Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Manşet

Türk Dövlətləri Təşkilatı Qəbələdə: Yeni Turanın gücü formalaşır

Oktyabr 6, 2025
A A

REDAKTORUN SEÇİMİ

Səfər Mehdiyevin yaxın adamının 6 minlik pensiyası kəsildi – Məhkəməni uddu

Səfər Mehdiyevin yaxın adamının 6 minlik pensiyası kəsildi – Məhkəməni uddu

23 Sentyabr 26 / 13:13
Ramiz Mehdiyevi hansı cəza gözləyir?

Ramiz Mehdiyevi hansı cəza gözləyir?

22 Sentyabr 26 / 16:00
“Kod 35” iddiaları fonunda kadr dəyişiklikləri: Abşeron Su Meliorasiya Sistemlərində nə baş verir?

“Kod 35” iddiaları fonunda kadr dəyişiklikləri: Abşeron Su Meliorasiya Sistemlərində nə baş verir?

17 Sentyabr 26 / 9:10
Şahmar İbadovun xanımı ilə milyon yarımlıq qalmaqallı icarə müqaviləsi

Şahmar İbadovun xanımı ilə milyon yarımlıq qalmaqallı icarə müqaviləsi

12 Sentyabr 26 / 12:00
“Kristal Abşeron” şefinin qardaşı iflas olur

“Kristal Abşeron” şefinin qardaşı iflas olur

11 Sentyabr 26 / 9:20

Musavat.com xəbər verir ki, oktyabrın 6–7-də Azərbaycan Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) növbəti sammitinə ev sahibliyi edəcək. Zirvəyə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Cümhuriyyətinin liderlərinin qatılması gözlənilir.

Sammitin əsas mövzusu “Regional sülh və təhlükəsizlik” adlanır. Amma əslində bu toplantı tək bir siyasi gündəmin deyil, Türk dünyasının yeni strateji mərhələsinin başlanğıcı kimi dəyərləndirilir.

Bu gün Prezident İlham Əliyevin doğum günüdür – VİDEO

Türk dünyası ailəsi: İlham Əliyevin çağırışı və strateji istiqamət

Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin 14 fevralında, andiçmə mərasimində səsləndirdiyi məşhur sözlər – “Türk dünyası bizim ailəmizdir, bizim başqa ailəmiz yoxdur” – bu gün artıq konseptual reallığa çevrilib. Prezident demişdi ki, TDT bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir: “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır. Əgər kimsə hesab edir ki, biz başqa yerdə ailə axtarmalıyıq, deyə bilərəm ki, bizi heç yerdə gözləmirlər və bunu artıq gizlətmirlər…”

Bu AİLƏ artıq sadəcə mədəni və mənəvi bağları qoruyan platforma deyil; o, iqtisadi, siyasi, hərbi və texnoloji inteqrasiyanın lokomotivi, Yeni Turan ideyasının müasir modeldə təcəssümü halına gəlir: Çoxbayraqlı, çoxdövlətli Yeni Turan!

Qəbələdə keçiriləcək sammit həm də bir mesajdır: Türk dünyası öz gələcəyini öz əlləri ilə qurur.

Başkan: "Azerbaycan TDT sekreterliğinin bütçesine ek iki milyon dolar  tahsis etmiştir" - Oxu.az

Qardaş dövlətlərin birliyi: iqtisadi və hərbi inteqrasiyanın yeni mərhələsi

TDT–nin qarşısında duran məsələlər var: “Türk Şengen”inin yaradılması, ticarət və nəqliyyat kommunikasiyalarının vahidləşdirilməsi, enerji və investisiya bazarlarının inteqrasiyası – Türk dünyasını vahid iqtisadi məkan kimi formalaşdırmaq.

Bu gün Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi statusunda olan ölkələrin ümumi göstəriciləri artıq özlüyündə güc balansını dəyişməyə qadirdir:

• Ümumi ərazi: təxminən 4,3 milyon kvadrat kilometr.

