Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Manşet

Azərbaycan siyasi səhnəsi necə saxta və ikiüzlü personajlar meydanına çevrilib?

Dekabr 8, 2025
A A

REDAKTORUN SEÇİMİ

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

26 Dekabr 25 / 12:29
“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

24 Dekabr 25 / 17:15
Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

23 Dekabr 25 / 10:48
Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

18 Dekabr 25 / 20:28
“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

16 Dekabr 25 / 15:05

Siyasətin “çirkin elm” olduğu bəlkə də yarandığı gündən durmadan deyilir. Baxmayaraq ki, onun çirkinliyi, yaxud gözəlliyi bütün ictimai alətlərdə olduğu kimi, bu işlə kimlərin məşğul olmasına bağlıdır. Təəssüf ki, əksər hallarda, Azərbaycanda zatən çirkin sayılan bu aləti daha da “irəliyə” aparıb, iyrənclik səviyyəsinə qədər düşürənlər var…

Son zamanlar Ramiz Mehdiyev, Əli Kərimli, daha öncə isə Fəzail Ağamalı, Elman Nəsirov və digərlərinin ətrafında baş verənlər, bu hadisələrə müxtəlif siyasətçilər, partiya sədrləri, deputatlar, “media kapitanları” və digər “siyasi cameə nümayəndələrinin” ikrah yaradan reaksiyası göstərdi ki, Azərbaycan siyasəti artıq çoxdan 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərindəki Sabir Rüstəmxanlı, Əbülfəz Elçibəy, hətta Nemət Pənahov “primitiv siyasi romantizmi” dövründən ötən müddətdə bugünkü açıq siyasi alver, riyakarlıq, saxtakarlıq, məddahlıq, hətta yaramazlıq dövrünə qəti və dönməz bir addım atıb. Əlbəttə, ölkə siyasətindəki bugünkü mənəvi eybəcərliklərin bir çoxu o dövrlərdə də var idi və bir çox köhnə siyasi personajlar həmin eybəcərlikləri özləri ilə bugünümüzə qədər daşıyıb gətirə biliblər. Hətta, məsələn, Fəzail Ağamalı kimilərin öz övladlarını parlamentə dürtməsi timsalında “siyasi mutasiyaya” da uğrayıblar…

Lakin hər halda, 90-ların “siyasi romantizm” dövründə bugünkü qədər açıq, “qırmızı yalanlar” demək, “üzə durmaq”, bu gün dediyini sabah danmaq, “fantastik” siyasi “U dönüşləri” etmək, siyasi alverlə məşğul olmaq daha çətin idi…

Ramiz Mehdiyevin bu xalqa, cəmiyyətə, dövlətə etdiyi pisliklərin sayı-hesabı yoxdur və bu gün o, layiq olduğu cəzanı çəkmək əvəzinə, milyonlarla azərbaycanlının hətta həsəd apara biləcəyi “villa dustaqlığı” həyatı yaşayır. Amma o, bu pislikləri tək yox, həm də bu gün onun əleyhinə danışmaq üçün növbəyə duranların – bizim “obıvatelin” sevdiyi dildə desək, onun “çörək verdiyi” adamların əli ilə edib. İndi həmin adamların biri də onu deputat, icra başçısı, məmur, nazir, yaxud “avtobus müxalifəti” edən Mehdiyevin müdafiəsinə qalxmaq bir tərəfə (Zatən Mehdiyev heç müdafiə olunası, müdafiəyə layiq biri də deyil), heç olmasa susmağa, “ayıbına kor olmağa” yetəcək qədər abır-həyaya, yaxud Mehdiyevdən aldığı mandatdan, vəzifədən, mənzildən və s. imtina edəcək mərdliyə, cəsarətə də malik deyil. Bu da təbiidir. Çünki bu mənəvi kateqoriyalara malik olsaydılar, zatən Mehdiyev kimisindən vəzifə, mandat və digər imtiyazlar da almaz, qəbul etməzdilər. Amma nə olsun? Bu gün Ramiz Mehdiyevi ən qatı şəkildə söyənlər, ittiham edənlər, hətta təhqir edənlərin ön sıralarında məhz belələri durur.

