Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Manşet

Trampın Əliyevə açıq dəstəyi – TƏHLİL

Sentyabr 25, 2025
A A

REDAKTORUN SEÇİMİ

Səfər Mehdiyevin yaxın adamının 6 minlik pensiyası kəsildi – Məhkəməni uddu

Səfər Mehdiyevin yaxın adamının 6 minlik pensiyası kəsildi – Məhkəməni uddu

23 Sentyabr 26 / 13:13
Ramiz Mehdiyevi hansı cəza gözləyir?

Ramiz Mehdiyevi hansı cəza gözləyir?

22 Sentyabr 26 / 16:00
“Kod 35” iddiaları fonunda kadr dəyişiklikləri: Abşeron Su Meliorasiya Sistemlərində nə baş verir?

“Kod 35” iddiaları fonunda kadr dəyişiklikləri: Abşeron Su Meliorasiya Sistemlərində nə baş verir?

17 Sentyabr 26 / 9:10
Şahmar İbadovun xanımı ilə milyon yarımlıq qalmaqallı icarə müqaviləsi

Şahmar İbadovun xanımı ilə milyon yarımlıq qalmaqallı icarə müqaviləsi

12 Sentyabr 26 / 12:00
“Kristal Abşeron” şefinin qardaşı iflas olur

“Kristal Abşeron” şefinin qardaşı iflas olur

11 Sentyabr 26 / 9:20

Prezident İlham Əliyevin ABŞ-a səfərinin ən maraqlı məqamlarından biri sentyabrın 23-də Nyu-Yorkda Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və birinci xanım Melaniya Trampın adından BMT Baş Assambleyasının 80-ci sessiyası ilə əlaqədar təşkil olunan rəsmi qəbul zamanı yaşandı. Donald Trampın Prezident İlham Əliyevlə rəsmi qəbul çərçivəsində apardığı dialoq kifayət qədər diqqət çəkir. Ümumiyyətlə, Tramp fərqli insandır. Bu, onun liderlərə fərdi yanaşmasında, eləcə də qeyri-formal, açıq və komplimentlərlə zəngin üslubunda bariz şəkildə hiss edilir.

Tramp çıxışında Azərbaycanın 30 ildən artıq davam edən münaqişəyə son qoymasını müsbət nümunə kimi təqdim etdi. Bu, həm ABŞ ictimaiyyəti, həm də beynəlxalq liderlər qarşısında Azərbaycanın regional lider kimi mövqeyinin tanınması anlamına gəlir. Tramp bu vəziyyəti Yaxın Şərqdəki münaqişələrlə müqayisə edir, yəni Azərbaycan modelini sürətli, effektiv və qətiyyətli həll yolu kimi başqalarına nümunə göstərir. Bu isə açıq şəkildə ABŞ diplomatiyasının regiondakı prioritetlərinin dəyişməsinə işarədir, çünki daha əvvəl ABŞ Qarabağ məsələsində neytral görünməyə çalışırdı. İndi isə Trampın ritorikası bu neytrallığı aşan, daha çox Azərbaycanın maraqlarına yaxın olan tonla ifadə olunur.

Digər tərəfdən, Prezident İlham Əliyevin verdiyi cavablarda da siyasi üslubdan çox qarşılıqlı səmimiyyət hiss olunurdu. Məsələn, “Siz möcüzə yaratdınız, cənab Prezident” kimi ifadələr qarşılıqlı komplimentlərin nümunəsi sayıla bilər.

Hesab edirəm ki, bu, yalnız nəzakət deyil, həm də ABŞ–Azərbaycan münasibətlərində yeni mərhələnin siqnalıdır. Məsələ ondadır ki, Azərbaycanın ABŞ-la daha yaxın və strateji münasibətlər qurmaq istəyi, bu cür yüksək səviyyəli təmaslarla daha da möhkəmlənir. Daha maraqlı məqam isə Trampın “Atışma yoxdur?” sualı və Əliyevin “Hər şey tamamilə bitib” cavabıdır. Bu cür səmimi dialoq, diplomatik dillə desək, münaqişənin bağlanmış hesab edildiyinin beynəlxalq arenada rəsmi şəkildə bəyan edilməsidir. Bu isə Azərbaycanın daxili narrativində uzun müddətdir mövcud olan qalib ölkə mövqeyinin artıq qlobal səviyyədə tanındığını göstərir.