• Əhalisi: 180 milyondan çox (əgər Rusiyadakı türklər, İranda yaşayan azərbaycanlılar və qaşqay türkləri də bu mənzərəyə daxil etsək – bu rəqəm 350–400 milyon nəfəri keçə bilər).

• Ümumi ÜDM: 2 trilyon ABŞ dollarına yaxın.

• Təbii sərvətlər: neft, qaz, uran, kömür, qızıl, litium, üzüm, pambıq, dəniz nəqliyyatı və aqrar potensial – dünyanın ən strateji resurslarının böyük hissəsi bu coğrafiyada yerləşir.

Bu rəqəmlər təsadüfi deyil – Türk Dövlətləri Təşkilatı artıq enerji, nəqliyyat və təhlükəsizlik baxımından Avrasiya məkanının dayağıdır.

 Orta Dəhliz – Avrasiya-nın Yeni Önəmli Mağistralı - Qafqaz Times

Orta Dəhliz: Avrasiya geosiyasətinin ürəyi

Çinlə Avropa arasında uzanan Transxəzər Orta Dəhlizi – yəni, Çin–Qazaxıstan–Xəzər–Azərbaycan–Türkiyə–Avropa xətti – bu gün yalnız logistika layihəsi deyil, həm də Türk geosiyasətinin onurğa sütunudur.

Azərbaycan, Türkiyə və Qazaxıstan bu xəttin üç əsas dayağıdır. Əgər bu dəhliz dayansa, Avrasiyanın enerji, ticarət və nəqliyyat sistemləri iflic olar. Bu səbəbdən Qəbələ sammiti həm də Orta Dəhlizin gələcəyi və Türk inteqrasiyasının infrastruktur əsasları baxımından mühüm əhəmiyyət daşıyır.

 Qarabağ zəfəri Azərbaycanın beynəlxalq nüfuzunu artırıb - RƏY | KONKRET

Qarabağ Zəfəri – Türk dünyasının ruhi dirçəlişi

Azərbaycanın 2020-ci ildə qazandığı Qarabağ Zəfəri təkcə bir müharibənin qalibiyyəti deyildi. O, Türk dünyasında ruhən dirçəlişinə, özünəinamın bərpasına səbəb oldu.

Bu qələbə göstərdi ki, Türk dövlətləri yalnız mədəni qardaşlıqla deyil, siyasi və hərbi həmrəyliyə də qadirdir. Türkiyənin o dövrdə göstərdiyi dəstək, Türk dünyasının bütün üzvlərində həm qürur, həm də ortaq mənsubiyyət hissini artırdı.

Bu gün Qəbələdə toplanacaq liderlər artıq həmin ruhun daşıyıcılarıdır – bu ruhun adı Yeni Turandır.

 

Moskva və Tehrana mesaj: Türk birliyi əbədi gerçəklikdir

Bu sammit həm də geosiyasi mesaj daşıyır. Rusiya ilə Azərbaycanın münasibətlərinin gərginləşdiyi, eyni zamanda Qazaxıstanın da Moskva ilə problemlər yaşadığı bir dövrdə Türk liderlərinin Qəbələdə toplanması, Türk birliyinin siyasi müstəqilliyini və iradəsini nümayiş etdirir.

Bu, eyni zamanda İrana da aydın siqnaldır – Türk dünyasının birləşməsi artıq qarşısıalınmaz tarixi prosesdir.

 Türk Dövlətləri Təşkilatı ilk dəfə müşahidəçi ölkədə toplanacaq

Yeni dünya düzənində Türk Dövlətləri Təşkilatı

Türk Dövlətləri Təşkilatı təkcə regionun deyil, artıq qlobal siyasətin də oyunçusuna çevrilməkdədir. Gənc və dinamik əhalisi, strateji yerləşməsi, enerji və ticarət yollarına nəzarəti ilə TDT gələcəkdə bölgələrarası balans yaradan, münaqişələrin qarşısını alan və beynəlxalq sabitliyə töhfə verən bir quruma çevrilə bilər.

Bu potensialı reallığa çevirən əsas qüvvə isə Azərbaycan və Türkiyə tandemidir.