Zamanında “Ramiz Mehdiyev hər yoldan keçənə cavab verəcəksə, o zaman biz kimik? Nə deyib ortada gəzirik?… Ramiz Mehdiyev elə bir şəxsiyyətdir ki, onun söylədiyi hər fikir mükəmməlliyin belə ötəsində durur və bu dəyərli insanın mövqeyi, cəsarəti, kişiliyi məncə çoxları üçün örnək olmalıdır” deyən Elşən Musayev adlı “seçiciləri” və parlamentin özü üçün çoxdan “üz qarası” olmuş deputat indi “Allah vurub, Ramiz Mehdiyevi də, onun “komanda”sını da… Mehdiyev sübut etdi ki, o, pislik, yamanlıq və xəyanət mövzusunda – hər şeyə qadirdir! O, xəyanət xəttini tutaraq, rəzalət və utanc dolu həyat yaşamağı seçdi”, deyir. Bəli, Mehdiyev çoxdan xəyanət yolunu seçib, bu deputat bunu bilə-bilə onu tərifləyib göylərə qaldırdığı vaxtlarda da elə bu yolda olub. İndi elə həmin deputatdan soruşan lazımdır – bəs sən hansı həyatı, hansı yolu seçmisən?!

Ramiz Mehdiyevi “vurmaq”, necə deyərlər, imandandır, amma qoy bunu vaxtilə ona yaltaqlanmamış, ondan mandat, vəzifə almamış, onun təlimatilə min cür yaramazlıq etməmiş haqqı çatan insanlar etsin!… 

Belə nümunələr həm hakimiyyətə yaxın, həm də özünü müxalifət adlandıran dairələrdə saysız-hesabsızdır. Məsələn, özü dövlət çevrilişinə cəhddə ittiham edilən, uzun illər həbsdən müxalifəti, hətta prezident seçkisində Cəmil Həsənlini dəstəkləyən, həbsdən çıxandan sonra qaçıb “radikal müxalifət”lə bir sırada dayanıb, hakimiyyətə “meydan oxuyan”, ABŞ-ni çağıran Əli İnsanovun bu günkü mövqeyi, daha doğrusu mövqesizliyi heyrət, ikrah doğurur. Yaşı 80-ni haqlamış, artıq o biri dünyasını düşünməli olan bu adamın belə siyasi “ziq-zaqlara” fiziki və mənəvi baxımdan necə “tab gətirməsi” bir yana, bunun kənardan necə rəzil və tragikomik göründüyünü anlamaması, yaxud bilə-bilə bu rolu oynaması təkcə bir insanın yox, ümumilikdə cəmiyyətin faciəsindən xəbər verir…

Yaxud, Sərdar Cəlaloğlunun Ramiz Mehdiyevlə və PA-nın sabiq şöbə müdiri Əli Həsənovla bağlı bir-birini təkzib edən açıqlamalarına baxın. Cəlaloğlu bir çıxışında deyir ki, “Əli Həsənov Rusiya xüsusi xidmət orqanları tərəfindən verbovka olunub”. Digərində isə deyir ki, “Əli Həsənovu cavanlığından tanıyıram, o, Rusiyanın Azərbaycana qarşı siyasətinin qarşısını alıb, indi isə kimsə Əli Həsənovdan pul qoparmağa çalışır”. Yəni, eyni adam haqqında əvvəl bir, sonra başqa bir şey deyir, əsl “U” dönüşü edir. Görəsən niyə, nəyin müqabilində?…

Eyni “prinsipləri” – yəni, “dondan dona girməyi” Elman Nəsirovun, İqbal Ağazadənin, Eldar Namazovun, Fəzail Ağamalının, Azər Əmiraslanovun eləcə də zamanında Ramiz Mehdiyevin siyahıları ilə parlamentə düşən keçmiş və bəzi indiki YAP-çıların, “müxalif” və “müstəqil” deputatların, yüksək vəzifələrə çəkilənlərin, mehdiyevçi QHT sahiblərinin və s. açıqlamalarında da görə bilərsiniz. Belələrinin sayı-hesabı yoxdur.

Siyasəti alver piştaxtasına çevirən, dünən tərifini göylərə qaldırdıqları yüksək mövqe, vəzifə sahiblərini bu gün ən radikal və aqressiv şəkildə söyə bilən bu cür köhnəlmiş simalar mənəvi aşınma yaşamaqla yanaşı, o dərəcədə ayıb, utanmaq və reallıq hissini itiriblər ki, 21-ci əsrdə, internet dövründə dünən efirlərdə dediklərinin videofaktlarla bu gün qabaqlarına qoyula biləcəyinin, ifşa və biabır olacaqlarının belə fərqində deyillər. Ya da fərqindədirlər, amma bundan həya etmirlər, qorxmurlar. Niyə? Çünki xalq, cəmiyyət, dövlət qarşısında hesabatlılıqları yoxdur, çünki nə deputat mandatını, nə partiya sədrliyini, nə də başqa bir mövqeni xalqdan almayıblar, Ramiz Mehdiyev kimisindən təyinatla alıblar, alırlar və alacaqlarına əmindirlər. Məhz belələrinin “xidmətləri” sayəsində siyasi meydan bu gün “siyasi çirkinlər bataqlığına” çevrilib…