Subyektiv yanaşmam budur ki, bu dialoq bir protokol söhbətindən daha çox, simvolik və strateji xarakter daşıyır. Trampın Prezident Əliyevə açıq dəstəyi və Qarabağ münaqişəsinin həlli ilə bağlı vurğuladığı “qısa zamanda sülh” mesajı Azərbaycanın beynəlxalq nüfuzunu artırmaqla yanaşı, ABŞ-ın regiondakı siyasi balansını yenidən formalaşdırdığını da göstərir. Tramp burada yalnız İlham Əliyevə deyil, həm də dünya liderlərinə mesaj verir: Münaqişələr həll oluna bilər, əgər liderlər qətiyyət və planla hərəkət edərlərsə.

Turan Rzayev

MİA.AZ

Əvvəlki Yazı

İş adamı Hacı İlham Sıxseyidovun QSC-si hakim qarşısında

Növbəti Yazı

DEPUTATLAR TOPLANIR: 12 məsələ müzakirə olunacaq – SİYAHI

EKSKLUZİV

İcra başçısının bağçaya gedən balaca fidanla səmimi görüşü

İcra başçısının bağçaya gedən balaca fidanla səmimi görüşü

24 Sentyabr 2026 / 10:23
2
Masallıda bələdiyyə sədrindən sui-istifadə ittihamı

Masallıda bələdiyyə sədrindən sui-istifadə ittihamı

23 Sentyabr 2026 / 19:49
7
Azərbaycan İrəvanda planlaşdırılan görüşü təxirə saldı

Azərbaycan İrəvanda planlaşdırılan görüşü təxirə saldı

23 Sentyabr 2026 / 16:00
3
“Formula 1”i izləmək üçün Bakıya gələn əcnəbilərin SAYI

“Formula 1”i izləmək üçün Bakıya gələn əcnəbilərin SAYI

23 Sentyabr 2026 / 15:47
2

XƏBƏR LENTİ

İcra başçısının bağçaya gedən balaca fidanla səmimi görüşü

Masallıda bələdiyyə sədrindən sui-istifadə ittihamı

Azərbaycan İrəvanda planlaşdırılan görüşü təxirə saldı

“Formula 1”i izləmək üçün Bakıya gələn əcnəbilərin SAYI

Azad olunmuş ərazilərdə 3 xəstəxana tikilir, 4-ü də tikiləcək

Sabah 35 dərəcə isti olacaq

Millimiz bu gün Ermənistanla qarşılaşacaq

İki stansiya buna görə pulsuz olubmuş – Rəsmi

Bu klub ev oyunlarını Xankəndidə keçirəcək

Bakı metrosunda yeddivaqonluq qatarlar ola bilər – ÖZƏL

ABŞ-nin Ermənistana ayırdığı hərbi vəsaitin həcmi bəlli oldu

Azərbaycanda pul baratları üzrə müsbət saldo 750 mln. dolları ötüb

Mərkəzi Bank inflyasiya proqnozunu dəyişməz saxlayıb

Səfər Mehdiyevin yaxın adamının 6 minlik pensiyası kəsildi – Məhkəməni uddu

Prezident İlham Əliyev İsveçin Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

Dağ-mədən sənayesi üzrə geoloji məlumatlar rəqəmsallaşdırılacaq

Azərbaycan və Kolumbiya arasında viza rejimi ləğv edilir

Yol polisi “Formula-1″lə bağlı sürücülərə müraciət etdi

Azərbaycanda yeni zavod tikiləcək

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı

Paşinyan TRİPP-dən danışdı: Azərbaycanla bağlı mühüm detal

Bu gün əfv olunanlardan 5-i əcnəbidir

Mərkəzi Bankı uçot dərəcəsini artıra bilər – PROQNOZ

Prezident əfv Sərəncamı imzalayıb – SİYAHI

Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Prezident Kralı təbrik etdi

NİİM sürücülərə müraciət edib

“Mehdiyev işi”ndə müəmmalı şahid

Millimiz bu gün Tacikistan yığması ilə üz-üzə gələcək

Azərbaycana payız gəlib

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Sentyabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« Avq   Okt »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.