Qəbələ sammiti sadəcə bir görüş deyil – Türk dünyasının gələcək xəritəsini çəkən strateji toplantıdır.

Burada veriləcək qərarlar gələcək onilliklərdə Avrasiyanın enerji, təhlükəsizlik və diplomatik arxitekturasını müəyyən edə bilər.

Yeni dünya düzəni formalaşır.

Və bu düzənin mərkəzində Türk Dövlətləri Təşkilatı, onun ilhamverici nüvəsi kimi isə Azərbaycan və Türkiyə dayanır.

Musavat.com

Əvvəlki Yazı

Adnan Əhmədzadə ilə bağlı yeni iddia: Neftlə çirkləndirilmiş torpaqlardan da milyonlar qazanıb

Növbəti Yazı

Kreml maskasını tam çıxardı: “Azərbaycanı rəsmən düşmın dövlət kimi tanıyaq”

EKSKLUZİV

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

25 Sentyabr 2026 / 17:36
1
Qazaxda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib

Qazaxda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib

25 Sentyabr 2026 / 15:33
2
Dövlət Ekoloji Ekspertiza Agentliyində Anım Günü ilə bağlı tədbir keçirildi

Dövlət Ekoloji Ekspertiza Agentliyində Anım Günü ilə bağlı tədbir keçirildi

25 Sentyabr 2026 / 14:18
3
Qazaxda eşitdiklərim, oxuduqlarım və gördüklərim… – Ayyət Əhməd yazır

Qazaxda eşitdiklərim, oxuduqlarım və gördüklərim… – Ayyət Əhməd yazır

24 Sentyabr 2026 / 14:14
8

XƏBƏR LENTİ

Sabahın hava proqnozu açıqlanıb

Qazaxda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib

Dövlət Ekoloji Ekspertiza Agentliyində Anım Günü ilə bağlı tədbir keçirildi

Qazaxda eşitdiklərim, oxuduqlarım və gördüklərim… – Ayyət Əhməd yazır

Sabah Bakıya yağış yağacaq

İcra başçısının bağçaya gedən balaca fidanla səmimi görüşü

Masallıda bələdiyyə sədrindən sui-istifadə ittihamı

Azərbaycan İrəvanda planlaşdırılan görüşü təxirə saldı

“Formula 1”i izləmək üçün Bakıya gələn əcnəbilərin SAYI

Azad olunmuş ərazilərdə 3 xəstəxana tikilir, 4-ü də tikiləcək

Sabah 35 dərəcə isti olacaq

Millimiz bu gün Ermənistanla qarşılaşacaq

İki stansiya buna görə pulsuz olubmuş – Rəsmi

Bu klub ev oyunlarını Xankəndidə keçirəcək

Bakı metrosunda yeddivaqonluq qatarlar ola bilər – ÖZƏL

ABŞ-nin Ermənistana ayırdığı hərbi vəsaitin həcmi bəlli oldu

Azərbaycanda pul baratları üzrə müsbət saldo 750 mln. dolları ötüb

Mərkəzi Bank inflyasiya proqnozunu dəyişməz saxlayıb

Səfər Mehdiyevin yaxın adamının 6 minlik pensiyası kəsildi – Məhkəməni uddu

Prezident İlham Əliyev İsveçin Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

Dağ-mədən sənayesi üzrə geoloji məlumatlar rəqəmsallaşdırılacaq

Azərbaycan və Kolumbiya arasında viza rejimi ləğv edilir

Yol polisi “Formula-1″lə bağlı sürücülərə müraciət etdi

Azərbaycanda yeni zavod tikiləcək

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı

Paşinyan TRİPP-dən danışdı: Azərbaycanla bağlı mühüm detal

Bu gün əfv olunanlardan 5-i əcnəbidir

Mərkəzi Bankı uçot dərəcəsini artıra bilər – PROQNOZ

Prezident əfv Sərəncamı imzalayıb – SİYAHI

Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Oktyabr 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« Sen   Noy »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.