən dron hücumuna məruz qaldı

JPMorgan-da Şok İddia: Yüksək Vəzifəli Qadın Rəhbər Kişi İşçilərə Cinsi Təcavüzdə Günahlandırılır

“Neftçi” 5 il sonra “Qarabağ”ı məğlub etdi – Video-Yenilənib

Futbol Arenasında Gərgin Anlar: Şaxtyor uduzdu, Rayo Valekano zəfər çaldı

Tramp Merzi İran mübahisəsində ittiham etdi: “Arqument tapa bilmədi”

Qazaxıstan AZAL Təyyarə Qəzasının Səbəblərini Araşdırır

Gökdələnlər Şaquli Təsərrüfatlara Çevrilir: Niderland və Yaponiya Suya Qənaət və Rekord Məhsulla Gələcəyi Qurur

Tehranda Hava Hücumundan Müdafiə Sistemləri İşə Düşdü: Gərgin Anlar

ABŞ Prezidenti: “Qələbə Əldə Etmişik, Amma Daha Böyük Hədəflərə Can Atırıq”

Fitch Ratings: ABŞ-ın Dövlət Borcu 2027-ci İlədək Təhlükəli Səviyyəyə Çatacaq

Konfrans Liqasında Gərginlik: Rayo Valyekano Zəfər Çaldı, Şaxtyor Büdrədi

Avropa Liqası: “Nottingem” və “Braqa” Vacib Qələbələr Qazandı

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728  
« Yan   Mar »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.