Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Dünya

ABŞ NATO-dan çıxır? – Konqresə qanun layihəsi təqdim olundu

Dekabr 10, 2025
A A

REDAKTORUN SEÇİMİ

Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

24 Yanvar 26 / 13:28
Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

22 Yanvar 26 / 14:56
Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

26 Dekabr 25 / 12:29
“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

24 Dekabr 25 / 17:15
Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

23 Dekabr 25 / 10:48

Məlum olduğu kimi, ABŞ Prezidenti Donald Tramp müttəfiqlərini tənqid edərək dəfələrlə ölkəni NATO-dan çıxarmaqla hədələyib. Trampın tələblərinə uyğun olaraq, bu yay ittifaq ölkələri 2035-ci ilə qədər müdafiə xərclərini ÜDM-in 5%-nə çatdırmağı öhdələrinə götürüblər.

Buna baxmayaraq, ABŞ-dəki qatı Tramp tərəfdarları ölkənin NATO-nu tərk etməsi məsəlsəini Konqres səviyyəsinə qaldırıblar.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ-nin Kentukki ştatından olan respublikaçı konqresmen Tomas Massi ABŞ-nin NATO-dan çıxmasını nəzərdə tutan qanun layihəsini Konqresə təqdim edib.

Konqresmenin “Etibarlı Olmayan Təşkilat Haqqında Qanun” (NATO Qanunu) adlandırdığı sənədə görə, ABŞ təşkilatı tərk etməlidir.

“NATO Soyuq Müharibənin qalığıdır. Biz NATO-dan çıxmalı və bu pulu sosialist dövlətləri deyil, öz ölkəmizi müdafiə etmək üçün istifadə etməliyik. NATO 30 ildən çox əvvəl dağılan Sovet İttifaqına qarşı durmaq üçün yaradılıb. O vaxtdan bəri ABŞ-nin bu təşkilatda iştirakı vergi ödəyicilərinə trilyonlarla dollara başa gəlib və bu, ABŞ-nin xarici müharibələrdə iştirakı riskini daşımaqda davam edir”, – deyə Massi bildirib.

 

 

Konqresmenin sözlərinə görə, ABŞ Konstitusiyası xarici işlərə daimi müdaxiləyə icazə vermir və Vaşinqton “bütün dünyanın, xüsusən də varlı ölkələrin təhlükəsizliyini təmin etməməlidir”.

Təşəbbüsdə bildirilir ki, NATO üzvlüyü ABŞ-nin milli təhlükəsizlik maraqlarına uyğun deyil. Qanun layihəsi ABŞ Prezidentindən Şimali Atlantika Müqaviləsinin 13-cü maddəsinə uyğun olaraq, qanunun qüvvəyə minməsindən sonra 30 gündən gec olmayaraq NATO-ya ölkənin təşkilatdan çıxması barədə məlumat verməsini tələb edir.

Bu arada “Reuters”-in məlumatına görə, ABŞ Avropa ölkələrindən 2027-ci ilə qədər raket istehsalı və kəşfiyyat məlumatlarının toplanması da daxil olmaqla, NATO-nun müdafiə xərclərinin əksəriyyətini öz üzərinə götürmələrini tələb edib. Ağ Ev son tarixə qədər buna nail olunmazsa, ABŞ-nin bəzi NATO müdafiə mexanizmlərində iştirakını azaltmaqla hədələyib.

Xatırladaq ki, Trampın sələfi Co Baydenin dövründə Konqres ABŞ prezidentlərinin NATO-dan çıxmasını qadağan edən qanun layihəsini qəbul edib. Həmin qanunun təşəbbüskarlarından biri də hazırkı Dövlət katibi Marko Rubio olub.

C.Məmmədli

“AzPolitika.info”

Əvvəlki Yazı

Nazirdən müəllimlərə sitəm – bəs günahkar kimdir?

Növbəti Yazı

Bakının mərkəzində eyvan uçdu – Xəsarət alan var + VİDEO

EKSKLUZİV

Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

24 Yanvar 2026 / 13:28
25
Qazaxda növbəti qanvermə aksiyası keçirilib

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

23 Yanvar 2026 / 21:30
1
Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

22 Yanvar 2026 / 14:56
3
Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

22 Yanvar 2026 / 14:37
5

XƏBƏR LENTİ

Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM

Ramiz Mehdiyevin kürəkəni ilə başlayan kabus: hədə-qorxu, milyonlar

Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad edilib

Qazaxda “20 yanvar – Müdrik xalqımızın qəhramanlıq salnaməsidir!” mövzusunda tədbir keçirilib

Mehdiabadda şəhidlərin xatirəsinə həsr olunmuş turnir keçirilib – FOTOLAR

Birinci Qarabağ müharibəsinin yaralarına çəkilən məlhəm…

İcra başçısı rayonda fəaliyyət göstərən uşaq bağçalarında olub

Sumqayıt Teatrında “Aldanmış ər” tamaşasının premyerası keçiriləcək-FOTO

Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynovun Mühüd Orucov haqqında xatirələri

Vəhdət Partiyası 20 Yanvar şəhidlərinin ailələri ilə görüş keçirdi – Tədbirdə təsirli anlar yaşandı

İcra başçısı qazinin müalicəsini nəzarətə götürüb

Nazir qazaxlıları təbrik etdi

Nazir Qazaxlıları təbrik etdi

Avstriyanın Kitzbühel şəhərində qarüstü polo üzrə növbəti Dünya Kubokuna start verilib

Rieltorlar Assosiasiyası yığıncaq keçirəcək

Elmə, tələbəyə, torpağa və ailəyə sədaqətlə həsr olunmuş ömür

Çingiz Abdullayevin qanunsuz kürsü sahibliyi…

Hazırlıqlar davam edir

165 ailə prezidentə müraciət etdi: “Şəhərsalma və Memarlıq ilində bizi sevindirin…”

AZƏRBAYCAN TORPAĞI İGİDLƏRİN QANI İLƏ SULANIB -ELDƏNİZ NAMAZOV YAZIR

Azərbaycanda İLK: Partiya sədrinin müavini süni intellekt oldu

Qazaxda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2026-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib

Ruslan Məmmədov “Combat” Peşəkar Döyüş Liqasının prezidenti seçildi — FOTOLAR

Qazaxda daha iki binanın fasad, blok və həyətində abadlıq işləri aparılıb

NTV-də CANLI “Prezident və Media-2026” : üç gün ərzində 30-a yaxın müsahib

Azərbaycanın “İdman paytaxtı”nın loqosu təqdim edilib

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy   Yan »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.