Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Manşet

İrəvana Doha xəbərdarlığı: uzanan yarımçıq sülh = yeni müharibə!

Dekabr 8, 2025
A A

REDAKTORUN SEÇİMİ

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

26 Dekabr 25 / 12:29
“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

24 Dekabr 25 / 17:15
Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

23 Dekabr 25 / 10:48
Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

18 Dekabr 25 / 20:28
“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

16 Dekabr 25 / 15:05

Dohada ötən həftəsonu keçirilən panel müzakirələrdə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bir sıra diqqətçəkən açıqlamalar verib. Həmin açıqlamalar regionda barışıq və əməkdaşlıq mühitinin bərqərar olmasında Bakının həlledici rolunu bir daha təsdiqləyir. Eyni zamanda, Güney Qafqazda sülh, təhlükəsizlik və çoxtərəfli əməkdaşlığın şərtlərini məhz Azərbaycanın diktə etdiyini isbatlayır.

Sözsüz ki, bu, tarixi missiya olmaqla yanaşı, böyük bir məsuliyyətdir. Ona da şübhə yox ki, Azərbaycan regionun aparıcı və açar ölkəsi kimi bu missiyanın öhdəsindən layiqincə gələcək. Buna onun həm siyasi-diplomatik və hərbi resursları, həm də iqtisadi-energetik və logistik imkanları kifayət edir. Yetər ki, bəzi xoşniyyətli olmayan böyük dövlətlər prosesə pəl vurmasınlar…

“Biz Cənubi Qafqazda yeni reallıqlar və yeni status-kvo yaradırıq. Əvvəllər daha çox müharibədən danışırdıqsa, indi ən çox sülh mövzusu diqqətdədir”.

Bunu Doha forumunda Hikmət Hacızadə deyib. O, xüsusi qeyd edib ki, tarixi Vaşinqton anlaşması bölgəni tamamilə dəyişəcək. Bölgəmizdə son 30 il ərzində münaqişə və müharibənin hökm sürdüyünü xatırladan Hacıyev, nəhayət, buna son qoyulduğunu söyləyib. “Mən bunu tez-tez Cənubi Qafqaz üçün “Kemp-Devid sülh modeli” adlandırıram. Əlbəttə, hər bir münaqişə fərqlidir. Hər bir geosiyasi kontekst də fərqlidir. Amma əminəm ki, bu sazişin təsiri də oxşar olacaq”, – Hikmət Hacıyev qeyd edib.

Prezident köməkçisi onu da vurğulayıb ki, Azərbaycan konkret olaraq, Nikol Paşinyan hökuməti ilə deyil, erməni xalqı ilə sülh anlaşması imzalamaq istəyir. Məntiqlidir. Çünki bu, Ermənistanın sükanı arxasında kimin olmasından asılı olmayaraq, bütün zamanlar üçün legitimliyini saxlayacaq bir sənəd olmalıdır…

Kapitulytant ölkədə radikal-revanşistlərin, özəlliklə daşnakların və terror yuvası kilsənin tək qayğısı da elə budur: Paşinyanın hazırkı müharibə konstitusiyasını sülh konstitusiyasına çevirməyə, oradan Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını çıxarmağa imkan verməmək. Alınacaqmı? Qarşıdakı aylarda görəcəyik.

Ümid edək ki, növbəti parlament seçkiləri və konstitusiya referendumuna qədər hakim qüvvənin ictimai dəstəyi artacaq ki, azalmayacaq. Əks halda, erməni xalqını yeni bəlalar gözləyir. Başqa sözlə, bu toplunun taleyi indi heç vaxt olmadığı qədər öz əlindədir. Qarşıda isə iki yol var: Nikol Paşinyanın inkişafa və təhlükəsiz mövcudluğa aparan “real Ermənistan” yolu, bir də Ermənistanın olan-qalan dövlətçiliyinin axırına çıxacaq “miatsum” yolu.

