5 milyonluq anlaşma, iki əmioğlunun başına gətirilən faciə
Hazırda dövlət çevrilişinə cəhddə ittiham olunan Prezident Admnistrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin vəzifə başında olarkən törətdiyi bir sıra qanunsuzluqlar bir-bir ortaya çıxmağa başlayıb. Onlardan biri də “Pendik Şifa” klinikasının mənimsənilməsi və qanunsuz olaraq ələ keçirilməsi ilə bağlıdır.
Bununla bağlı Tribuna.az-a müraciət edən klinikanın sahibi Şeydayev Sarvan Mahir oğlu şok detallar açıqlayıb. O bildirib ki, sahibi olduğu klinika Binəqədi rayonu, S.S.Axundov 20 C ünvanında yerləşib. O qeyd edib ki, hazırda həmin klinika “İstanbul” adı ilə fəaliyyət göstərir.
Şeydayev yazır ki, o, əmisi oğlu ilə Şeydayev Cavad Məzahir oğlu ilə şərik olublar. “Biz həmin klinikanı 2013-cü ildə satışa çıxardıq. Bir müddətdən sonra klinikaya Quliyev Əziz Göyüş oğlu adlı bir müştəri gəldi və klinikanı almaq istədiyini dedi. Mən Cavadla klinikanı 5000000 (beş milyon) manata satmağı danışmışdıq, elə həmin qiymətədə Quliyev Əzizə təklif etdik. Əziz qiyməti eşitdikdən sonra sabah yenidən gələcəyini söylədi və getdi”.
Şikayətçi bildirir ki, səhəri gün o klinikaya müəyyən işləri ilə əlaqədar biraz gec gəlib. “Əmim oğlu mənə dedi ki, Əziz yanında da Anar adlı bir şəxslə gəlmişdi. Mənə dedi ki, Anar müəllim Ramiz Mehdiyevin köməkçisidir, mən isə Ramiz müəllimin biznes işlərini görürəm, klinikada Ramiz müəllim üçün alınır. Daha sonra Əziz əmim oğlu Cavada deyib ki, sən klinikanın bizə 4 milyon manata ver. Bizdə Ağsaqqalın yanında hörmətli olaq, sənində gələcəkdə nə işlərin olsa bizdə sənə hörmət edərik. Cavad onların təklif etdiyi qiymətlə razılaşmayıb”.
Sarvan Şeydayev bildirir ki, daha sonra Əziz ona deyib ki, “sən bu gün fikirləş götür, qoy et, səhər yenə gələcəyik”. “Səhəri gün Əziz klinikaya tək gəlib Cavada deyib ki, qoy, onlar klinikanın qiymətini 4 milyon manat bilsinlər, 100 min manatı mən sənə cibimdən verəcəm və klinikanın hansı həkimlərə, hansısa şirkətlərə nə borcları varsa onlarıda özüm ödəyəcəm. Bu sözdən sonra Cavad Əzizlə razılaşıb və elə həmin gün onlar klinikanın kredit borcunu öyrənmək üçün “Azəriqazbank”a gediblər. Bankdan onlara bildiriblər ki, klinikanın həmin günə banka olan kredit borcu 2481000 (iki milyon dörd yüz səksən bir min) manat təşkil edir. Daha sonra Əziz elə bankda olarkən Ramiz Mehdiyevin köməkçisi Anarı yığaraq bankın borcunu ona deyib. Anarda bankın rəhbəri Çingiz Əsədullayevə zəng vurub. Bir neçə dəqiqədən sona Çingiz Əsədullayev onları otağında qəbul edib və bildirib ki, Ağsaqqalın köməkçisi Anar ona zəng edib və deyib ki, Əzizgilə nə lazımdırsa köməklik göstər. Daha sonra Cavad Əzizlə birgə Əzizin ofisinə gediblər. Əziz Cavaddan soruşub ki, hal hazırda səni sıxan maddi sıxıntı nə qədərdir onu sənə beh kimi verim, klinikanın alqı-satqısını isə avqust ayının 5-də edərik”.
Şikayətçio qeyd edir ki, daha sonra Cavad ona “4100000 manatı verdikdən sonra klinikanın baş həkimi Elşən Əliyevin və klinikanın marketinq- meneceri Tural Məlikovun borcları necə olacaq” sualını verib. Əziz Quliyev isə öz növbəsində bildirib ki, onlarla şəxsən görüşəcək və borcları özü verəcək. “Səhəri gün Əziz klinkaya gələrək Cavada deyib ki, klinikanın banka olan borcunu öz üzərinə götürərək ona 3100000 manat versin, çünki bank ona 3100000 manat kredit ayırıb, geridə qalan pulu isə 1 ay müddətinə hissə-hissə verəcək. Cavad sıxıntısı ucbatından onun bu təklifi ilə razılaşıb. Bundan sonra Quliyev Əziz Əliyev Elşəni və Mılikov Turalı çağırtdırıb və onlara deyib ki, “Mən Cavaddan bu klinikanı satın alıram, klinikanın pulunun bir hissəsini ona borclu qaldığıma görə sizində borcunuzu özüm sizə verəcəm və sizə təklif edirəm ki, qalın mənimlə birgə işləyin, əl ələ verək bu klinkanı işlədək qaldıraq”. Cavad klinikanın alqı-satqı məsələsi ilə məşğul olan vaxtda mən rayonda bağ evimin tikintisinə başım qarışmışdı. Ona görə bu işlərdə yaxından iştirak edə bilmirdim. Lakin gündə işlərin gedişatı barədə Cavadla müntəzəm telefon əlaqəsi saxlayırdım”.
