Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Yeddi mindən çox şagird imtahan verəcək

May 6, 2025
A A

REDAKTORUN SEÇİMİ

Nərimanovda qanunsuz tikintiyə hansı məmur icazə verib? – VİDEO

Nərimanovda qanunsuz tikintiyə hansı məmur icazə verib? – VİDEO

20 İyun 25 / 16:00
Ərdoğan Laçında bu mahnını Çinarə ilə birgə oxudu – Video

Ərdoğan Laçında bu mahnını Çinarə ilə birgə oxudu – Video

30 May 25 / 14:00
Sumqayıtda bələdiyyə oyunları: Zakir Fərəcov kimi nə vaxt seçəcəyini özü bilir?

Sumqayıtda bələdiyyə oyunları: Zakir Fərəcov kimi nə vaxt seçəcəyini özü bilir?

21 May 25 / 10:58
Sumqayıtda 2 il öncə ağacları kəsdi, indi obyekt tikdirir -FOTO

Sumqayıtda 2 il öncə ağacları kəsdi, indi obyekt tikdirir -FOTO

08 May 25 / 11:46
Məzahir Pənahovun keçmiş gəlininin acı hekayəsi – “Görünür ki, çox tərbiyəsiz oğul böyüdüb”

Məzahir Pənahovun keçmiş gəlininin acı hekayəsi – “Görünür ki, çox tərbiyəsiz oğul böyüdüb”

06 May 25 / 13:00

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 11-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirəcək.

Bu barədə Cumhuriyyet.az-a DİM-dən məlumat verilib.

Bildirilib ki, imtahanlar 13 şəhər və rayonda təşkil olunur. İmtahanlarda 7 282 nəfərin iştirakı nəzərdə tutulur.

DİM tərəfindən 2025-ci il mayın 11-də:

1. Əvvəlki illərin məzunları üçün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı;

2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı;

3. Müsabiqədə buraxılış imtahanında verdiyi tədris dilindən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı;

4. Aprel ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin IX sinif şagirdləri üçün buraxılış imtahanı;

5. Eksternat qaydasında IX sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;

6. Buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin IX sinif məzunları üçün buraxılış imtahanı.

İmtahanlarda iştirak edəcək şəxslər “İmtahana buraxılış vərəqəsi”ni DİM-in saytından çap edib götürə bilərlər.

İmtahanlar saat 10:00-da başlanır.

İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

Abituriyentlər (şagirdlər) imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

– İmtahana buraxılış vərəqəsi;

– Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

– Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahanda 27 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin ediliblər.

Ümumilikdə imtahanların idarə olunmasına 34 ümumi imtahan rəhbəri, 92 imtahan rəhbəri, 700 nəzarətçi, 96 buraxılış rejimi əməkdaşı və 34 bina nümayəndəsi ayrılıb.

İmtahanlar Bakı, Şəki, Lənkəran, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində, Abşeron, Şəmkir, Bərdə, Göyçay, Quba rayonlarında və Naxçıvan MR-də təşkil olunur.

Əvvəlki Yazı

Belarusun Baş naziri Fəxri xiyabanı ziyarət edib

Növbəti Yazı

MEDİA çap və onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib

EKSKLUZİV

Kazinoların açılması ilə bağlı layihə ilk oxunuşdan keçdi

Kazinoların açılması ilə bağlı layihə ilk oxunuşdan keçdi

21 İyun 2025 / 16:00
2
Mirzoyan Kallasla danışdı: Bakı ilə münasibət…

Mirzoyan Kallasla danışdı: Bakı ilə münasibət…

21 İyun 2025 / 15:46
0
ABŞ-ın müharibədə iştirakı hamı üçün çox təhlükəli olacaq

ABŞ-ın müharibədə iştirakı hamı üçün çox təhlükəli olacaq

21 İyun 2025 / 15:30
0
Saakyandan məhkəmədə Azərbaycanla bağlı etiraf

Saakyandan məhkəmədə Azərbaycanla bağlı etiraf

21 İyun 2025 / 15:15
0

XƏBƏR LENTİ

Kazinoların açılması ilə bağlı layihə ilk oxunuşdan keçdi

Mirzoyan Kallasla danışdı: Bakı ilə münasibət…

ABŞ-ın müharibədə iştirakı hamı üçün çox təhlükəli olacaq

Saakyandan məhkəmədə Azərbaycanla bağlı etiraf

Paşinyan Türkiyəyə buna görə gedibmiş – İnanılmaz detallar

Parlamentdə gərginlik: “İşimizi gücümüzü atıb…”

Qadın sərnişinlərə qeyri-etik hərəkət edən sürücülər…

DTX-dan “Konstitusiya və Suverenlik İli”nə töhfə

Tramp şikayət etdi: Nobel almayacağam

Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirilir

Ərazi müdafiəsi ilə bağlı norma təkmilləşdirilir

Sabah hava necə olacaq?

Vərəsəliklə bağlı yeni qaydalar müəyyənləşir

Azərbaycanda unun topdansatış qiymətləri açıqlanıb

Putin Ukraynaya tələblərini elan etdi

Çin Tehrana dəstək göstərməyəcək – Tramp

İranın bunu əldə etməsinə qarşıyıq – Putin

Cəbrayılda insan sümükləri aşkarlandı

Arakçıdan ABŞ-a sərt xəbərdarlıq: Vuracağıq!

ƏƏSMN üçün yeni vəzifə müəyyənləşdirildi

Məktəbəhazırlıq qruplarına qəbul başlayıb

Milli Məclisin iclası başladı

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciət edib – VİDEO

Azərbaycana yay fəsli daxil olub

Azərbaycan nefti ucuzlaşıb

“DTX-nın Qaxda keçirdiyi əməliyyat dövlətimizin korrupsiyaya qarşı mübarizədəki prinsipiallığından xəbər verir”

“Kimsə üçün Everestə qalxmaq çətindirsə, mənim üçün də öz sevgimi tapmaq çətindir”- Elmira Aslanova

İrana qarşı bu cavab düzgün deyil – Makron

Nərimanovda qanunsuz tikintiyə hansı məmur icazə verib? – VİDEO

Ərdoğan Merzlə danışdı

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Apr   İyn »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.