Qısacası, erməni xalqı Azərbaycanın onun üçün açdığı tarixi şans pəncərəsini öz əli ilə qapatmamaldıır. Çünki sülh prosesi ikitərəfli yol kimidir, gərəkdir ki, qarşı tərəf də eyni konstruktiv yanaşma sərgiləsin ki, ortaq səylər bəhrə versin. Zəngəzur dəhlizi ilə bağlı məsələ də eyni qəbildəndir. Yalnızca Bakı və Ankaranın öz payına düşən kommunikasiya xətlərini, yolları bərpa etməsi kifayət deyil, vacibdir ki, Ermənistan da 43 km-lik yolu qaydaya salsın.

Necə deyərlər, “yarımçıq hamiləlik olmur, o ya var, ya yoxdur. Sülh də elə. Uzanan yarımçıq sülh hələ barışıq, sülh sayılmaz və özündə savaş riski daşıyır. Yəni bu, əslində müharibə vəziyyəti kimi bir şey. Özümüzü aldatmayaq. Böyük sülh ya var, ya da yoxdur. Sülh müqaviləsi imzalanmayıbsa, demək, müharibə də bitməyib…

Analitik xidmət,
Musavat.com      

Əvvəlki Yazı

Vətəndaşlara tibbi sığorta ilə bağlı ŞAD XƏBƏR

Növbəti Yazı

İş adamı Qarabağa ayrılan investisiyanı Gürcüstana “köçürüb”? – ŞOK İDDİALAR

EKSKLUZİV

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

23 Yanvar 2026 / 21:30
1
Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

22 Yanvar 2026 / 14:37
5
YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM

YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM

22 Yanvar 2026 / 12:39
2
Ramiz Mehdiyevin kürəkəni ilə başlayan kabus: hədə-qorxu, milyonlar

Ramiz Mehdiyevin kürəkəni ilə başlayan kabus: hədə-qorxu, milyonlar

21 Yanvar 2026 / 17:44
2

XƏBƏR LENTİ

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM

Ramiz Mehdiyevin kürəkəni ilə başlayan kabus: hədə-qorxu, milyonlar

Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad edilib

Qazaxda “20 yanvar – Müdrik xalqımızın qəhramanlıq salnaməsidir!” mövzusunda tədbir keçirilib

Mehdiabadda şəhidlərin xatirəsinə həsr olunmuş turnir keçirilib – FOTOLAR

Birinci Qarabağ müharibəsinin yaralarına çəkilən məlhəm…

İcra başçısı rayonda fəaliyyət göstərən uşaq bağçalarında olub

Sumqayıt Teatrında “Aldanmış ər” tamaşasının premyerası keçiriləcək-FOTO

Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynovun Mühüd Orucov haqqında xatirələri

Vəhdət Partiyası 20 Yanvar şəhidlərinin ailələri ilə görüş keçirdi – Tədbirdə təsirli anlar yaşandı

İcra başçısı qazinin müalicəsini nəzarətə götürüb

Nazir qazaxlıları təbrik etdi

Nazir Qazaxlıları təbrik etdi

Avstriyanın Kitzbühel şəhərində qarüstü polo üzrə növbəti Dünya Kubokuna start verilib

Rieltorlar Assosiasiyası yığıncaq keçirəcək

Elmə, tələbəyə, torpağa və ailəyə sədaqətlə həsr olunmuş ömür

Çingiz Abdullayevin qanunsuz kürsü sahibliyi…

Hazırlıqlar davam edir

165 ailə prezidentə müraciət etdi: “Şəhərsalma və Memarlıq ilində bizi sevindirin…”

AZƏRBAYCAN TORPAĞI İGİDLƏRİN QANI İLƏ SULANIB -ELDƏNİZ NAMAZOV YAZIR

Azərbaycanda İLK: Partiya sədrinin müavini süni intellekt oldu

Qazaxda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2026-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib

Ruslan Məmmədov “Combat” Peşəkar Döyüş Liqasının prezidenti seçildi — FOTOLAR

Qazaxda daha iki binanın fasad, blok və həyətində abadlıq işləri aparılıb

NTV-də CANLI “Prezident və Media-2026” : üç gün ərzində 30-a yaxın müsahib

Azərbaycanın “İdman paytaxtı”nın loqosu təqdim edilib

Donald Tramp İran hadisələri ilə bağlı Kanal13-ə istinad etdi

DTX-nın Naxçıvan əməliyyatı: “Azərbaycan təhlükəsizlik məsələsində nümunə göstərməkdə davam edir”

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy   Yan »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.