O qeyd edib ki, razılaşmaya əsasən avqusut ayının 5-də klinikanın banka olan borcu bağlanaraq, Əzizin üzərinə keçirilib. “Əziz klinikanın pulundan bankın borcu qarışıq ümumilikdə Cavada 3181000 (üç milyon yüz səksən bir min) manat pul ödəyib. Yerdə qalan 919000 (doqquz yüz on doqquz min) manat pulu isə hissə-hissə ödəyəcəyini bildirib. Bu borc qalığını 12 saylı natariusun rəisi Hacıyev Hünərdə təsdiqləyə bilər. Çünki alqı-satqını Hünər müəllim həyata keçirib və Əziz onun yanında 919000 manat borcu qaldığını söyləyib. Həmçinin Əziz Cavada deyib ki, əgər sənin qalıq borca görə ürəyində bir inamsızlıq, narahatçılıq varsa mənim Elmlər Akademiyası tərəfdə yeni tikili binada 298 kv/m evim var keçirim onu sənin adına, ürəyin rahat olsun. Bu sözlərdən sonra Cavad Əzizə inanaraq ona etibar etmiş və borcla əlaqədar ondan heç bir sənəd, dilindən kağız almamışdır. Həmçinin Cavad mənə dedi ki, Əziz natariusda olanda ona söylədi ki, klinikanı “Ağsaqqal” üçün aldığı üçün onun adı heç bir yerdə hallanmamalı, borcun olması, qalması barədə heç bir borc müqaviləsi filan bağlana bilməz. Hər hansı bir narahatçılıq varsa bunu onun şəxsi Zahid adlı hüquqşünası ilə öz aralarında yazıb poza bilərlər. Daha sonra Əziz Cavadı ona dediyi elmlərdəki evə aparıb göstərmiş və xoşuna gələrsə kv/metri 2500 manatdan ona borcunun yerinə hesablaya biləcəyini söyləmişdi”.
O bildirib ki, bundan sonra Cavad Elmlər Akademiyası tərəfdəki bir neçə alqı-satqı ofislərindən həmin evin real dəyərini maraqlanmış və evin real qiymətinin kv/metri 1500-1600 manat arası olduğunu örgənib. “Bu üzdən Cavad Əzizin yanına gəlmiş və evi istəmədiyini bildirmişdir. Əziz bu sözdən sonra Cavada demişdir ki, “Mənim İraq dövlətinin Ərbil şəhərində neft ayırma zavodum var, mən ayın 8-də gedib 15-də qayıdacam, 1-ci etap sənə 300 min manat pul gətirəcəm. Səndə mən gələnə qədər bu klinikanı qal özün idarə elə mən qayıtdıqdan sonra təhvil-təslim edərik”. Ayın 19-da Əziz klinkaya gələrək Cavadla görüşmüş və ona bir xahişi olduğunu söyləmişdir. Cavad ondan xahişinin nə olduğunu soruşanda Əziz ona demiş ki, “Gəl, telefonlarımızı bu otaqda qoyaq, özümüz isə başqa bir otaqda söhbət edək. Cavab Əzizin bu sözünə təəccüb etsə də, onunla razılaşaraq telefonlarını otaqda qoyaraq, baş həkimin otağına keçiblər. Əziz ona otaqda bildirib ki, “Mən ”Ağsaqqala” dedim ki, klinikaya görə əvvəlki sahibinə 919000 manat borcum qalıb. Ramiz müəllim məndən soruşdu ki, sən alqı-satqını etmisən? Məndə cavab verdim ki, bəli 3181000 manat Cavada pul vermişəm. Bundan sonra Ramiz müəllim mənə dedi ki, sən ona yetərincə pul vermisən və ona heç bir borcun yoxdu. Cavad Əzizə deyib ki, deməli, sən mənə Ramiz Mehdiyevin adından istifadə edərək oyun qurdun məni aldatdın, belə olan təqdirdə mən də natariusa gedərək alqı-satqı müqaviləsini dərhal ləğv etdirəcəm. Bunu eşidən Əziz onu hədələyərək deyib ki, “Sənin 2 balan var onlara yazığın gəlsin, sən kiminlə oyun oynadığını hələ deyəsən anlamırsan”. Daha sonra Cavad klinikanı dərhal tərk edərək natariusa yollanıb və natariusda alqı-satqı müqaviləsinin ləğv olunması üçün ərizə vermək istədiyini bildirib. Lakin natariusdan ona bildiriblər ki, bu müqavilə hər iki tərəfin ərizələri əsasında ləğv oluna bilər. Əziz isə bu ərizəni vermədi”.