Bu gün Azərbaycan gənci üçün şərti “gənc siyasətçi”dənsə, qoca müğənni – məsələn, Elşən Musayevdənsə Niyaməddin Musayev daha maraqlı, etibarlı və cəlbedicidir. Hələ bütün bunlardan sonra da gənclərin, yeni nəslin nədən siyasətdən uzaq durduğunu, gələcəyə biganə yanaşdıqlarını soruşuruq. Bu sualın cavabı təkcə təhsildəki tendensiyalarda, müasir texnologiyalarda və inkişaf trendlərində yox, həm də Azərbaycan siyasi reallığında – siyasətçi qiyafəsindəki alverçilərin insanları siyasətdən iyrəndirən mahiyyətlərində və davranışlarındadır…

Cəlal Məmmədli

“AzPolitika.info”

Əvvəlki Yazı

Partiya hökumətə 3 təklif ünvanlayıb – Amnisita aktının qəbulu, ÜTT üzvlük və…

Növbəti Yazı

Tramp “məyusdur”: Yenə Zelenskini günahkar çıxarır, Putini isə…

EKSKLUZİV

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

23 Yanvar 2026 / 21:30
1
Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

22 Yanvar 2026 / 14:37
5
YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM

YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM

22 Yanvar 2026 / 12:39
2
Ramiz Mehdiyevin kürəkəni ilə başlayan kabus: hədə-qorxu, milyonlar

Ramiz Mehdiyevin kürəkəni ilə başlayan kabus: hədə-qorxu, milyonlar

21 Yanvar 2026 / 17:44
2

XƏBƏR LENTİ

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM

Ramiz Mehdiyevin kürəkəni ilə başlayan kabus: hədə-qorxu, milyonlar

Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad edilib

Qazaxda “20 yanvar – Müdrik xalqımızın qəhramanlıq salnaməsidir!” mövzusunda tədbir keçirilib

Mehdiabadda şəhidlərin xatirəsinə həsr olunmuş turnir keçirilib – FOTOLAR

Birinci Qarabağ müharibəsinin yaralarına çəkilən məlhəm…

İcra başçısı rayonda fəaliyyət göstərən uşaq bağçalarında olub

Sumqayıt Teatrında “Aldanmış ər” tamaşasının premyerası keçiriləcək-FOTO

Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynovun Mühüd Orucov haqqında xatirələri

Vəhdət Partiyası 20 Yanvar şəhidlərinin ailələri ilə görüş keçirdi – Tədbirdə təsirli anlar yaşandı

İcra başçısı qazinin müalicəsini nəzarətə götürüb

Nazir qazaxlıları təbrik etdi

Nazir Qazaxlıları təbrik etdi

Avstriyanın Kitzbühel şəhərində qarüstü polo üzrə növbəti Dünya Kubokuna start verilib

Rieltorlar Assosiasiyası yığıncaq keçirəcək

Elmə, tələbəyə, torpağa və ailəyə sədaqətlə həsr olunmuş ömür

Çingiz Abdullayevin qanunsuz kürsü sahibliyi…

Hazırlıqlar davam edir

165 ailə prezidentə müraciət etdi: “Şəhərsalma və Memarlıq ilində bizi sevindirin…”

AZƏRBAYCAN TORPAĞI İGİDLƏRİN QANI İLƏ SULANIB -ELDƏNİZ NAMAZOV YAZIR

Azərbaycanda İLK: Partiya sədrinin müavini süni intellekt oldu

Qazaxda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2026-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib

Ruslan Məmmədov “Combat” Peşəkar Döyüş Liqasının prezidenti seçildi — FOTOLAR

Qazaxda daha iki binanın fasad, blok və həyətində abadlıq işləri aparılıb

NTV-də CANLI “Prezident və Media-2026” : üç gün ərzində 30-a yaxın müsahib

Azərbaycanın “İdman paytaxtı”nın loqosu təqdim edilib

Donald Tramp İran hadisələri ilə bağlı Kanal13-ə istinad etdi

DTX-nın Naxçıvan əməliyyatı: “Azərbaycan təhlükəsizlik məsələsində nümunə göstərməkdə davam edir”

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy   Yan »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.