Şeydayev ddaha sonra vurğuylayıb ki, onlar bu hadisədən sonra Əziz Quliyevdən hüquq mühafizə orqanlarına şikayət ediblər. “2013-cü ilin sentyabr ayından etibarən Azərbaycan Respublikasının Prezidentinə, Baş Prokurora, Daxili İşlər Nazirinə, Milli Təhlükəsizlik Nazirinə mütəmadi şəkildə yüzlərlə müraciətlər etdik. Ancaq naməlum səbəblərdən bu müraciətlərimizə heç ciddi şəkildə baxılmadı. Bundan sonra 2016-cı ildə Cavadın özünə hədə-qorxu ilə tələb etmə maddəsi yəni CM-nin 182.3.2-ci maddəsi ilə Binəqədi Rayonu Polis İdarəsində cinayət işi açıldı, 4 il müddətində bu cinayət işi açıq qaldı,. Çünki Ağır Cinayətlər Məhkəməsinə bu iş verildikdə 2017-ci ildə hazırlıq iclasında Baş Prokurorluğun Dövlət İttiham İdarəsinin ittiham prokurorunun vəsatəti Ağır cinayətlər məhkəməsinin hakimi Cavid Hüseynov tərəfindən təmin edildi. Vəsatətdə kobud prosesual qanun pozuntusu aşkarlandığı üçün, heç bir əsas olmadığı üçün qərarla iş ibtidai istintaqa qaytarıldı”.
Klinikanın sahibi bildirib ki, 2020-ci ildə Cavada eyni ittiham yenidən verilib. “Sentyabırın 21-də o polis tərəfindən həbs olundu. 2022-ci il fevral ayının 28-i Bakı Ağır Cinayətlər Məhkəməsi Cavadın 182.3.2-ci maddəsini əsassız sayaraq, barəsində bəraət hökmü çıxardı. Əziz bu hökmdən apellyasiya şikayəti verdi. Lakin bu dəfədə Apellyasiya məhkəməsinin hakimi İbrahim İbrahimli məhkəmə işini istintaqla apardığı üçün 182.3.2-ci maddəyə bəraət hökmü çıxardı. Əziz Quliyev bu hökmlə əlaqədar Ali məhkəməyə kasasiya şikayəti, prokurorda protest verdi. Ali Məhkəmədə işə oranın hakimi Əziz Seyidov baxdı. Bu zaman Əziz Seyidov Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin sifarəşi ilə (etibarlı mənbələrdən aldığımız məlumata görə Əziz Seyidov Ramiz Mehdiyevin kürəkəni olan İlham Əlievin yaxın dostudur) Cavadın barəsində çıxan bəraət hökmünü ləğv edərək, göstərişlə işi Bakı Apellyasiya Məhkəməsinə göndərdi. Bakı Apellyasiya Məhkəməsinin hakimi Elibəy Allahverdiyev isə Cavada CM-nin 182.3.2-ci maddəsi ilə 10 il iş verdi. Cavad bununla əlaqədar kasasiya şikayəti verdi. lakin Ali Məhkəmənin hakimi İlkin Rəcəbov bu hökmü qüvvəsində saxladı”.
Şeydayev deyib ki, Əzizin onların başına gətirdiyi bu oyun, müsübətlərdən sonra dəfələrlə Ramiz Mehdiyevin yaxın ətrafındakı adamlarla, kürəkəni ilə, Mehdiyevin oğlunun yaxın dostu ilə görüşsələr də heç bir faydası olmayıb. “Həmçinin onuda bildirmək istəyirəm ki, əmim oğlu Cavad 2020-ci ildə Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevcənablarına bununla əlaqədar müraciət ünvanlanmış, müraciətə dərhal baxılmış, iş Saleh Abdullayevin icraatına verilmişdi. İş araşdırıldıqda Abdullayev Əzizin borclu olduğunu sübut edib”.
Şikayətçi sonda qeyd edib ki, Əziz Quliyevin onların başına açdığı oyundan sonra müflis olub.
Sarvan Şeydayev yekunda Dövlət Təhlükəsizlik xidmətinin rəhbəri, general polkovnik Əli Nağıyevə müraciət edərək, ondan Ramiz Mehdiyevlə bağlı başladılmış cinayət işində zərərçəkmiş kimi tanınmasını xahiş edib. “Sizdən xahiş edirəm ki, məni də zərərçəkmiş kimi dəvət edib, ifadəmi alasınız. Bu işi obyektiv araşdırıb, haqq və ədalətin bərpa olunmasını təşkil edəsiniz”.
Fərda Uğur









